Bank hesablarında pullar niyə yoxa çıxır? Ekspert mümkün səbəbləri açıqladı

Bank hesablarında pullar niyə yoxa çıxır? Ekspert mümkün səbəbləri açıqladı"Bank hesablarında və mobil tətbiqlərdə eyni vaxtda problemlərin yaranmasının ən çox rast gəlinən səbəbləri texniki nasazlıqlar və ya məlumat bazalarının sinxronizasiyası zamanı baş verən xətalardır. Belə hallarda müştərinin hesabında olan vəsait müvəqqəti olaraq görünməyə, balans sıfır və ya mənfi göstərilməyə, hətta sistem tərəfindən əsassız borc qeydə alınmağa bilər. Adətən problem aradan qaldırıldıqdan sonra hesablar əvvəlki vəziyyətinə qaytarılır və vəsaitlər düzgün əks olunur".

Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

O, qeyd edib ki, bir neçə bankın mobil tətbiqində eyni vaxtda giriş və ya əməliyyat problemlərinin yaranması isə daha genişmiqyaslı texniki infrastrukturla bağlı ola bilər. Bu cür hallar banklararası ödəniş sistemlərində, məlumat mübadiləsi platformalarında, prosessinq mərkəzlərində və ya rabitə şəbəkələrində baş vermiş nasazlıqlardan qaynaqlana bilər. Nəticədə problem təkcə bir bankı deyil, eyni anda bir neçə maliyyə qurumunu təsirləndirir:

"Ehtimal olunan səbəblər sırasında proqram təminatının yenilənməsi zamanı yaranan texniki səhvlər, serverlərin həddindən artıq yüklənməsi, məlumat mərkəzlərində avadanlıq nasazlıqları və ya kibertəhlükəsizlik insidentləri də yer alır. Lakin hadisənin konkret səbəbi barədə yalnız bankların və aidiyyəti qurumların apardığı texniki araşdırmalardan sonra dəqiq nəticə çıxarmaq mümkündür.

Əgər həqiqətən hesablarda vəsaitlərin yoxa çıxması və ya əsassız borcların görünməsi halları müşahidə olunubsa, bu, əksər hallarda vəsaitin faktiki itirilməsi deyil, məlumatların sistemdə düzgün əks olunmaması ilə bağlı texniki problemin göstəricisidir. Belə vəziyyətlərdə ən vacib məsələ bankların operativ və şəffaf şəkildə açıqlama verməsi, problemin səbəbi və aradan qaldırılması müddəti barədə müştəriləri vaxtında məlumatlandırmasıdır. Əks halda, gecikən və ya qeyri-müəyyən izahatlar ictimai narahatlığın daha da artmasına səbəb ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 572   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən forum Bakı Konqres Mərkəzind

10:15 109
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 151
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını

10:00 117
.

Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə

10:39 106
.

İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı

Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"

30.09.2026 213
.

Zelenski cəbhə xəttinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai

30.09.2026 236
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 163
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

10:19 118
.

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı

Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib

30.09.2026 320
.