Xarici mobil operatorlar niyə bazara buraxılmır? - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMA
"Düşünürəm ki, xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə buraxılmırlar və ya istəmirlər kimi sadə yanaşmaq düzgün olmaz. Bu, daha çox bazarın həcmi, investisiya mühitinə və iqtisadi hesablamalarla bağlı məsələdir. Məsələn bir çox iri şirkətlər kimi Vodafone, Orange və ya T-Mobile kimi nəhəng şirkətlər yeni bazara daxil olarkən ilk növbədə əhalinin sayını, potensial gəliri, investisiya xərclərini və bazardan əldə edə biləcəkləri payı hesablayırlar. Mobil rabitə sektoru elə sahədir ki, milyardlarla investisiya tələb edir". Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib.
O qeyd edib ki, əgər şirkət hesab edirsə ki, qoyacağı investisiyanın geri dönüşü onu qane etməyəcək, həmin bazara daxil olmaq istəməyəcək: "Digər tərəfdən isə telekommunikasiya sektoru istənilən ölkədə strateji sahə hesab olunur. Burada söhbət təkcə zəng və internet xidmətindən getmir. Dövlət qurumlarının rabitəsi, fövqəladə hallar zamanı kommunikasiya, milli təhlükəsizlik və kritik infrastruktur da bu sistemlərə bağlıdır. Buna görə də bir çox ölkələrdə mobil rabitə bazarı adi biznes sahəsindən fərqli olaraq daha ciddi şəkildə tənzimlənir. Ancaq açıq demək lazımdır ki, istifadəçilərin əsas gözləntisi daha münasib qiymət və daha keyfiyyətli xidmətdir.
İnsanlar qiymətlər artdıqca təbii olaraq düşünürlər ki, bazarda daha çox oyunçu olsaydı, bəlkə də rəqabət güclənərdi. Bu, müəyyən mənada məntiqli yanaşmadır. Çünki rəqabət olan yerdə şirkətlər müştərini itirməmək üçün daha çox çalışırlar. Ancaq təkcə xarici operatorun gəlməsi qiymətlərin avtomatik olaraq aşağı düşəcəyi anlamına gəlmir. Çünki telekommunikasiya bazarında tezliklərin ayrılması, şəbəkənin qurulması, enerji xərcləri, avadanlıqların alınması və texniki xidmət kimi çox böyük maliyyə yükü var. Bu səbəbdən məsələ yalnız operator sayından ibarət deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 743 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 156 Müstəqilliyə gedən yol
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl
08:52 151 Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand
30.09.2026 221 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
10:10 179 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 99 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)
Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd
30.09.2026 272 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
11:33 84 Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası
12:01 58 Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 244