Valideynlərin ən böyük səhvi - Uşağı yalan danışmağa nə məcbur edir?

Valideynlərin ən böyük səhvi - Uşağı yalan danışmağa nə məcbur edir?Araşdırmalara görə, hər iki yeniyetmədən biri məktəbdə baş verənlər barədə valideynlərinə həqiqəti demədiyini etiraf edir. ABŞ-ın Minnesota Universitetinin tədqiqatı göstərib ki, yuxarı sinif şagirdlərinin 83 faizi qiymətlərini və məktəbdə yaşadıqları problemləri ailəsindən gizlədir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, təhsil üzərində həddindən artıq nəzarət uşağın daxili motivasiyasını zəiflədir. Valideyn hər gün gündəliyi yoxlayıb yalnız yüksək qiymət tələb etdikdə, yeniyetmənin beyni öyrənməyə deyil, problemləri gizlətməyə və çıxış yolu axtarmağa köklənir.

Üsyanın anatomiyası: Psixoloqların izah etdiyi səbəblər

Mütəxəssislərin fikrincə, yeniyetməlik dövrü sadəcə kapriz deyil, orqanizmdə baş verən ciddi bioloji dəyişikliklərin nəticəsidir. ABŞ Pediatriya Akademiyasının məlumatına görə, 12-17 yaş arasında beynin özünənəzarətə cavabdeh olan prefrontal qabıq hissəsi aktiv şəkildə inkişaf edir. Hormonal dəyişikliklər səbəbindən valideynlərin hər "olmaz" sözü yeniyetmə tərəfindən şəxsi təzyiq kimi qəbul edilə bilər.

Harvard Universitetinin professoru Elizabet Uoker yeniyetmə psixologiyası ilə bağlı araşdırmasında qeyd edir ki, qadağalar uşağı alternativ yollar axtarmağa sövq edir, seçim imkanı isə onun danışıqlar aparmağı və məsuliyyət daşımağı öyrənməsinə kömək edir.

Maraqlıdır ki, ən çox münaqişənin yaşandığı ailələr məhz həddindən artıq çox qaydanın tətbiq olunduğu ailələrdir. Qaydaların səbəblərinin izah edildiyi və müzakirə olunduğu ailələrdə böyüyən uşaqlarda asılılıqlara meyil daha az olur, həmçinin onların məktəb göstəriciləri də daha yüksək olur.

Psixoloqlar tərbiyədə "təbii nəticələr" prinsipini vacib hesab edirlər. Əgər uşaq dərsini hazırlamayıbsa, onu dərhal repetitor vasitəsilə vəziyyətdən çıxarmaq əvəzinə, nəticəsini yaşamasına imkan vermək tövsiyə edilir. Bir müddət sonra o, köməyə özü ehtiyac duyduğunu anlayacaq.

Hansı üç şeyi yeniyetməyə qadağan etmək olmaz?

Böyük Britaniyanın Kembric Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, saçını fərqli rəngə boyamağa və ya qulağını deşdirməyə icazə verilən yeniyetmələr emosional intellekt baxımından daha yüksək nəticələr göstərirlər. Mütəxəssislər bunu gənclərin özünü ifadə etmək ehtiyacı ilə əlaqələndirirlər.

Şəxsi məkan

Şəxsi gündəlik, dostlarla yazışmalar və ya bağlı otaq yeniyetmənin özünə aid hesab etdiyi məkandır. Psixoloqlar xəbərdarlıq edir ki, valideynlərin icazəsiz şəkildə şəxsi mesajları oxuması etimadı uzun müddətə sarsıda bilər. Yeniyetmə bunu qayğı deyil, xəyanət kimi qəbul edə bilər.

Səhv etmək hüququ

"Demişdim axı" ifadəsi uşağın özünəinamına ciddi zərbə vura bilər. Mütəxəssislər hesab edir ki, yeniyetmənin bəzən imtahandan zəif nəticə göstərməsi, yarış üçün formasını unutması və ya etdiyi səhvlərin nəticəsini yaşaması onun məsuliyyət hissini inkişaf etdirir. Çünki səhvlər həyatda ən təsirli müəllimlərdən biridir.

