3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur.

Təklifin həyata keçirilməsi tələbələrin universitetdə təhsil müddətinə və ali təhsilin təşkilinə ciddi təsir göstərə bilər. Bu dəyişiklik tələbələr üçün nə vəd edir? 3 illik universitet modeli necə olacaq?
3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, universitetlərdə bakalavriat təhsilinin 3 illik sistemə keçirilməsi ilə bağlı müzakirələr son dövrlər daha çox gündəmə gəlir. Hesab edirəm ki, bu məsələyə yalnız təhsil müddətinin bir il azaldılması kimi yanaşmaq düzgün deyil. Burada əsas məsələ təhsil proqramlarının məzmununun, tələbənin əldə etdiyi bilik və bacarıqların, eləcə də əmək bazarının tələblərinin nəzərə alınmasıdır.

Əgər 3 illik bakalavr modelinə keçid nəzərdə tutulursa, ilk növbədə bütün ixtisaslar üzrə eyni yanaşmanın tətbiq edilib-edilməyəcəyi dəqiqləşdirilməlidir. Çünki bəzi ixtisaslarda 4 il ərzində tələbəyə verilən nəzəri və praktiki bilikləri 3 ilə sığışdırmaq mümkün ola bilər, amma müəyyən sahələrdə bu, kifayət qədər ciddi çətinliklər yarada bilər. Xüsusilə mühəndislik, tibbə yaxın ixtisaslar, bəzi texniki və laboratoriya yönümlü sahələrdə praktiki hazırlığın müddətinin qısaldılması arzuolunan nəticə verməyə bilər.

Digər tərəfdən, 3 illik təhsil modeli düzgün qurularsa, bunun müəyyən üstünlükləri də ola bilər. Tələbə universiteti daha tez bitirərək əmək bazarına daxil ola bilər. Bu isə həm gəncin vaxtına, həm də təhsil xərclərinə qənaət baxımından müsbət addım sayıla bilər. Lakin bunun üçün sadəcə tədris planından fənlərin çıxarılması və ya semestr yükünün artırılması kifayət deyil. Əksinə, kurikulumlar yenidən nəzərdən keçirilməli, təkrarlanan və əmək bazarında praktik əhəmiyyət daşımayan mövzular optimallaşdırılmalıdır.

Burada əsas prinsip "3 il olsun" deyil, "3 il ərzində keyfiyyətli ali təhsil verilsin" olmalıdır. Əgər tələbə əvvəl 4 il ərzində aldığı biliklərin böyük hissəsini 3 il ərzində də mənimsəyə biləcəksə, bu model kifayət qədər effektiv ola bilər. Amma təhsilin müddətini azaltmaq naminə proqramın keyfiyyəti aşağı düşərsə, bu, müsbət nəticə verməyəcək.

Mən hesab edirəm ki, belə bir dəyişiklik həyata keçiriləcəksə, əvvəlcə pilot layihə formasında tətbiq olunması daha məqsədəuyğundur. Müxtəlif ixtisas qrupları üzrə 3 illik proqramlar hazırlanmalı, həmin proqramların nəticələri, məzunların bilik səviyyəsi və əmək bazarında rəqabət qabiliyyəti qiymətləndirilməlidir. Bundan sonra modelin digər ixtisaslara genişləndirilməsi barədə qərar qəbul etmək olar.

Digər mühüm məqam magistratura təhsili ilə bağlıdır. Bakalavr pilləsinin 3 ilə endirilməsi magistratura pilləsində əlavə yükün yaranmasına səbəb olmamalıdır. Əgər bakalavr proqramı əsaslı şəkildə dəyişdirilirsə, magistratura proqramlarının da buna uyğunlaşdırılması vacibdir. Tələbənin bakalavrda hansı kompetensiyaları əldə etməli olduğu, magistraturada isə hansı daha ixtisaslaşmış bilikləri qazanacağı əvvəlcədən aydın müəyyənləşdirilməlidir. Eyni zamanda, beynəlxalq təcrübə də nəzərə alınmalıdır. Dünyanın müxtəlif ölkələrində 3 illik bakalavr proqramları mövcuddur və bu, özlüyündə qeyri-adi model deyil. Amma həmin ölkələrdə 3 illik təhsilin arxasında müəyyən akademik standartlar, kredit sistemi, keyfiyyət təminatı mexanizmləri və əmək bazarı ilə universitetlər arasında əlaqə dayanır. Yəni yalnız müddəti azaltmaqla həmin modeli ölkəmizdə uğurla tətbiq etmək mümkün deyil.

Bu baxımdan, 3 illik ali təhsil modelinə keçid müzakirə olunursa, ictimaiyyətə konkret yol xəritəsinin təqdim edilməsi vacibdir. Hansı ixtisasların 3 illik olacağı, tədris proqramlarının necə dəyişdiriləcəyi, tələbələrin həftəlik və semestrlik dərs yükünün necə müəyyənləşdiriləcəyi, praktiki təhsilin necə təşkil olunacağı və məzunların diplomlarının digər ölkələrdə tanınması kimi məsələlər əvvəlcədən izah edilməlidir.

Nəticə etibarilə, ali təhsilin müddətinin 4 ildən 3 ilə endirilməsi nə avtomatik olaraq müsbət, nə də mənfi addımdır. Bunun nəticəsi tətbiq mexanizmindən asılı olacaq. Əgər məqsəd daha çevik, müasir və əmək bazarının tələblərinə cavab verən ali təhsil sistemi yaratmaqdırsa, bu istiqamətdə ciddi potensial var. Amma əsas hədəf yalnız universitetdə qalma müddətini bir il azaltmaq olmamalıdır. Əsas hədəf tələbənin daha qısa müddətdə, lakin eyni və ya daha yüksək keyfiyyətlə peşəkar hazırlıq əldə etməsidir.

Ona görə də mən bu məsələyə ehtiyatlı, amma müsbət yanaşmağın tərəfdarıyam. Dəyişiklik olacaqsa, o, mərhələli, elmi əsaslara söykənən və universitetlərin, ekspertlərin, işəgötürənlərin, fikirləri nəzərə alınmaqla həyata keçirilməlidir.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 955   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.