Pezeşkian ABŞ-a getdi: Tramp ilə görüş olacaq? - GƏRGİNLİK FONUNDA SƏFƏR

Pezeşkian ABŞ-a getdi: Tramp ilə görüş olacaq? - GƏRGİNLİK FONUNDA SƏFƏRİran Prezidenti Məsud Pezeşkian ABŞ-a səfər edib. İran lideri Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edib və qurumun tribunasından ölkəsinin ABŞ və İsraillə münaqişəsi, bölgədəki vəziyyət və mümkün diplomatik danışıqlarla bağlı mövqeyini açıqlayıb. Pezeşkianın səfəri ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxta təsadüf edir. Pezeşkianın Nyu-York səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşünün mümkün olub-olmayacağı da diqqət mərkəzindədir.

ABŞ tərəfi belə görüşə açıq olduğunu bildirsə də, İran rəsmiləri Pezeşkianın Trampla birbaşa görüşəcəyini təsdiqləməyib. Bəs Pezeşkianın ABŞ səfəri və BMT-dəki çıxışı Tehran-Vaşinqton münasibətlərində yeni diplomatik mərhələnin başlanmasına səbəb ola bilərmi?
Pezeşkian ABŞ-a getdi: Tramp ilə görüş olacaq? - GƏRGİNLİK FONUNDA SƏFƏRMövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu BiG.AZ-a açıqlamasında bildirdi ki, BMT Baş Assambleyasının sessiyaları dövlətlərin öz həqiqətlərini dünyaya çatdırmaq üçün fürsətdir. Ona görə də İran bu platformadan istifadə etməyə çalışır.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar isə İranla diplomatik kanalları açıq tutmağa görə İran prezidentinin Birləşmiş Ştatlara səfərinə problem yaratmadı: "Digər tərəfdən hazırda dünyada geosiyasi böhran beynəlxalq təşkilatların funksionallığının itirilməsinə səbəb olub. Beynəlxalq təşkilatların təsir mexanizmlərinin formalaşmasında zəmanət rolunu oynay dövlətlərin özü beynəlxalq hüququn iflasına səbəb olan addımlar atdı və nəticədə dünya nizamında əvvəlki sistem çöküş prosesinə qədəm qoydu. Ona görə də bir sıra beynəlxalq təşkilatlar kimi BMT də funksionallığını demək olar ki itirib və buna görə də BMT-nin növbəti sessiyasının da hər hansı ciddi nəticələrə səbəb olacağı, hazırda dünyada davam edən qarşıdurmaların qarşısının alınmasına və dünya nizamının formalaşmasına təsir edəcəyi inandırıcı deyil.

Digər tərəfdən, İranla Birləşmiş Ştatlar arasında olan qarşıdurma artıq çoxtərəfli xarakter alıb. İsrailin təhriki ilə İranla müharibəyə girən Birləşmiş Ştatlar çox ciddi problemlərlə üzləşib. Hörmüz, eyni zamanda Bab əl-Məndəb boğazının İranın nəzarətinə keçməsi Birləşmiş Ştatlar üçün qeyri-adekvat bir vəziyyət yaratdı. Seçkiöncəsi demokratlar bundan istifadə etməyə və konqresə seçkilərdə qələbə çalmağa çalışırlar. Hazırda demokratların mövqeyi bu faktorlar səbəbindən çox güclüdür. İran da məhz bunu hesablayaraq Birləşmiş Ştatlara qarşı təzyiqlərini artırır. Eyni zamanda Səudiyyə Ərəbistanı ilə husilər arasında yaranan problem dünyada yanacağın qiymətinin daha da artmasına səbəb olur. Təbii ki, bu da Birləşmiş Ştatlarda seçkiyə ciddi şəkildə təsir edir. Ona görə də düşünürəm ki, bu faktorlar İrana Birləşmiş Ştatlara qarşı ən azı seçkiyə qədər təzyiqlərinin artırılmasına və Trampın mövqelərinin zəiflədilməsinə xidmət edən əlavə təzyiq imkanları verdiyinə gör, İran maksimum bundan yararlanmaq niyyətindədir. Bu baxımdan BMT Baş Assambleyasının növbəti sessiyasının İranla Birləşmiş Ştatlar arasında münasibətlərə, ümumiyyətlə Yaxın Şərqdə proseslərə təsir edəcəyini söyləmək doğru olmaz.

