Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
Konqo Demokratik Respublikasında ebola qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 245-ə çatdı.
"Report"un Konqo Mətbuat Agentliyinə istinadən məlumatına görə, bu barədə səhiyyə naziri Samuel Roje Kamba xəstəliyin hazırkı alovlanma ocağına çevrilmiş İturi əyalətinin inzibati mərkəzi olan Bunia şəhərində keçirilən mətbuat konfransı zamanı bəyan edib.
"Hazırda epidemioloji vəziyyət belədir: 933 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 245-i pasiyentlərin ölümü ilə başa çatıb. Ölüm göstəricisi 26 % təşkil edir. Stasionar müalicədə 416 nəfər var. 80 pasiyent tamamilə sağalıb və müalicə müəssisələrini tərk edib", - Səhiyyə Nazirliyinin rəhbəri dəqiqləşdirib.
O, ebolanın yayılmasına qarşı mübarizədə nəzərəçarpan irəliləyiş olduğunu deyib. Nazir xüsusilə infeksiya hallarının diaqnostikası prosesinin yaxşılaşmasına və yerli əhalinin tibbi strukturlara olan etimad səviyyəsinin yüksəlməsinə diqqət çəkib.
Kamba vurğulayıb ki, regionda təmasda olan şəxslərin sistematik şəkildə izlənilməsi daha çox sayda xəstənin aşkarlanmasına kömək edir. Bununla yanaşı, vətəndaşların ixtisaslaşdırılmış müalicə mərkəzlərinə müstəqil şəkildə müraciət etməsi ilə bağlı müsbət dinamika qeydə alınır. O həmçinin ebola xəstələrini qəbul edən tibb müəssisələrinin imkanlarının genişləndirildiyini dəqiqləşdirib.
"Belə xəstələr üçün xəstəxana yerlərinin sayı 516-ya qədər artırılıb. Ebola qızdırmasına yoluxanların müalicəsi üzrə fəaliyyət göstərən mərkəzlərin güclərinin artırılması istiqamətində işlər davam edir", - nazir qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 483 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü külək əsəcək - Xəbərdarlıq
Avqustun 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva
05.08.2026 333 "Bakı İstanbuldan gözəldir"
Türkiyəli jurnalist və aparıcı Fülya Öztürk Bakıya gəlib. Axşam.az xəbər verir ki, aparıcı paytaxtda gəzərkən insanlarla söhbət edib və təəssüratlarını bölüşüb. O, Bakı haqqında xoş sözlər deyərək sakinlərə müraciət edib:. "İstanbuldan daha gözəldir Bakı. Gəlin buraları görün, gəzin. Xəzər dənizin
05.08.2026 217 Qanunsuz balıq ovlayan saxlanıldı
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. xəbər verir ki, Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşlarının keçirdikləri ekoloji xarakterli tədbirlərlə Xəzər rayonu Zirə qəsəbəsi yaxınlığında qanunsu
05.08.2026 174 Ürək xəstəliyini aşkar edən "ağıllı" tualet oturacağı
Almaniyalı alimlər ürək ritminin təhlükəli pozuntularından biri olan qulaqcıqların fibrilasiyasını (səyrimə aritmiyasını) tualetdən istifadə zamanı aşkar edə bilən qeyri-adi cihaz hazırlayıblar. xarici mediaya istinadla xəbər verir ki, söhbət elektrokardioqram (EKQ) sensorları ilə təchiz edilmiş "ağıllı"
05.08.2026 156 Sım şəlaləsində çimən turisti söydü, həbs olundu - Qəribə OLAY
Astarada şəlalədə çimən adamı söyən həbs edilib. xəbər verir ki, hadisə Sım kəndində yerləşən məşhur Sım şəlaləsində qeydə alınıb. 40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalədə olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını və sudan çıxmasını bildirib. Qarş
05.08.2026 218 İran və Oman Hörmüz boğazı üzrə razılığa gəldilər
İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Tərəflərin nəzərdən keçirdiy
05.08.2026 155 Ukraynaya gecə hücumu: Zelenski son vəziyyəti açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və ətraf bölgələrə gecə saatlarında həyata keçirilən kütləvi hava hücumu ilə bağlı açıqlama verib. xəbər verir ki, o, bununla bağlı Telegram kanalında paylaşım edib. Zelenskinin sözlərinə görə, hücum zamanı Ukrayna ərazisinə 24 ballistik raket, 4 "Tsirkon"
05.08.2026 237 Şirvan kanalı bərpa edildi - Foto
Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir v
05.08.2026 200 16 yaşına çatmayan uşaqlar sosial şəbəkələrdə hesab yarada bilməyəcək
Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşib. -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əlavə edilən yeni maddələrdə əksini tapıb. Qanuna əsasən, 16 yaşı tama
05.08.2026 146