"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli NağıyevSentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu (BTF) keçirilib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir açıq elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib.

İclasda çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib.

Xidmət rəhbəri belə mötəbər tədbirlərin aktual çağırışların peşəkar müzakirəsi üçün geniş imkanlar yaratdığını, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında mühüm dialoq platformasına çevrildiyini vurğulayıb.

General-polkovnik Əli Nağıyev beynəlxalq təhlükəsizlik sisteminin dərin keçid dövrü yaşadığını, ənənəvi mexanizmlərin yeni təhdidlərə çevik cavab verə bilmədiyini və etibarlı tərəfdaşlığın zəruriliyini qeyd edib.

Təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunmasından ibarət olmadığını açıqlayan DTX rəhbəri davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir etdiyini nəzərə çatdırıb.

BTF çərçivəsində həmçinin DTX və Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrorçuluğa Qarşı Mübarizə Ofisinin birgə təşkilatçılığı ilə "Operativ tərəfdaşlıqlar vasitəsilə milli terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi" mövzusunda yan tədbir də keçirilib.

Müzakirələrdə müasir texnologiyaların doğurduğu terror təhdidlərinə qarşı effektiv milli, eləcə də beynəlxalq əlaqələndirmə mexanizmləri, habelə BTF-in platforması olan Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi qabaqcıl alətlərin inkişaf etdirilməsinin zəruriliyinə toxunulub.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 122   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yamal futbolda əsas hədəfiniAÇIQLADI

"Barselona" və İspaniya milli komandasının qanad oyunçusu Lamin Yamal əfsanəvi futbolçuların sırasına qoşulmaq istəyini bildirib. xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı ispaniyalı istedadı və dünyanın ən yüksək maaş alan oyunçularından biri bu yaxınlarda Dünya çempionatını qazanıb

23.09.2026 241
.

"Kənd yumurtası"nı broyler yumurtasından necə ayırmaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə "kənd yumurtası" adı ilə satılan məhsulların həqiqətən bu kateqoriyaya uyğun olub-olmaması istehlakçı üçün sual yaradır. Alıcı isə çox vaxt yumurtanın yalnız görünüşünə baxaraq onun kənd və ya sənaye üsulu ilə istehsal edildiyini müəyyənləşdirməyə çalışır. AQTA-nın məlumatın

11:21 151
.

Ağ Evdən yanacaq qiymətlərinə qarşı yeni addım - 90 günlük qadağa

Ağ Ev noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl ABŞ-da rekord həddə çatan dizel yanacağı qiymətlərini məhdudlaşdırmaq məqsədilə ölkədən dizel ixracına 90 günlük qadağa tətbiq edilməsini müzakirə edir. xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb. Nəşri

10:43 126
.

"Mercedes" komandasının rəhbəri Bakıya gəlməyəcək

"Mercedes" komandasının rəhbəri Toto Volf Azərbaycan Qran-prisinə qatılmayacaq. -ın xarici mediaya istinadən məlumatına görə, avstriyalı Bakıya getməyəcək və həftəsonu yarışı uzaqdan izləyəcək. Onu komanda rəhbərinin müavini Bredli Lord əvəz edəcək. Volf artıq 2026-cı il mövsümünün bir mərhələsin

23.09.2026 229
.

Rus ordusu Krasnıy Yarı işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Potixonovo və Krasnıy Yar yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

23.09.2026 245
.

Ermənistan Rusiya ilə münasibətlərdə dəyişiklik istəyir

Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlər dərin transformasiya tələb edir. xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Sarqis Xandanyan APRI Forum 2026-nın iclasında deyib. Onun sözlərinə görə, Ermənistan və Rusiya arasındakı münasibətlərd

10:26 127
.

Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?

Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen

23.09.2026 293
.

Ermənistan Rusiyaya münasibətdə mövqeyini açıqladı - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Moskva ilə münasibətləri inkişaf etdirmək və dərinləşdirmək niyyətində olduğunu bildirib. xəbər verir ki, Paşinyan bu barədə "İzvestiya"ya müsahibəsində danışıb. Baş nazir Ermənistanın balanslaşdırılmış siyasət yürütməyə və xarici əlaqələrin

10:38 123
.

Tramp süni intellektin adını "super intellekt" olaraq dəyişdirmək istəyir

ABŞ Prezidenti Donald Tramp süni intellektin (AI) adının dəyişdirilərək bundan sonra "super intellekt" (SI) adlandırılmasını təklif edib. Tramp bu fikri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxışı zamanı səsləndirib. O bildirib ki, "süni" sözü texnologiyanı olduğunda

23.09.2026 417
.