Atasının illərlə gizli saxladığı otağına girən gənc sürprizlə qarşılaşdı
Atasının 10 ildir qapısı bağlı olan gizli otağının qıfılını qıran gənc içəridə sürprizlə üzləşib.
Big.a Oxu.az-a istinadən xəbər verir ki, bu barədə başına gələnləri "RomanTesticles" ləqəbli istifadəçi "Reddit"də bölüşüb.
Onun sözlərinə görə, atası ailə üzvlərindən heç kimə uzun illər o otağa girməyə icazə verməyib, bu barədə suallara isə əsəblə cavab verib.
"Bir dəfə 12 yaşım olanda atam məni qıfılı açmağa çalışarkən yaxaladı. Sonra məni uzun müddətli cəza gözləyirdi", - deyə oğlan xatırlayır.
Gəncin sözlərinə görə, onların ailəsində həmişə zarafatla atalarının yəqin ki, orada zaman maşını düzəltdiyini, ya da insan meyitləri gizlətdiyini deyiblər.
Nəhayət uzun illərdən sonra 22 yaşlı gənc qıfılı açmağın sirrini öyrənib. Bir gün valideynlərigilə qonaq gələndə isə, hamının yatmağından istifadə edib və qapını açıb.
Burada oğlan üzərində hərflər yazılmış çoxlu qəribə kisələr tapıb, ancaq onun diqqətini konteynerlər cəlb edib. Məlum olub ki, bura narkolaboratoriyadır, kişi xüsusi göbələklər yetişdirirmiş.
"Mən onların nə cür göbələklər olduğunu başa düşdüm, əks halda onları niyə gizlincə böyütmək lazımdır ki? Bəzi qablarda onlardan az olsa da, digərlərində meşə kimi idi. Atamın sirrinin xoşagəlməz ola biləcəyini anlayırdım, amma hər halda gizli anbarda narkotik laboratoriyası görəcəyimi gözləmirdim", - deyə gənc etiraf edib.
Maraqlıdır ki, atası gəncə həmişə alkoqolun təhlükələri haqqında mühazirələr oxuyurmuş.
"Buna görə də yəqin ki, satış uçun yetişdirdiyi göbələk istixanasını tapmaq mənim üçün böyük sürpriz oldu", - deyə o əlavə edib.
Sonda gənc etiraf edib ki, atası ilə münasibətlərini korlamamaq üçün heç vaxt qardaş və bacılarına bu kəşfi barədə deməyəcək.
Şərhlərdə bir çox istifadəçi atasının problem yaşamaması üçün müəllifə yazını silməyi tövsiyə edib. Bir çoxları isə iznsiz otağa girib atasının konfidensiallıq hüququnu pozduğuna görə oğlanı qınayıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3427 Tarix: 28 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
08.11.2026 466 Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi
Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş
08.11.2026 247 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 738 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
10.11.2026 1068 "WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
08.11.2026 508 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 406 Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
07.11.2026 326 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 715 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 281