Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir
Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq ötən il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi tarixi ədalətin bərpası, dövlətimizin və xalqımızın qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə vətənimizi bütün dünyaya həm də döyüş meydanında qalib dövlət kimi tanıtdı.
Sentybrın 27-də Azərbaycan Silahlı Qüvvələri əks-hücum və cavab tədbirlərinin həyata keçirilməsinə başladı. Elə hərbi əməliyyatların ilk günündən düşmən sözün əsl mənasında peşman edildi. Vətən müharibəsinin hər günü müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı.
Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun hücum əməliyyatları nəticəsində Ermənistanın 30 ilə yaxın idi işğal altında saxladığı rayonlarımızı, şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi. Əməliyyatlar başlanandan qısa müddət sonra Cəbrayılda, Füzuldə, Zəngilanda, Qubadlıda, xalqımızın milli kimliyinin təsdiqi olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanmağa başladı. İranla dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarət tam təmin olundu. Laçın, Xocavənd və Tərtər rayonlarının kəndləri də daxil olmaqla, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan təmizləndi.
Prezident İlham Əliyev müsahibələrinin birində demişdi ki, "Şuşasız bizim işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır". 2020-ci il noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur ünvanımız olan Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisə oldu. Təsadüfi deyil ki, cənab İlham Əliyevin həmin gün "Şəhidlər Xiyabanı"ndan xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsi Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılandı.
Öz ərazilərini işğaldan təmizləməklə Azərbaycan Ermənistanı, ilk növbədə, BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etdi. Öz xoşu ilə vaxtilə qətnamələrin tələblərini yerinə yetirməyən işğalçı indi qəhrəman ordumuz tərəfindən cəzalandırılaraq torpaqlarımızdan qovuldu.
Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Bununla da Ordumuz dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri olduğunu əyani göstərdi. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi səyləri öz bəhrəsini verdi və bu gün ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların reytinqlərinə əsasən Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındayer almışdır.
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenent, qazi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 836 Tarix: 02 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608