27 Sentyabr - Zəfərə aparan yol

27 Sentyabr - Zəfərə aparan yol2020-ci ilin sentyabr ayının 27-si xalqımızın çoxəsrlik şanlı tarixinin ən parlaq səhifələrindən biridir. Tarixə qızıl hərflərlə yazılan bu müqəddəs gün milli ləyaqətin bərpası, ədalətin təntənəsi, xalqın birliyinin və iradəsinin Zəfəri idi. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına və hücumuna cavab olaraq, Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı 30 illik həsrətə, haqsızlığa, torpaq işğalına son qoydu.
1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox soydaşımız məcburi köçkün vəziyyətinə düşmüşdü. Lakin, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və sonralar Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilən strateji və praqmatik siyasət nəticəsində ölkəmiz iqtisadi cəhətdən gücləndi, beynəlxalq müstəvidə öz haqlı mövqeyini möhkəmlətdi. Ölkəmizin iqtisadiyyatı gücləndikcə Ordumuz da gücləndi. Azərbaycan Respublikasının Silahlı Qüvvələri dünyanın ən müasir texnologiyaları, silah sistemləri və kəşfiyyat vasitələri ilə təchiz edildi. Şəxsi heyətin peşəkarlığı artırıldı, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirildi.
Dövlətimiz həmişə sülh tərəfdarı olduğunu bəyan etsə də, işğal ilə barışmayacağını bu illər ərzində qətiyyətlə nümayiş etdirirdi. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı və qazanılan inamlı Qələbə Azərbaycan əsgərinin döyüş qabiliyyətini, gücünü bir daha bütün dünyaya sübut etdi. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın "İrəli!" əmri ilə Azərbaycan əsgəri qarşı tərəfə cavab olaraq hücuma keçdi. Beləliklə, 44 günlük Zəfərə gedən müqəddəs yol açıldı. Azərbaycan xalqı Vətən müharibəsi vaxtı bütün dünyada devizə çevrilən və bu gün də öz qüvvəsini saxlayan "Dəmir Yumruq" ideologiyası ətrafında sıx birləşdi.
Ordumuzun qəhrəman əsgərlərinin çətin şəraitdə, dağlıq ərazilərdə, güclü istehkamlar qurmuş düşmənə qarşı misilsiz taktiki gedişlər nümayiş etdirməsi, müasir texnologiyaların tətbiqi ilə illərdir, beynimizə yeridilən "məğlubedilməzlik" mifini cəmi bir neçə günə darmadağın etməsi dünya hərb tarixi səhifəsinə yeni bir səhifə kimi yazıldı. Füzuli və Cəbrayıl istiqamətlərində müdafiə xəttlərinin yarılması, Hadrut qəsəbəsinin azad edilməsi ilə strateji üstünlüyün əldə olunması, Suqovuşan və Talış kəndlərinin azad olunması və hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa əməliyyatı - qəhrəman Azərbaycan əsgərlərinin sıldırımlı qayaları, meşələri aşaraq, yalnız yüngül silahlarla şəhərə daxil olması və əlbəyaxa döyüşlərlə qədim mədəniyyət beşiyimizi azad etməsi düşməni kapitulyasiyaya məcbur etdi.
Şuşa zəfəri müharibənin taleyini həll etməklə yanaşı, həm də tarixi-mənəvi baxımdan müstəsna əhəmiyyət kəsb edirdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev sağlığında qətiyyətlə bildirirdi ki: "Şuşasız bizim işimiz yarımçıq olar". 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə, ləyaqətlə və qətiyyətlə yerinə yetirdi. 2020-ci il noyabrın 8-də dövlət başçısının xalqa müraciəti hər bir azərbaycanlının qəlbində əbədi həkk olunmuş unudulmaz və qürurverici anlardır. Şəhidlər xiyabanından xalqa müraciət edən Ali Baş Komandanın səsləndirdiyi o həyəcanlı və qürurlu cümlələri xalqımız sevinc göz yaşları ilə qarşıladı: "Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!". Həmin gün vətəndaşlarımız küçələrə axışdı, üçrəngli bayraqlar dalğalandı, "Qarabağ Azərbaycandır!" şüarı bütün dillərdə səsləndi. Prezident İlham Əliyevin güclü siyasi iradəsi, tükənməz səbri, qətiyyətli və prinsipial mövqeyi, şəhidlərimizin canı-qanı, qəhrəmanlığı, qazilərimizin şücaəti hesabına xalqımız əbədi Zəfər qazandı. Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində canından keçən hər bir şəhidimiz, qazimiz bizim qürurumuzdur. Onlar gələcək nəsillərə miras qoyulan əbədi bir tarix yazdılar. Dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərin yanındadır, onların sosial müdafiəsi və rifahı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
27 Sentyabr - Zəfərə gedən yolun başlanğıcı olmaqla yanaşı, dərin hüzn, eyni zamanda böyük qürur günüdür. 2020-ci il dekabrın 2-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda - Qarabağda və Şərqi Zəngəzurda aparılan və hazırda davam etdirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri - "Böyük Qayıdış Proqramı" uğurla icra olunur. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulan Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl və xüsusilə mədəniyyət paytaxtımız olan Şuşa şəhəri qısa müddətdə doğma sakinlərini qəbul etdi. Torpaqlarımızda hava limanları, avtomobil və dəmir yolları, enerji infrastrukturu inşa edildi. Qısa müddət ərzində aparılan, bütün dünyanın diqqətini çəkən bu tədbirlər hesabına bir vaxtlar məcburi köçkün olan vətəndalarımız bu gün özyurdlarında qurub yaradır, çalışır, ölkəmizin inkişafına töhfələrini verirlər.
27 sentyabr - bu müqəddəs tarix dövlətimizin gücünün, xalqımızın birliyinin və ölkə başçısının qətiyyətli siyasətinin təntənəsidir. Bu Şanlı tarix yaddaşlardan silinməyəcək və gələcək nəsillərə ötürüləcək ən qiymətli sərvətdir.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 108   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Üzüklərin hökmdarı" filmindəki Qandalfı sevənlərin gözü aydın

