"ƏDV geri al" ilə bağlı AÇIQLAMA

"ƏDV geri al" ilə bağlı AÇIQLAMAİstər böyük, istərsə də kiçik məişət texnikası alarkən alışın geri qaytarılacağı ehtimalını nəzərə alaraq kassir qəbzini mütləq şəkildə saxlayırıq.

Ancaq pərakəndə mağazalarda gündəlik alış-veriş zamanı, yaxud kafe və restoranlarda ödəniş edərkən, adətən qəbzləri lazımsız kağız parçası kimi atırıq və ya kassirdən bunu istəməyə utanırıq.

Amma əbəs yerə, çünki kassa çekindən istifadə edərək, ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini qaytarmaqla onun üzərində keşbək həyata keçirmək olar, əlbəttə ki, əgər satıcı ƏDV ödəyicisidirsə.

"ƏDV geri al" proqramı çərçivəsində ƏDV-nin bir hissəsinin qaytarılması isə çox asandır.

BiG.AZ "oxu.az"a istinadən ƏDV-nin bir hissəsini necə qaytara bilinəcəyini təqdim edirik: - Bunu etmək asan və sadədir, heç yerə getməyə ehtiyac yoxdur.

İlk növbədə, www.edvgerial.az portalında qeydiyyatdan keçmək və aşağıdakı məlumatları - şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (FIN), doğum tarixini və mobil telefon nömrəsini daxil etmək lazımdır, bundan sonra istifadəçinin şəxsi elektron hesabı və virtual "pul cüzdanı" yaranacaq.

Analoji proseduru belə bir seçim təklif edən yerli bank və ya mobil ödəniş proqramlarında "ƏDV geri al" hesabını qeydiyyatdan keçirməklə etmək mümkündür. Portalda yaşı 16 və daha yuxarı olan şəxslər qeydiyyatdan keçə bilər.

Odur ki, mağazalara alış-verişə və ya restorana gedərkən bu obyektlərin "ƏDV geri al" proqramının üzvü olduğuna əmin olun.

Giriş qapısında "ƏDV geri al" stikeri ziyarətçiyə həmin sahibkarlıq subyektinin proqramın iştirakçısı olduğunu bildirir.

Bununla belə, bütün iştirakçıların stikerinin olmaya biləcəyini nəzərə alaraq, ƏDV-nin geri qaytarılmasının mümkünlüyü ilə maraqlanmaq da olar.

Digər vacib şərt pərakəndə və ya iaşə obyektində qəbzi onlayn qeydiyyatdan keçirən, həmçinin 7 gün ərzində aparılan əməliyyatlar haqqında məlumat saxlaya bilən yeni nəsil nəzarət-kassa aparatının olmasıdır.

Belə ki, keşbək almaq üçün istehlakçı şüurlu şəkildə öz seçimini "ƏDV geri al" proqramının üzvü olan ƏDV ödəyicisinin xeyrinə etməlidir.

Bundan əlavə, istehlakçı kassir çeki almaq hüququnu müdafiə etməyi öyrənməlidir, çünki çeklə nəinki ödənilmiş ƏDV-nin bir hissəsini qaytarmaq, həm də bəzi istisnalarla malı 14 gün ərzində qaytarmaq olar.

Çekin nəzarət-kassa aparatından alındığı tarixdən 90 gün müddətində çekin 12 rəqəmli fiskal identifikatoru www.edvgerial.az portalında elektron kabinetə daxil edilməlidir. Mobil proqramların istifadəçiləri çekin sonunda yerləşən QR kodu skan etməklə çeki asanlıqla qeydiyyatdan keçirə bilərlər. ƏDV-nin qaytarılması sorğusu avtomatik olaraq elektron kabinetdə əks olunacaq.

Bundan əlavə, "ƏDV geri al" proqramı ölkədə nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıyır, çünki nağdsız ödəniş zamanı ƏDV-nin qaytarılması məbləği 15 faiz, nağd ödənişdə isə 10 faiz təşkil edir.

Bu isə o deməkdir ki, bank kartı istifadəçilərinin "ƏDV geri al" stikeri olan obyektlərin xidmətlərindən istifadə etməsi sərfəlidir.

Alınan keşbək şəxsi "elektron pul kisəsi"nə köçürülür. Oradan isə vəsaiti ödəniş kartına köçürə və ya lazımi ödənişləri edə bilərsiniz, məsələn, mobil zənglər, sığorta haqları, kommunal xidmətlər və ya cərimənin ödənilməsi üçün hesab ödəyə bilərsiniz.

Bir sentyabr 2021-ci il tarixinə www.edvgerial.az portalında 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

1,5 il ərzində 296,85 milyondan artıq qeydiyyatlı çek üzrə istehlakçıya 119,66 milyon manatdan artıq vəsait qaytarılıb.

Bu proqram ölkədə nəinki nağdsız əməliyyatların sayının artmasına, həm də milli iqtisadiyyatın şəffaflaşmasına ciddi töhfə verir.

Proqramın hər bir istifadəçisi iqtisadi proseslərin şəffaflaşmasına və qanunauyğunluğunun təmin edilməsindəki ümumi işə öz töhfəsini verir.

Axı biz nəzarət-kassa aparatlarının istifadə edilmədiyi pərakəndə satış məntəqələrində ödəniş etməklə nağd pulun kölgə dövriyyəsini və vergidən yayınma hallarını dəstəkləmiş oluruq.

Yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasında məqsəd məlumatların çekdən vergi xidmətinin məlumat bazasına real vaxt rejimində ötürülməsini təmin etməklə, kassa əməliyyatlarının düzgün uçotunun aparılması və vergi yoxlamalarının sayını azaltmaqdır.

Sahibkarların nəzərinə çatdıraq ki, vergi ödəyicisinin kassa aparatının alışı və quraşdırılması ilə bağlı xərclərinin təqdim etdiyi faktura əsasında 350 manat həcmindəki hissəsi vergi öhdəlikləri əvəz edilir.

Elektron nəzarət-kassa aparatları barədə, onların üstünlükləri və sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq elektron nəzarət-kassa aparatlarının növləri ilə www.e-kassa.gov.az internet saytından tanış olmaq olar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9285   Tarix: 02 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.