Argentinada gənc futbolçu meydanda oyun zamanı öldü
Argentinada futbol matçı gedişatında sinə nahiyəsindən top zərbəsi alan 14 yaşlı oyunçu həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Need to know" nəşri məlumat dərc edib.
Məlumata görə, bədbəxt hadisə iyunun 16-da baş verib. 14 yaşlı Benyamin Valentin Donofrio La-Banda şəhərinin "Klub Atletiko Sarmiyento" komandasında çıxış edirdi.
Nəşr yazır ki, həvəskar matç zamanı gənc sinəsindən güclü top zərbəsi alıb - o, qışqıraraq qazona yıxılıb, bir neçə saniyədən sonra ayağa qalxıb, lakin sonra yenidən müvazinətini itirərək yerə yıxılıb. Bundan qısa müddət sonra gənc futbolçuda qıcolma halları müşahidə olunub.
Tibb müəssisəsinə aparılan zaman yeniyetmənin nəfəsalması və ürək döyüntüləri dayanıb. Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mütəxəssislərin qənaətinə görə, Donofrio tibdə nadir və olduqca riskli hal sayılan "ürək silkələnməsi" ilə üzləşib - bu vəziyyətdə döş qəfəsinin sol tərəfinə dəyən kəskin zərbə ürək ritminin anidən pozulması ilə nəticələnir.
"Need To Know" nəşrinin xüsusi olaraq vurğuladığına görə, belə hallarla (ürək silkələnməsi) əsasən aktiv idmanla məşğul olan şəxslər rastlaşırlar.
Hüquq-mühafizə orqanları gəncin əvvəllər hər hansı digər xəstəliyinin və ya sağlamlıq probleminin olub-olmamasını dəqiqləşdirmək məqsədilə tibbi ekspertiza təyin edib.
Xatırladaq ki, bir müddət əvvəl eyni nəşr Türkiyədə də analoji hadisənin yaşandığını, futbol oynayarkən sinəsindən top zərbəsi alan 49 yaşlı kişinin ürəyinin dayandığını xəbər vermişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 521 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914