Telekanalların rəhbər şəxsləri MTRŞ-ya çağırıldı - Xəbərdarlıq
Milli Televiziya və Radio Şurası televiziya kanallarına xəbərdarlıq edib.
BiG.AZ xəbər verir ki, bu gün Şurada ümumölkə televiziya kanallarının proqram direktorları və xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə son günlər cinsi təcavüzə məruz qalmış, dünyaya uşaq gətirmiş 11 yaşlı qızla bağlı bir sıra televiziya kanallarında yayılan xəbərlərdə şəxsi toxunulmazlıq məsələlərinə əməl olunmamasından, belə halların efir məkanında geniş müzakirəyə səbəb olmasının mənfi təsirlərindən danışılıb.
Şura sədri İsmət Səttarov bildirib ki, müxtəlif cinayət əməlləri ilə bağlı azyaşlıların kimliyinin efirdə açıq şəkildə yayılması yanlışdır. Azərbaycan və ümumən digər ölkələrdə jurnalistlərin peşə etikası kodeksində bu məsələ açıq şəkildə əksini tapmışdır ki, uşaqlar cinsi istismara məruz qalıbsa, yaxud cinayət törədibsə, efirdə onların anonimliyi qorunmalı, proqramlarda hadisələr təqdim olunduqda şəxsi toxunulmazılıq ilə bağlı tələbələrə əməl olunmalıdır – üz göstərilməməli, ad və soyad dəyişdirilməli, zərərçəkənin tanınması və bununlada əlavə psixoloji təzyiqə məruz qalmaması üçün lazımi tədbirlər görülməlidir. Baş vermiş hadisənin ümumi və ya birtərəfli şərh olunması, zərərçəkmiş uşaqlardan müsahibə alınması, subyektiv fikir yürüdülməsi, hadisə ətrafında sosial şəbəkələrdə gedən müzakirələrin ümumölkə efirinə daşınması yolverilməzdir.
Görüş zamanı, həmçinin, Vətən müharibəsi şəhidləri ilə bağlı televiziya kanallarında yayımlanan süjet və reportajların statistikası ətrafında fikir mübadiləsi aparılıb, haqqında heç bir kanalda efirə süjet və ya reportaj getməmiş şəhidlər barədə materialların hazıllanması və yayımlanması tövsiyə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1225 Tarix: 02 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNyu-Yorkda məktəblilərə süni intellekt qadağası
ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c
06.09.2026 148 Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır
Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar
06.09.2026 135 Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı
06.09.2026 494 FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb
ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu
06.09.2026 132 ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına yüksək dəqiqlikli JDAM-ER genişləndirilmiş aviasiya sursatlarının, eləcə də əlaqədar avadanlıqların potensial tədarükünə razılıq verib, paketin ümumi dəyəri təxminən 5 milyard dollar qiymətləndirilir. "Report" xəbər verir ki, müvafiq bəyanat qurumu
06.09.2026 160 DƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü
Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind
06.09.2026 248 Britaniyada müdafiə xərclərini artırmaq üçün əlillərə verilən güzəştlər ləğv edilə bilər
Böyük Britaniya 2030-cu ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun 3 faizinə çatdırmağı planlaşdırır və bunun üçün mühafizəkarların lideri Kemi Badenok əlillər üçün güzəştlərə və mənzil müavinətləri sisteminə yenidən baxmağı təklif edib. xəbər verir ki, bu barədə "The Times" qəzet
06.09.2026 138 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb. "Report"un məlumatına görə, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel"
06.09.2026 148 Tramp İrana zərbənin anonsunu verdi: "Çox yaxın zamanda"
Birləşmiş Ştatlar "çox yaxın zamanda" İranın Kolanq Qaz-La dağı altında, Natanz yaxınlığında yerləşdiyi ehtimal edilən nüvə obyektinə zərbə endirə bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib. "Kirk
06.09.2026 160