Təbii Balın Faydaları: Saxta Balı Necə Tanımaq Olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illərdə sağlam qidalanmaya marağın artması ilə birlikdə bal istehlakı da xeyli yüksəlib. Təbii bal immunitetin gücləndirilməsi, orqanizmin enerji ilə təmin olunması və bir sıra xəstəliklərə qarşı faydalı xüsusiyyətləri ilə seçilir.
Lakin bazarda saxta və keyfiyyətsiz bal məhsullarının sayının artması istehlakçıları narahat edən əsas məsələlərdən birinə çevrilib. Əsl balı saxta məhsullardan ayırd etmək üçün onun rəngi, qoxusu, qatılığı və suda davranışı kimi xüsusiyyətlərə diqqət yetirmək vacibdir.
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, təbii bal ən yaxşı şəkər əvəzedicisidir. Həmçinin tərkibində olan bioaktiv birləşmələr, antioksidantlar və fermentlər sayəsində insan sağlamlığı üçün çox faydalı qidadır. Amma balın keyfiyyəti və təhlükəsizliyi birbaşa toplandığı regional mühitdən, emal üsulundan və saxlanma şəraitindən asılıdır. Onun sözlərinə görə, həqiqi və təhlükəsiz bal seçmək üçün onun kristallaşma xüsusiyyətlərini, etiket məlumatlarını və bəzi fiziki-kimyəvi göstəricilərini bilmək vacibdir: "Balın təxminən 75-80 faizi karbohidratlardan ibarətdir. Burada əsas pay monosaxaridlər olan fruktoza və qlükozaya məxsusdur. Qlükoza sürətli enerji təmin edir. Fruktoza isə qan şəkərini saxaroza qədər sürətlə qaldırmır. Çünki onun qlisemik indeksi nisbətən aşağıdır.
Balın tərkibində flavonoidlər və fenolik turşular var. Bu maddələr hüceyrələri oksidativ stressdən qoruyur. Həmçinin bədəndəki xroniki iltihab proseslərini azaltmağa kömək edir. Adətən tünd rəngli ballar açıq rənglilərə nisbətən daha yüksək antioksidant tutumuna malikdir.
Balın aşağı pH dəyəri turş mühit yaradaraq bakteriyaların inkişafını məhdudlaşdırır. İstehlakçılar arasında balın kristallaşmasının onun saxta olmasına işarə etdiyi barədə yanlış bir təsəvvür var. Əksinə xam və təbii balın tərkibindəki qlükoza zamanla təbii olaraq kristallaşır. Əgər bir bal otaq temperaturunda aylarla tam şəffaf və maye halda qalırsa, ya ultra-filtrasiya edilib, ya da yüksək temperaturda pasterizə olunaraq fermentləri sıradan çıxarılıb.
Sənaye üsulu ilə qablaşdırılmış balların etiketində qida təhlükəsizliyi sertifikatlarının olmasına diqqət etməliyik. Laboratoriya analizlərində balın keyfiyyətini göstərən ən vacib parametrlərdən biri hidroksimetilfurfural miqdarıdır. Bal yüksək istiliyə məruz qaldıqda və ya pis şəraitdə uzun müddət saxlandıqda HMF səviyyəsi artır. Təbii bal qaşıqdan süzülərkən qırılmadan, davamlı bir xətt şəklində axır və boşqaba tökülərkən qat-qat yığılır. Tərkibinə şəkər şərbəti qatılmış saxta ballar isə daha tez qırılır və su kimi yayılır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 747 Tarix: 20 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"
01.10.2026 383 Leyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
01.10.2026 431 FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib
12:30 107 "Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz"
"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP
11:09 120 "YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun
10:58 115 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 68 "Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ
"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib
13:10 68 "Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib
"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi
11:56 113 Britaniyanın Aİ-yə qayıtmasının qiyməti açıqlanıb: ildə 5 milyard funt
Avropa İttifaqına (Aİ) tam şəkildə yenidən qoşulmaq istəyirsə, bu, ölkəyə ildə əlavə 5 milyard funt sterlinq (6,6 milyard dollar) xərc yarada bilər. xəbər verir ki, "Bloomberg" bu rəqəmləri keçmiş Baş nazir Keyr Starmerin administrasiyasında çalışmış Leyborist Partiyasının nümayəndələrinə istinadə
10:39 116