Yer üzündən yox ola biləcək ölkələr açıqlandı
Bolqarıstanın "Trud" qəzetinin köşə yazarı Rumyana Genadiyeva yaxın yüz ildə Yer üzündən yox ola biləcək dövlətlərin siyahısını hazırlayıb.
"Qafqazinfo" xəbər verir ki, müəllifin fikrincə ABŞ dərin mədəni və siyasi ziddiyyətlərə görə XXII əsrə qədər mövcud olmamaq riskini daşıyır. O, əmindir ki, Amerikada hansısa mühüm hadisə onun sakinlərini birləşdirməsə, parçalanmağa başlayacaq. Köşə yazarı xatırladıb ki, 2012-ci ildə bütün 50 ştat öz vətəndaşlarından ittifaq üzvlüyündən azad olunmasını xahiş edən minlərlə məktub alıb.
Genadiyevanın sözlərinə görə, Belçika flamandlar və vallonlar arasında etnik parçalanmaların olacağı növbəti ölkədir. O, növbəti 20 ildə vallonların Fransa ilə ittifaq qura və ya müstəqillik qazana biləcəyini irəli sürüb.
Böyük Britaniya da parçalanma təhlükəsi ilə üz-üzə qalan dövlətlər siyahısındadır. Müəllif qeyd edib ki, Londonun "Brexit" qərarı Böyük Britaniyanın bütün dövlətləri tərəfindən təsdiqlənməyib. Materialda qeyd edilir ki, ən azı Şotlandiya iyirmi il ərzində ittifaqdan çıxa bilər.
İspaniya da 2008-ci ilin ağır maliyyə böhranından çıxa bilmədiyi üçün parçalanma ərəfəsindədir. 2015-ci ilin yanvarında işsizlik 24%-ə çatıb və bundan sonra heç bir ciddi irəliləyiş müşahidə olunmayıb. Müəllif hesab edir ki, iqtisadi uğursuzluqlar Kataloniya və Bask ölkəsini Madriddən müstəqilliyə aparacaq mərkəzdənqaçma qüvvələri üçün katalizator ola bilər.
Bu dövlətlər, məqalədə deyildiyi kimi, etnik, dini və sosial ziddiyyətlərdən əziyyət çəkən ölkələrdir. Üstəlik, siyahıya qlobal təbii fəlakətlər nəticəsində yox olacaq ölkələr də əlavə edilib. Kiribati və Maldiv adaları kimi adalar dəniz səviyyəsinin qalxması səbəbindən yox ola bilər.
"Niderlandın böyük bir hissəsi də dəniz səviyyəsindədir. Uzun illərdir ki, onlar daşqınlarla mübarizə aparır, bəndlər tikir və genişləndirir, lakin daşqın riski hələ də qalır", - deyə müəllif yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2772 Tarix: 08 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖtən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
16:50 136 ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü
ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar
04.09.2026 236 Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır
Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl
18:30 78 Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
14:46 243 Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı
"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə
04.09.2026 253 Tanınmış kinooperator vəfat etdi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. O, 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəli
14:11 161 İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi
İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib
04.09.2026 265 Xark adasında partlayışlar baş verib
Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini
11:28 294 Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?
Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye
04.09.2026 238