ABŞ kəşfiyyatından Avropaya xəbərdarlıq: Rusiya Fransa, İspaniya və İtaliyaya zərbə endirə bilər
ABŞ kəşfiyyatının Avropanın bir sıra ölkələrinə Rusiyanın mümkün dron əməliyyatı ilə bağlı xəbərdarlıq etdiyi bildirilir. İspaniyanın "El Mundo" qəzetinin məlumatına görə, söhbət Rusiyanın Aralıq dənizindəki kommersiya gəmilərindən dronlar buraxaraq Fransa, İspaniya və ya İtaliyadakı hədəflərə zərbə endirməsi ehtimalından gedir.
BİG.AZ Euronews-a istinadən xəbər verir ki, məlumat ABŞ kəşfiyyatının hazırladığı və bir sıra Avropa hökumətləri ilə paylaşdığı bildirilən hesabatdan qaynaqlanır. Məlumata əsasən, mümkün əməliyyatda "Gerbera" tipli Rusiya istehsalı dronlardan istifadə edilə bilər. Bu aparatların təxminən 600 kilometrədək uçuş məsafəsinə malik olduğu bildirilir. Ssenariyə görə, dronların kommersiya gəmilərində konteynerlərdə gizlədilərək Aralıq dənizindən buraxılması ehtimal olunur. Xəbərdə qeyd olunur ki, Fransa, İspaniya və İtaliya hakimiyyətlərinə mümkün əməliyyat barədə məlumat verilib.
Bununla belə, CIA və adıçəkilən üç ölkənin hökumətləri bu məlumatı rəsmi şəkildə təsdiqləməyib. İtaliya hökumətinə yaxın mənbələr isə ölkənin belə bir mümkün hücumla bağlı kəşfiyyat, diplomatik və ya hərbi kanallardan rəsmi xəbərdarlıq almadığını bildiriblər. ABŞ kəşfiyyatının xəbərdarlığı ilə bağlı məlumat ilk olaraq "El Mundo"da dərc olunub və daha sonra bir sıra beynəlxalq media tərəfindən yayımlanıb.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 160 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistan Rusiyaya münasibətdə mövqeyini açıqladı - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Moskva ilə münasibətləri inkişaf etdirmək və dərinləşdirmək niyyətində olduğunu bildirib. xəbər verir ki, Paşinyan bu barədə "İzvestiya"ya müsahibəsində danışıb. Baş nazir Ermənistanın balanslaşdırılmış siyasət yürütməyə və xarici əlaqələrin
10:38 149 Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
Bu gün axşam Quba-Qusar bölgəsində, sentyabrın 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
12:23 228 Sənədsiz ev avtomatik olaraq qanunsuz tikili sayılırmı? - Ekspertdən açıqlama
"Hər hansı tikilinin sənədsiz olması avtomatik olaraq onun qanunsuz tikili olması anlamına gəlmir. Burada torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, həmin ərazi üzrə şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər ayrıca araşdırılmalıdır"
14:48 133 Hörmüzdə gəmi vuruldu, yanğın başladı
Hörmüz boğazından keçən tanker naməlum obyekt tərəfindən vurulub. xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatı məlumat yayıb. Bildirilib ki, karqo gəmisinə hücumdan sonra yanğın başlayıb. Nəticədə iki nəfər xəsarət alıb, gəmi heyəti təxliyə edilib. Ətra
23.09.2026 231 Rəqsanə İsmayılovaya ağır itki
Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların
10:29 325 Hələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23.09.2026 271 Hərbçilərin maaş və pensiyaları artırılır
Azərbaycanda hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb. O bildirib ki, Azərbaycan Ordusunun maaş və pensiyalarının qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılması istiqamətində tədbirlər görülür
11:16 231 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında insident - Video
Goranboyda vətəndaşlarla təhsil sektorunun əməkdaşı arasında insident yaşanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə bu günlərdə vətəndaş tərəfindən lentə alınıb. İlkin məlumata görə, hadisə Goranboy rayon təhsil sektorunun inzibati binasında qeydə alınıb. Sektor müdiri Vüsal Cəfərovun qəbulun
16:11 8 Ağ Evdən yanacaq qiymətlərinə qarşı yeni addım - 90 günlük qadağa
Ağ Ev noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl ABŞ-da rekord həddə çatan dizel yanacağı qiymətlərini məhdudlaşdırmaq məqsədilə ölkədən dizel ixracına 90 günlük qadağa tətbiq edilməsini müzakirə edir. xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb. Nəşri
10:43 148