128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi

128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdiABŞ-nin Dublin şəhərində yerli polis xidməti fəaliyyətə başladıqdan bir ilə yaxın müddətdə "DubBot" adlı polis robotunu istismardan çıxarıb. Avtomatlaşdırılmış köməkçi 10 aylıq fəaliyyəti ərzində nə bir nəfəri saxlaya, nə də hər hansı cərimə tətbiq edə bilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Dəyəri 128 min dollardan çox olan qurğu ictimai məkanlarda patrul xidməti aparmaq və təhlükəsizliyin təmin edilməsində polisə dəstək vermək üçün nəzərdə tutulmuşdu. Lakin fəaliyyət göstərdiyi müddətdə robot nə bir cərimə yazıb, nə də hər hansı saxlanılma əməliyyatında iştirak edib.

Bu səbəbdən "DubBot" qısa müddətdə yerli sakinlərin zarafat mövzusuna çevrilib. Bir çoxları layihəni səmərəsiz hesab etsə də, robotun tərəfdarları onun əsas vəzifəsinin həbslər həyata keçirmək deyil, müşahidə aparmaq, vətəndaşları məlumatlandırmaq və hüquq-mühafizə orqanlarına yardım göstərmək olduğunu bildiriblər.

Bununla belə, şəhər rəhbərliyi proqramı vaxtından əvvəl dayandırmaq qərarına gəlib. Eyni tipli ikinci robotun istifadəyə verilməsi planları da ləğv olunub.

KİV-in məlumatına görə, polis eksperimentin gözləntiləri doğrultmadığını etiraf edib. Hazırda şəhər rəhbərliyi təhlükəsizliyin təmin olunması üçün texnologiyalardan istifadənin alternativ yollarını araşdırır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü - OĞLU SAXLANILDI

Sumqayıtda 3 gün əvvəl döyülən qadın bu gün xəstəxanada ölüb. BİG.AZ "Report"a istinadən verir ki, hadisə iyunun 17-də 4-cü məhəllədə qeydə alınıb. Belə ki, 1943-cü il təvəllüdlü Şərqiyyə İdiş qızı Həsənova yaşadığı binanın qarşısında döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb. O, yaralı vəziyyətd

20.06.2026 282
.

Əraqçi Livanda atəşkəs əldə olunmasını ABŞ ilə danışıqların əsas şərti hesab edir

İranın xarici işlər naziri Abbas Əraqçi Livanla atəşkəsin əldə olunmasının ABŞ ilə danışıqlar üçün həlledici şərt olduğunu bəyan edib. "Report" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat paylaşıb. Məlumat

14:10 108
.

Bu ailələrə pensiyaya çıxarkən GÜZƏŞT EDİLƏ BİLƏR

Azərbaycanda pensiya təyin edilərkən və ya onun məbləği hesablanarkən vətəndaşların himayəsində olan uşaqların sayının nəzərə alınıb-alınmaması tez-tez müzakirə olunan məsələlərdən biridir. Xüsusilə çoxuşaqlı ailələr üçün əlavə üstünlüklərin olub-olmaması maraq doğurur. Bəs mövcud qanunvericilik bu barəd

00:11 249
.

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Milli Məclisin Elm və təhsil komitəsinin dünən baş tutan iclasında komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib. Komitə sədrinin sözlərinə görə, sənəddə dövlət təhsi

00:21 249
.

Azərbaycanda siqaret istehsalı 20 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 7 milyard 42,1 milyon ədət siqaret istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,8 % çoxdur. İyunun 1-nə ölkədə 1 milyard 145,3 milyon hazır məhsul ehtiyatı olub ki, b

12:10 128
.

Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama

Bakıda mənzil sahibi olmaq minlərlə ailənin əsas məqsədlərindən biri olsa da, son illərdə daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımları bu hədəfə çatmağı xeyli çətinləşdirib. 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,1 mana

11:30 167
.

Britaniyalı alimlər 6000 illik Artur daşının sirrini açıqlayıblar

Britaniyalı alimlər Herefordşir qraflığında yerləşən neolit dövrünə aid Artur daşı yaxınlığında arxeoloji qazıntılar aparıblar. xəbər verir ki, bu barədə "Live Science" yazıb. Qazıntılar zamanı mütəxəssislər müəyyən ediblər ki, Artur daşı təxminən altı min il əvvəl Böyük Britaniyanın ilk əkinç

11:50 154
.

Tokio və Vaşinqton Yaponiya adalarının müdafiəsi üzrə birgə təlimlərə başlayıb

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Dəniz Piyadaları Korpusu ada ərazilərinin müdafiəsinin təkmilləşdirilməsinə yönəlmiş "Qətiyyətli əjdaha" (Resolute Dragon) birgə çöl təlimlərinə başlayıblar. "Report" "Japan Today" nəşrinə istinadən xəbər verir ki, təlimlər Yaponiyanı

20.06.2026 155
.

ABŞ Milli Kəşfiyyatının rəhbəri vəzifədən ayrılmazdan əvvəl COVID-19-la bağlı sensasion açıqlamalar verdi

ABŞ Milli Kəşfiyyatının sabiq direktoru Talsi Qabbard COVID-19-un mənşəyi ilə bağlı materiallar yayımlayıb və ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçini Uhan Virusologiya İnstitutunda koronaviruslarla bağlı tədqiqatların maliyyələşdirilməsini gizlətməyə çalışmaqd

20.06.2026 211
.

TOP MP3