Məktəbi cəzadan inkişaf vasitəsinə necə çevirmək olar?

Dünyanın ən uğurlu təhsil modellərindən biri hesab edilən Finlandiyada 13 yaşına qədər şagirdlərə ev tapşırığı verilmir. Buna baxmayaraq, ölkənin məktəbliləri beynəlxalq qiymətləndirmələrdə yüksək nəticələr göstərirlər. Mütəxəssislər bunu təzyiqsiz öyrənmənin uşaqlarda biliklərə qarşı maraq yaratması ilə izah edirlər.

Stenford Universitetinin neyrobioloqu Ceyms Qross bildirir ki, uşaqların əsas problemi tənbəllik deyil, öyrəndiklərinin real həyatda nə işə yaradığını anlamamalarıdır. Əgər yeniyetmə Pifaqor teoreminin və ya kimyanın gündəlik həyatda tətbiqini görmürsə, beyin həmin məlumatı yadda saxlamaqda maraqlı olmur.

Valideynlər riyaziyyatı ailə büdcəsi üzərində, kimyanı isə yemək hazırlanması zamanı izah etdikdə, nəzəri biliklər uşaqlar üçün daha anlaşıqlı və maraqlı olur. Bu da qiymətlərin cəza və məcburiyyət olmadan yüksəlməsinə kömək edir.

Uşağın uğursuzluqlarına necə reaksiya vermək lazımdır?

Çikaqo Universitetinin araşdırmasına görə, məktəbdəki uğursuzluqları övladları ilə ittiham etmədən müzakirə edən valideynlərin uşaqları bir il ərzində orta hesabla 14 faiz daha yaxşı nəticə göstərirlər. Onlar problemlərini gizlətmək əvəzinə həll etməyə çalışırlar. Psixoloqlar bildirirlər ki, yeniyetmələr çox vaxt valideynlərinin qorxularını əks etdirirlər. Əgər ailə hər zəif qiymətə panika ilə yanaşırsa, uşaq da öyrənmək əvəzinə qorxmağa başlayır.

Sakit və anlayışlı münasibət isə tərbiyənin ən güclü vasitələrindən biridir. Valideynlərə həmçinin övladlarının dost seçimlərinə görə tələsik qadağalar qoymamaq tövsiyə edilir. Çünki qadağan edilən insanlar və ya davranışlar yeniyetməyə daha cəlbedici görünə bilər. Bunun əvəzinə dostlarını evə dəvət etmək, onları yaxından tanımaq və yalnız bundan sonra nəticə çıxarmaq daha sağlam yanaşma hesab olunur.

Mütəxəssislərin fikrincə, yeniyetməlik dövrünün çətinlikləri cəza ilə deyil, zaman, səbir və qarşılıqlı etimad sayəsində aradan qalxır. Araşdırmalar göstərir ki, təxminən 20 yaşdan sonra hormonal dəyişikliklər sabitləşir və bir vaxtlar "çətin" görünən yeniyetmələrin böyük əksəriyyəti daha məsuliyyətli və yetkin davranış nümayiş etdirirlər. Bu dövrdə valideynlərin əsas vəzifəsi isə övladları ilə aralarındakı etibar bağını qoruyub saxlamaqdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 816   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenski cəbhə xəttinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai

30.09.2026 236
.

ABŞ donanması 30 yerüstü dron sifariş etdi

ABŞ Hərbi Dəniz Qüvvələri 30 pilotsuz yerüstü gəmi alacaq. xəbər verir ki, bu barədə TWZ xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Orta Pilotsuz Səth Gəmisi (MUSV) proqramı çərçivəsində müqavilələr üç şirkətə - Galliano Marine Services, Huntington Ingalls Industries (HII) və Saronic Technologie

10:45 105
.

1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi

1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c

08:39 156
.

Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr

Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist

30.09.2026 241
.

Bu məşhurların narkotik testinin nəticələri açıqlandı

Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda

30.09.2026 326
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 99
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

12:01 58
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

10:24 127
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 95
.