Putinə 4 ciddi problem - "Bunu görməzdən gəlmək mümkün deyil"
Ukraynaya qarşı işğalçılıq müharibəsi uzandıqca, təkcə işğala məruz qalan ölkə deyil, Rusiyanın özündə də ciddi problemlər yaranmağa və artmağa başlayır.
"AzPolitika" xəbər verir ki, Almaniyanın "Bild" nəşri bu mövzuyla bağlı yazısında Ukraynanın xüsusilə də son dövrlərdə Vladimir Putinə yaratdığı ciddi problemlər sadalanır. Nəşr yazır ki, son həftələrdə Ukrayna Silahlı Qüvvələri Vladimir Putin üçün dörd ciddi problem yaradıb.
Birinci problem cəbhənin dalana dirənməsidir. Qeyd ounur ki, yerlərdə kiçik irəliləyişlərə baxmayaraq, 2023-cü ildən bəri təmas xəttində heç bir strateji dəyişiklik olmayıb. Hər iki tərəf daim təchizat yollarına, sursat və yanacaq daşıyan yük maşınlarına, dəmir yolu qovşaqlarına və s. hücum edir.
Köln Universitetinin Beynəlxalq Münasibətlər üzrə professoru Tomas Yeger nəşrə deyib: "Tükəndirmə müharibəsi davam edir və Rusiya hərbi cəhətdən qalib gəlmək üçün vasitələr tapa bilmir".
İkinci problem arxa cəbhəyə zərbələrdir. Ukrayna Rusiya xətlərinin arxasındakı neft emalı zavodlarına, yanacaq anbarlarına və dəmir yolu infrastrukturuna zərbələr endirir: "İqtisadiyyata dəyən ziyan həm neft ixracı, həm də ölkə daxilində və cəbhədə təchizat baxımından çox böyükdür. Krım yarımadasında dramatik bir vəziyyət yaranıb, burada fiziki şəxslər artıq benzin ala bilmirlər".
Daha bir problem odur ki, Krımı faktiki müdafiə edə bilməməsi Putin üçün siyasi yükə çevrilir. Ukrayna qüvvələri müntəzəm olaraq Krımın hərbi infrastrukturuna və nəqliyyat arteriyalarına zərbələr endirir: "Krım Putinin imperialist siyasətinin ən vacib simvoludur. Vəziyyət dəyişir, çünki Krım Rusiyadan təcrid olunur. Yarımadanın mümkün itirilməsi Putin üçün böyük ikiqat zərbə olar. Çünki təbliğat həmişə Krımın Rusiya ilə yaxın əlaqələrini vurğulayıb və strateji olaraq yarımada Qara dənizdə Moskvanın forpostu kimi xidmət edir".
Nəhayət, əsas ciddi problemlərdən biri - Rusiya cəmiyyəti getdikcə müharibənin təsirini öz üzərində hiss edir. Həm Krıma, həm də Rusiyanın daxilindəki hədəflərə edilən hücumlar hərbi əməliyyatların nəticələrini bir çox Rusiya vətəndaşı üçün açıq-aydın göstərir. Xüsusilə də Moskvaya endirilən son zərbə və bununla bağlı görüntülər Rusiya cəmiyyətinə təsirsiz ötüşə bilməz: "Moskvanın yanması obrazını görməzdən gəlmək mümkün deyil; Ukraynanın taktikaları işləyir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 139 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZaxarovadan Ermənistanla bağlı diqqətçəkən açıqlama
Ermənistanda keçirilən son parlament seçkiləri ölkə cəmiyyətində Qərblə yaxınlaşma siyasətinə geniş dəstəyin olmadığını göstərib. xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti agentliyinə açıqlamasında səsləndirib. Diplomatın sözlərinə görə, seçkiləri
12:29 151 Sosial şəbəkələrdə yayılan "süni yumurta" videoları təşviş yaratmalıdırmı?
"Son dövrlərdə sosial şəbəkələrdə qidaların süni şəkildə hazırlanması ilə bağlı müxtəlif videolar geniş yayılır. Bu videolarda ən çox müzakirə olunan mövzulardan biri də "süni yumurta" iddialarıdır. Mütəxəssislər isə bildirirlər ki, bu cür görüntülər əksər hallarda yanlış təəssürat yaradı
16:20 107 Azərbaycan biznes mühitində ilk dəfə açıq hava formatında networking festivalı keçiriləcək!
27 iyun 2026-cı il tarixində Omar Atçılıq Mərkəzində ölkədə ilk dəfə olaraq "Biznesin Ritmi" konsepti ilə Comelson Networking Festivalı təşkil olunacaq. Festivalın əsas məqsədi sahibkarları, şirkət rəhbərlərini, investorları, dövlət və özəl sektor nümayəndələrini, müxtəlif sahələr üzrə peşəkarlar
15:21 108 Təhsildə islahatlar niyə gözlənilən nəticəni vermir?
"Bu il keçirilən sertifikasiya imtahanları təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Müəllimlərin bir qismi hesab edir ki, imtahanlarda yer alan bəzi metodiki və nəzəri yanaşmalar məktəb reallıqları ilə tam uzlaşmır. Onların fikrincə, müxtəlif xarici pedaqoji modellərin və nəzəriyyələri
15:21 128 Beyrut üzərində İsrail PUA-ları göründü
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Livanın paytaxtı Beyrut üzərində müşahidə olunub. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Agentliyin mənbəsinin sözlərinə görə, İsrailə məxsus kəşfiyyat dronları şəhər üzərində orta hündürlükdə patrul uçuşları həyat
11:56 138 XİN Lüksemburqu təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqu təbrik edib. xəbər verir ki, nazirlik bu barədə X sosial media hesabında yazıb. "Lüksemburq Böyük Hersoqluğunun Milli Günü münasibətilə Lüksemburq Hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik", - paylaşımda qeyd olunub
11:15 136 Kupçasız torpaqlar: Vətəndaşların bilməli olduğu hüquqi prosedurlar
"Azərbaycanda sənədsiz torpaq sahələrinin rəsmiləşdirilməsi minlərlə vətəndaşı maraqlandıran məsələlərdən biridir. Mütəxəssislərin sözlərinə görə, belə torpaqların sənədləşdirilməsi üçün ilk növbədə onların hüquqi statusu müəyyən edilməlidir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzr
14:35 172 Lavrovun məqaləsi dərc olunmadı: Rusiya Politico Europe-a etiraz etdi
Politico Europe nəşrinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna ilə bağlı məqaləsini dərc etməkdən imtina etməsi açıq senzura nümunəsidir. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında yazıb. Diplomat bildirib ki, Avropa İttifaqının mərkəzind
11:10 155 Almaniya Belarus sərhədinə QOŞUN GÖNDƏRİR
Almaniya Silahlı Qüvvələri (Bundestaq) öz tarixində ilk dəfə olaraq xaricdə müvəqqəti missiya deyil, daimi əsasla böyük hərbi kontingent yerləşdirməyə hazırlaşır. Alman əsgərləri NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Litvada - Belarus ilə sərhədə yaxın ərazilərdə yerləşdiriləcək. Bizim.Medi
12:00 139