Digər tərəfdən Pezeşkian bilirsiniz ki, Azərbaycan və region dövlətləri ilə münasibətləri normallaşdırmaq niyyətindədir və bu istiqamətdə Pezeşkianın açıq çağırışları ilə yanaşı, eyni zamanda konkret diplomatik fəaliyyətləri də var. Amma fevralda başlayan İran müharibəsi ilə islahatçıların mövqeləri zəiflədi, yəni İrana hücum SEPAH-ın daha güclü mövqeyə sahib olmasına gətirib çıxardı. Beləliklə də artıq İran Sepahın nəzarətindədir və islahatçıların mövqeyi əvvəlki, yəni müharibəyə qədər olan dönəmlə müqayisədə xeyli zəifləyib. Bu baxımdan Pezeşkianın İranın Qərb və regional siyasətində yaxın perspektivdə hər hansı radikal dəyişikliyə nail olacağını gözləmək doğru deyil.

Amma əlbəttə, istər İranın iqtisadi imkanlarının zəiflədilməsi, istərsə də daxildə sosial, eyni zamanda iqtisadi və milliietnik zəmində problemlərin olması İranın islahatlara getməsini qaçılmaz edir. Bu baxımdan Pezeşkianın da islahatların vacibliyi ilə bağlı dəfələrlə səsləndirdiyi fikir məhz buna əsaslanırdı. Pezeşkian bildirirdi ki, İran mütləq şəkildə islahatlara getməli, istər beynəlxalq, istərsə də regional siyasətində ciddi korrektələr etməlidir. Bu baxımdan hesab edirəm ki, İranın xarici siyasətinə yenidən baxması vacibdir".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 145   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yamal futbolda əsas hədəfiniAÇIQLADI

"Barselona" və İspaniya milli komandasının qanad oyunçusu Lamin Yamal əfsanəvi futbolçuların sırasına qoşulmaq istəyini bildirib. xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı ispaniyalı istedadı və dünyanın ən yüksək maaş alan oyunçularından biri bu yaxınlarda Dünya çempionatını qazanıb

23.09.2026 241
.

"Kənd yumurtası"nı broyler yumurtasından necə ayırmaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə "kənd yumurtası" adı ilə satılan məhsulların həqiqətən bu kateqoriyaya uyğun olub-olmaması istehlakçı üçün sual yaradır. Alıcı isə çox vaxt yumurtanın yalnız görünüşünə baxaraq onun kənd və ya sənaye üsulu ilə istehsal edildiyini müəyyənləşdirməyə çalışır. AQTA-nın məlumatın

11:21 151
.

Ağ Evdən yanacaq qiymətlərinə qarşı yeni addım - 90 günlük qadağa

Ağ Ev noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl ABŞ-da rekord həddə çatan dizel yanacağı qiymətlərini məhdudlaşdırmaq məqsədilə ölkədən dizel ixracına 90 günlük qadağa tətbiq edilməsini müzakirə edir. xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb. Nəşri

10:43 126
.

"Mercedes" komandasının rəhbəri Bakıya gəlməyəcək

"Mercedes" komandasının rəhbəri Toto Volf Azərbaycan Qran-prisinə qatılmayacaq. -ın xarici mediaya istinadən məlumatına görə, avstriyalı Bakıya getməyəcək və həftəsonu yarışı uzaqdan izləyəcək. Onu komanda rəhbərinin müavini Bredli Lord əvəz edəcək. Volf artıq 2026-cı il mövsümünün bir mərhələsin

23.09.2026 229
.

Rus ordusu Krasnıy Yarı işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Potixonovo və Krasnıy Yar yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

23.09.2026 245
.

Ermənistan Rusiya ilə münasibətlərdə dəyişiklik istəyir

Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlər dərin transformasiya tələb edir. xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Sarqis Xandanyan APRI Forum 2026-nın iclasında deyib. Onun sözlərinə görə, Ermənistan və Rusiya arasındakı münasibətlərd

10:26 127
.

Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?

Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen

23.09.2026 293
.

Ermənistan Rusiyaya münasibətdə mövqeyini açıqladı - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Moskva ilə münasibətləri inkişaf etdirmək və dərinləşdirmək niyyətində olduğunu bildirib. xəbər verir ki, Paşinyan bu barədə "İzvestiya"ya müsahibəsində danışıb. Baş nazir Ermənistanın balanslaşdırılmış siyasət yürütməyə və xarici əlaqələrin

10:38 123
.

Tramp süni intellektin adını "super intellekt" olaraq dəyişdirmək istəyir

ABŞ Prezidenti Donald Tramp süni intellektin (AI) adının dəyişdirilərək bundan sonra "super intellekt" (SI) adlandırılmasını təklif edib. Tramp bu fikri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxışı zamanı səsləndirib. O bildirib ki, "süni" sözü texnologiyanı olduğunda

23.09.2026 417
.