"Bəzən acı da olsa tarixi olduğu kimi, doğru bilmək, istənilən xoş uydurmadan yaxşıdır" - QALİB QASIMOV

"Bəzən acı da olsa tarixi olduğu kimi, doğru bilmək, istənilən xoş uydurmadan yaxşıdır" - QALİB QASIMOVQarabağın qədim tarixi ilə bağlı müzakirələr bu gün də davam edir.Tarixi mənbələrdə bölgənin müəyyən ərazilərinin Qafqaz Albaniyasının tərkibində olduğu göstərilir.

Bəs Qarabağ-Albaniya əlaqələri hansı dövrə gedib çıxır və bu ərazilərin tarixi statusu necə olub?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov məsələnin tarixi aspektləri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib:
"Bəzən acı da olsa tarixi olduğu kimi, doğru bilmək, istənilən xoş uydurmadan yaxşıdır" - QALİB QASIMOV"Qarabağ Azərbaycanın tarixi-coğrafi torpaqlarının ayrılmaz tərkib hissəsi olub, antik dövrdən etibarən Qafqaz Albaniyasının, sonrakı mərhələlərdə isə müxtəlif Azərbaycan dövlətlərinin siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri kimi formalaşmışdır.

Antik və erkən orta əsr mənbələrinə görə, Kür və Araz çayları arasında yerləşən Qarabağ Qafqaz Albaniyası dövlətinin tərkibinə daxil idi. Bu dövlət Makedoniyalı İsgəndərin Şərq yürüşündən sonra yaranmış, güneydə Arazdan quzeydə Qafqaz dağlarına, qərbdə İberiyadan şərqdə Xəzərə qədər geniş ərazini əhatə etmişdir. Strabon, Plini, Appian, Dion Kassi və Klavdi Ptolemey kimi antik müəlliflər öz əsərlərində Kür-Araz ovalığında və dağlıq ərazidə yaşayan alban tayfalarının - utilərin, qarqarların, casların - təsərrüfat və mədəni həyatını təsvir etmişlər. Alban tarixçisi Moisey Kağankatlının "Alban tarixi" əsəri isə bölgənin siyasi tarixini, etnik tərkibini və qonşularıyla münasibətlərini öyrənmək üçün əsas ilkin mənbə hesab olunur.

Qarabağ eyni zamanda Albaniyanın dini mərkəzi kimi mühüm rol oynamışdır. Xristianlığa qədər albanlar bütpərəst olub, Strabonun qeydlərinə görə Heliosa (günəş), Zevsə (göy) və xüsusilə Selenaya (ay) sitayiş etmişlər. Dövlət səviyyəsində xristianlıq 313-cü ildə hökmdar Urnayrın buyruğu ilə rəsmiləşdirilmiş, bütpərəst məbədlərin torpaqları kilsəyə verilmiş, əhalidən kilsə xeyrinə vergi tutulmuşdur.

Alban kilsəsi tam müstəqil təşkilat kimi mövcud olub, başçısı katalikos adlanırdı. Kilsə mərkəzi IV əsrdə Qəbələdə, V əsrdən Bərdədə yerləşmişdir. 487-488-ci illərdə III Vaçaqanın çağırdığı Aquen kilsə yığıncağında 21 maddədən ibarət qanunlar qəbul edilərək ruhanilərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. V-VIII əsrlərdə ölkədə 12 yepiskopluq fəaliyyət göstərmişdir. XIII əsrin ortalarından Gəncəsər məbədi kilsənin mərkəzinə çevrilmiş və katalikoslar Həsən Cəlal nəslindən vərəsəlik yolu ilə seçilmişdir. Alban kilsəsi yalnız 1836-cı ildə çar I Nikolayın fərmanı ilə ləğv edilmiş, yerini erməni kilsəsi tutmuşdur. İslamın yayılmasından sonra Ermənistana yaxın xristian albanlar erməniləşmiş, Gürcüstana yaxın olanlar isə gürcüləşmişdir".

Sənətşünas həmçinin qeyd edib ki, Qarabağdakı qədim alban abidələri, o cümlədən Ağdərədəki Gəncəsər monastır kompleksi, xristian irsinin canlı nümunələri kimi bu gün də qalmaqdadır:

"Kamilla Trever kimi Qafqazşünas alimlər arxeoloji qazıntılar əsasında sübut etmişlər ki, bölgənin memarlıq üslubu yerli Qafqaz ənənələri ilə antik Roma-Bizans və Şərq xristian memarlığının sintezindən yaranmışdır.

Ərəb xilafətinin süqutundan sonra Qarabağ ardıcıl olaraq Azərbaycan feodal dövlətlərinin - Atabəylər, Şəddadilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər - tərkibində idarə olunmuşdur. Pənahəli xan Cavanşir 1748-ci ildə Qarabağ xanlığını yaratmış, Şuşa qalasını tikdirərək onu xanlığın paytaxtına və regionun mədəniyyət mərkəzinə çevirmişdir. Mirzə Adıgözəl bəyin ("Qarabağnamə"), Mirzə Cəlal Yusifin ("İrəvan və Qarabağ") və Əhməd bəy Cavanşirin ("Qarabağ xanlığının siyasi vəziyyəti") əsərləri bu dövrün tarixini faktiki materiallarla təsdiqləyir.

İnsanlığın yaranışından bu günədək həqiqət hər zaman saxtakarlığın qarşısındadır. Bəzən acı da olsa tarixi olduğu kimi, doğru bilmək, istənilən xoş uydurmadan yaxşıdır. Tarixi mənbələr və elmi tədqiqatlar isə birmənalı şəkildə sübut edir ki, Qarabağ Qafqaz Albaniyasından başlayaraq bütün sonrakı mərhələlərdə Azərbaycan dövlətçiliyinin ayrılmaz tərkib hissəsi olmuşdur".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1191   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.