"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə 2025-ci il iyunun 27-də paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.
Aparılan istintaqla müəyyən edilib ki, İlduzə Hacıyeva 27 iyun 2025-ci il tarixində saat 00:53-də "Star lizinq" MMC ilə müqavilə bağlayaraq Almaniyanın sürücülük vəsiqəsi ilə "Changan" markalı avtomobili icarəyə götürüb.
O, paytaxtın Xəzər rayonu ərazisində Qala istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini yəni, yolun hərəkət hissəsində dönmə hərəkəti apararkən onunla eyni istiqamətli hərəkətdə olan digər hərəkət iştirakçısının hərəkətinin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, onun yanından hərəkətin təhlükəsiziyini təmin edib keçib getməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib.
O, "Dayanmadan keçmək qadağandır" üstünlük yol nişanının tələblərinə əməl etməyərək sola manevr edib dönmək üçün əksistiqamətli hərəkət zolağına çıxıb.
İlduzə Hacıyeva onunla eyn istiqamətdə arxadan ötmə əməliyyatını keçirən Amal Məlikovun idarə etdiyi "Mercedes Benz D2" markalı avtomobilin təhlükə yarandığını görməsinə baxmayaraq, idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb, həmin avtomobilin onu ötüb keçməsini gözləməyərək dönmə manevrli hərəkətini davam etdirib.
O, yolun əks hərəkət zolağında hərəkətini davam etdirib və onu ötüb keçmək istəyən Amal Məlikovun idarə etdiyi avtomobilin arxa təkərini sürtməklə vurub.
Bununla da Amal Məlikov idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb.
Nəticədə həmin avtomobildə olan sərnişin Sənubər Muradova ağır bədən xəsarətləri alıb, avtomobilin sürücüsü Amal Məlikov isə hadisə yerindəcə dünyasını dəyişib.
Bundan başqa, İlduzə Elmar qızı Hacıyeva yol-nəqliyyat hadisəsi törətməsi, özünün şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxsləri təhlükədə qoyub yardım göstərmədən idarə etdiyi "Changan" markalı avtomobilində yol-nəqliyyat hadisəsi yerindən qaçıb.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyib. İstintaq dövründə onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
"Arzum" ləqəbli bloqerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1008 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski cəbhə xəttinə getdi
Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai
30.09.2026 236 ABŞ donanması 30 yerüstü dron sifariş etdi
ABŞ Hərbi Dəniz Qüvvələri 30 pilotsuz yerüstü gəmi alacaq. xəbər verir ki, bu barədə TWZ xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Orta Pilotsuz Səth Gəmisi (MUSV) proqramı çərçivəsində müqavilələr üç şirkətə - Galliano Marine Services, Huntington Ingalls Industries (HII) və Saronic Technologie
10:45 105 1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi
1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c
08:39 156 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist
30.09.2026 241 Bu məşhurların narkotik testinin nəticələri açıqlandı
Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda
30.09.2026 326 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 99 Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası
12:01 58 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 127 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
11:21 95