Ukrayna-Polşa münasibətlərində yeni gərginlik: Zelenski ordeni geri göndərdi

Ukrayna-Polşa münasibətlərində yeni gərginlik: Zelenski ordeni geri göndərdiUkrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ona təqdim olunmuş "Ağ Qartal" ordenini Polşa Prezidenti Karol Navrotskiyə geri qaytarıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında paylaşım edib.

Zelenski paylaşımına poçt şöbəsində çəkilmiş fotoları da əlavə edib.

O bildirib ki, 2023-cü ildə həmin ordenin, əslində, Ukrayna xalqına və ölkənin Silahlı Qüvvələrinə təqdim edildiyi hesab olunurdu.

Ukrayna Prezidenti qeyd edib ki, Polşanın ali dövlət mükafatının müxtəlif tarixi şəxsiyyətlərdə, o cümlədən II Yekaterina, Benito Mussolini və Gerhard Şröderdə qalması ilə bağlı qərara Kiyev etiraz etməyəcək.

Zelenski vurğulayıb ki, Ukrayna Polşa xalqının göstərdiyi dəstəyi və əməkdaşlığı yüksək qiymətləndirir, eyni zamanda iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etdirilməsində maraqlıdır.

Qeyd edək ki, bundan əvvəl Polşa Prezidenti Karol Navrotski tarixi məsələlərlə bağlı fikir ayrılıqları fonunda Zelenskini ölkənin ali ordenlərindən birindən məhrum etmişdi. Bundan sonra Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Polşanın dövlət mükafatından imtina etdiyini açıqlamışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyada hər beş nəfərdən birinin gözlənilməz ölüm səbəbi açıqlanıb

Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş ölümdən birinə səbəb olur. xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. Məlumata görə, insan genomunun 2003-cü ildə tam oxunması ilə tədqiqatçılar əksər xəstəliklərin mənbəyini müəyyən edə biləcəklərin

20.06.2026 216
.

Ukrayna-Polşa münasibətlərində yeni gərginlik: Zelenski ordeni geri göndərdi

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ona təqdim olunmuş "Ağ Qartal" ordenini Polşa Prezidenti Karol Navrotskiyə geri qaytarıb. xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında paylaşım edib. Zelenski paylaşımına poçt şöbəsində çəkilmiş fotoları da əlavə edib

13:50 0
.

Vens: ABŞ tələblərin yerinə yetirilməsi şərtilə İrana iqtisadi təzyiqi azaltmağa hazırdır

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran Amerikanın tələblərini yerinə yetirərsə, Vaşinqton Tehrana iqtisadi təzyiqi azaltmağa hazırdır. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının efirində bildirib. "Biz iranlılara əhəmiyyətli iqtisadi təzyiq göstəriri

14:20 0
.

Əbu-Dabidə kəllə sümükləri bitişik siam əkizlərini uğurla ayırıblar - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə həkimlər doğuşdan kəllə sümükləri bitişik olan siam əkizlərini uğurla ayırıblar. xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. Pasiyentlər Nigeriyadan olan 19 aylıq bacılar Mersi və Qudness olub. Qızlara kraniopagiyanın nadir forması - kəll

20.06.2026 178
.

Britaniyalı alimlər 6000 illik Artur daşının sirrini açıqlayıblar

Britaniyalı alimlər Herefordşir qraflığında yerləşən neolit dövrünə aid Artur daşı yaxınlığında arxeoloji qazıntılar aparıblar. xəbər verir ki, bu barədə "Live Science" yazıb. Qazıntılar zamanı mütəxəssislər müəyyən ediblər ki, Artur daşı təxminən altı min il əvvəl Böyük Britaniyanın ilk əkinç

11:50 124
.

Toy mədəniyyətində dönüş - ŞOK QADAĞA GÜNDƏMDƏ

Bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, cəmiyyət alternativ yanaşmaları tədricən qəbul edir. Azərbaycanda yas mərasimlərində ehsanın mərhələli şəkildə aradan qaldırılması cəmiyyətin uzun illər formalaşmış sosial stereotiplərinin dəyişə bildiyini göstərdi

00:19 331
.

Tokio və Vaşinqton Yaponiya adalarının müdafiəsi üzrə birgə təlimlərə başlayıb

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Dəniz Piyadaları Korpusu ada ərazilərinin müdafiəsinin təkmilləşdirilməsinə yönəlmiş "Qətiyyətli əjdaha" (Resolute Dragon) birgə çöl təlimlərinə başlayıblar. "Report" "Japan Today" nəşrinə istinadən xəbər verir ki, təlimlər Yaponiyanı

20.06.2026 155
.

Bakıda kişi telefona çox baxan arvadını döydü

Bakıda kişi arvadını döyüb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. İttiham aktına görə, 24 yaşlı Səlim Novruzov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadının telefona çox baxması və bunun səbəbini bildirməməsinə görə qısqanaraq, qadına ira

20.06.2026 204
.

Uşaq arabasında olan Atilla FACİƏLİ ŞƏKİLDƏ HƏLAK OLDU - VİDEO

İyunun 19-da Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" yaşayış kompleksinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkət edən motosiklet uşaq arabasında olan 3 yaşlı Atilla Rafail oğlu Bağırovu vurub. Hadisə nəticəsində azyaşlı dünyasını dəyişib. Yaşayış kompleksinin sakinlər

20.06.2026 405
.

TOP MP3