ABŞ-dan Avropaya Rusiya xəbərdarlığı: Fransa, İtaliya və İspaniya hədəfdə?
Avropada Rusiyanın mümkün hücumu ilə bağlı xəbərdarlıqlar son günlər yenidən gündəmə gəlib. ABŞ kəşfiyyatının İspaniya, Fransa və İtaliyanı mümkün Rusiya dron hücumları barədə məlumatlandırdığına dair xəbərlər yayıldığı bir vaxtda, Fransada kəşfiyyat qurumları Rusiyadan gələn hibrid təhdidlərin artdığını bildirir.
Polşanın Baş naziri Donald Tusk isə Rusiyanın yaxın aylarda NATO ərazisinə dron və ya raketlərlə hücum edə biləcəyinə dair kəşfiyyat məlumatlarının olduğunu açıqlayıb. Bütün bunlar Avropada təhlükəsizliklə bağlı yeni suallar yaradıb: Rusiya həqiqətən NATO ölkələrinə qarşı daha genişmiqyaslı hücuma hazırlaşır, yoxsa söhbət əsasən hibrid və dron təhdidlərindən gedir?
Mövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Rusiyanın Avropaya hücum etməsi ilə bağlı Avropa KİV-lərinin təbliğatı daha çox Rusiyaya qarşı mübarizədə birliyin zəruri olduğunu, yəni Rusiyaya qarşı yumşalmaya yol verməmək üçün təşkil olunan kampaniyadır. Amma eyni zamanda bütün Avropa Ukrayna ərazisində Rusiya ilə müharibə aparır. Onun sözlərinə görə, Ukraynaya hər cür hərbi sursat, maddi-texniki, iqtisadi və kəşfiyyat məlumatları ilə kömək edirlər: "Yəni Rusiya Ukrayna ərazisində apardığı müharibəni Avropa ərazisinə keçirdə bilər. Lakin hazırda bu məsələ aktual deyil və Rusiya heç bir ölkəyə rəsmi müharibə elan etməyib, xüsusi hərbi əməliyyatlar isə qarşıya qoyulan hədəfə çatdığında istənilən vaxt dayandırıla bilər.
Rusiyanın qonşu dövlətlərin ərazisində hibrid müharibə apardığı heç də yenilik deyildir, arabir Avropa hava məkanında sərhədlərin pozulması provokativ psixoloji müharibənin elementləri kimi izah olunur. Rusiya və Avropa arasında genişmiqyaslı müharibə ehtimalı yoxdur, çünki bu üçüncü dünya müharibəsinin geridönüşü olmayan mərhələsinin başlanması deməkdir ki, ona da heç kim yol verməz və heç kimə qələbə gətirə bilməz".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 110 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Həmin müğənnilər tənqidi özləri qazanırlar"
"Müğənniyə pis sözlər yazırlar, tənqid edirlər. Amma o müğənni bunu özü qazanıb". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Meqa şou" verilişində deyib. Müğənni bəzi həmkarlarını geyiminə və davranışlarına görə tənqid edib:. "Ekranın o biri tərəfində
14:31 92 Ermənistan Rusiyaya münasibətdə mövqeyini açıqladı - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Moskva ilə münasibətləri inkişaf etdirmək və dərinləşdirmək niyyətində olduğunu bildirib. xəbər verir ki, Paşinyan bu barədə "İzvestiya"ya müsahibəsində danışıb. Baş nazir Ermənistanın balanslaşdırılmış siyasət yürütməyə və xarici əlaqələrin
10:38 143 Hələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23.09.2026 270 Rəqsanə İsmayılovaya ağır itki
Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların
10:29 312 Rusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23.09.2026 315 Hakim Tramp administrasiyasına Ağ Evin CNN, MS NOW və Politico-ya çıxışını dərhal bərpa etməyi əmr edib
Federal hakim Timoti Kelli, Prezident Donald Tramp tərəfindən Ağ Evə giriş qadağan edildikdən sonra Tramp administrasiyasına CNN, MS NOW və Politico-nun Ağ Evə girişini müvəqqəti olaraq bərpa etməyi əmr edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, cümə axşamı səhər saatlarında verilən qərarda Kelli müxbirləri
11:59 149 Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23.09.2026 274 İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbər
14:07 94 Ermənistan Rusiya ilə münasibətlərdə dəyişiklik istəyir
Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlər dərin transformasiya tələb edir. xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Sarqis Xandanyan APRI Forum 2026-nın iclasında deyib. Onun sözlərinə görə, Ermənistan və Rusiya arasındakı münasibətlərd
10:26 143