İan MakKellen yeni "The Lord of the Rings: The Hunt for Gollum" filmi ilə illər sonra Qandalf obrazına qayıdır. Aktyor məşhur sehrbaz obrazı ilə yenidən ekranlarda görünəcək. xarici mediaya istinadən xəbər verir ki, maraq doğuran "The Lord of the Rings: The Hunt for Gollum" filmində

16:41 67
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

10:52 596
.

Ağ Evdən yanacaq qiymətlərinə qarşı yeni addım - 90 günlük qadağa

Ağ Ev noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl ABŞ-da rekord həddə çatan dizel yanacağı qiymətlərini məhdudlaşdırmaq məqsədilə ölkədən dizel ixracına 90 günlük qadağa tətbiq edilməsini müzakirə edir. xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb. Nəşri

10:43 151
.

Katz Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışına görə Ərdoğanı tənqid edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "kağız sultandır", müdafiə naziri İsrael Katz cümə axşamı Ərdoğanın Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışından sonra bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Katz Ərdoğanı HƏMAS-ı maliyyələşdirməkd

15:21 137
.

Pedaqoji şura iclas yox, nəticə yaradan idarəetmə mexanizmi olmalıdır

"Məktəbdə pedaqoji şuranın keçirilməsi təqvimdə nəzərdə tutulan növbəti tədbirin icrası kimi qəbul edilirsə, burada ciddi idarəetmə problemi var. Çünki pedaqoji şura sadəcə müəllimlərin bir otaqda toplaşdığı, çıxışların dinlənildiyi və sonda protokolun yazıldığı toplantı deyil. Bu qurum məktəbi

11:02 158
.

Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq ediləcək. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən qərara alınıb ki, dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsini

17:03 26
.

"Kənd yumurtası"nı broyler yumurtasından necə ayırmaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə "kənd yumurtası" adı ilə satılan məhsulların həqiqətən bu kateqoriyaya uyğun olub-olmaması istehlakçı üçün sual yaradır. Alıcı isə çox vaxt yumurtanın yalnız görünüşünə baxaraq onun kənd və ya sənaye üsulu ilə istehsal edildiyini müəyyənləşdirməyə çalışır. AQTA-nın məlumatın

11:21 211
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

12:06 176
.

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, O.Muradov 2024-cü ilin aprel ayında bu vəzifəyə təyin edilmişdi

16:26 97
.