Zənginlər sənətkarlıq nümunələrinə az maraq göstərirlər – MÜSAHİBƏ

Zənginlər sənətkarlıq nümunələrinə az maraq göstərirlər – MÜSAHİBƏKiş kəndində yerləşən Alban məbədi Şəkiyə gələn həm yerli, həm də əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Mən də bura qədər gəlib çıxmışkən Kiş məbədini görməmiş getməmək qərarına gəldim. Məbədə gedərkən bir nəfərin evinin darvazası önündə oyma və yandırma üsulları ilə taxtadan hazırladığı suvenirlər diqqətimi çəkdi. Qərara gəldim ki, məbədə gedənləri "yolundan edən" sənətkarla söhbət edim. Burada at, dəvə, ayı, canavar, bayquş fiqurları, taxta bıçaqlar, müştük, əsa, təsbeh və sair suvenirlər gözə dəyirdi. Bütün əşyalardan daha çox isə sənətkarın oyma oymaqdan deşilmiş, əzilmiş, qaralmış barmaqları danışırdı. Bu barmaqlara, əllərə baxmaq bəs edirdi ki, qiymət barədə artıq söhbət etməyəsən, deyilənlə razılaşasan və aldığının necə böyük zəhmət bahasına başa gəldiyini görəsən.

Kiş kəndinin sakini, sənətkar Azər Xasməmmədov bədii ağac işləmə sahəsində çalışır, ağac üzərində oyma işləri görür. Təvazökar, çəkingən bir insandır. Yəqin, istəyir ki, onun yerinə gördüyü işlər danışsın. Amma o suvenirlərin, oyma işlərinin öz dili olsa da, biz sənətkarın dediklərinə də yer vermək qərarına gəldik.

Sənətkar "Kaspi" qəzetinə müsahibəsi zamanı maraqlı fikirlər səsləndirib.

– Azər bəy, suvenirləri nə zamandan hazırlamağa başlayıbsınız?

– Bu işlə iki ildir ki, ardıcıl şəkildə məşğul oluram. Amma uzun illərdir ki, rəsm əsərləri çəkirdim. Sonra koronavirus pandemiyası başladı, hər tərəfdə iş yerləri bağlandı, hər kəs evə qapandı, beləliklə, düşünmək və işləmək üçün xeyli vaxt imkanı yarandı. Mən də bu fürsətdən istifadə edərək əvvəlcə sadə fiqurların eskizlərin çəkib düzəltməyə başladım, gördüm ki, yaxşı alınır, ona görə də, davam etmək qərarına gəldim. Şükür ki, alıcılar əl işlərimdən razıdırlar, fərqli üslubum olduğunu deyirlər.

– Burada onlarla fiqurlar, suvenirlər var. Bilmək istərdim ki, onların hansını düzəltmək daha çətindir və alıcılar daha çox necə suvenirlərə meyil göstərirlər?

– Qu quşları, dəvə, şir, bayquş, məbəd fiqurları, mücrülər, məscid suvenirləri alıcılar tərəfindən çox alınır. İnsanların inancları fərqli olduğuna görə meyil göstərdikləri suvenirlər də müxtəlifdir. Amma hansının hazırlanmasının daha çətin olduğuna gəldikdə isə hər bir əl işi özünə görə çətindir. Asan oyma işi, demək olar ki, yoxdur. Hər bir suvenir, oyma işi əl əməyi, göz nuru hesabına başa gəlir. Xüsusən isə ev formasında hazırladığım suvenirlər, bəzən on günlərlə vaxtımı alır. Mən heç bir qəlibdən istifadə etmirəm, ona görə də, əl işlərimin heç biri bir-birinə bənzəmir. Sadəcə onu deyə bilərəm ki, heyvanlar aləminə böyük marağım olduğuna görə onlarla bağlı fiqurları düzəltmək mənim üçün həm maraqlı, həm də asandır.

"Sənətkarı yaşadan orta təbəqədir"

– Taxta suvenirlər hazırlamaq üçün əksərən hansı ağaclardan istifadə edirsiniz?

– Cökə, palıd, yasəmən ağaclarından daha çox istifadə edirəm. Çünki onlar daha uzunömürlü və möhkəm olurlar.

– Bu fiqurları hazırlayarkən internet portallarında hansısa videoları isləyirsiniz?

– Bu sənətə təzə-təzə başlayanda bir müddət baxdım, hardasa 4-5 ay, amma sonra əlim işə öyrəşdi deyə daha o tipli videolara baxmağa ehtiyacım qalmadı.

– Yaşlı alıcılarla gənc alıcıların suvenirlərə maraq baxımından zövq fərqləri necə təzahür edir?

– Gənclər tar-kaman fiqurları, təsbehlər, yaşlılar isə dəvə suvenirləri alırlar.

– Əl ağaclarını necə hazırlayırsınız?

– Bilirəm o sualı nəyə görə verirsiniz, görürəm ki, bu işə nabələd deyilsiniz. Yəqin fikirləşirsiniz ki, əl ağaclarını, əsaları hazır ağacdan düzəldirəm, yoxsa onları ağacın içindən çıxarıram, hə?

– Bəli, sadəcə birbaşa sual vermək istəmədim...

– Ağacın içindən kəsib çıxarıram.

– Suvenirlərin qiyməti neçə manatdan başlayır?

– Qiymətlər 10-150 manat arası dəyişir.

– Müharibə ilə bağlı top, tüfəng suvenirləri hazırlayıbsınız. II Qarabağ Savaşı vətəndaşların bu cür suvenirlərə marağının artmasına təsir edibmi?

– Bəli, qismən edib. Məsələn, "İtiqovan" adlı pilotsuz uçuş aparatının suvenirini düzəltmişdim 3-5 gün ərzində hamısı satılıb qurtardı.

– İnsanlarda alıcılıq qabiliyyəti necədir, alverinizdən razısınızmı?

– Yaxşıdır, narazı deyiləm. Sənətkarı yaşadan həmişə orta təbəqədir, zənginlər sənətkarlıq nümunələrinə az maraq göstərirlər.

"Sənətkarlığa meyl azalıb"

– Yaradıcılıq prosesiniz barədə nə deyə bilərsiniz?

– Əvvəlcə yaradacağım fiquru uzun müddət düşünürəm. Ağacdan qopan hər tilişkənin ölçüsü belə beynimdə canlanır. Ağaca baxanda onun içindən çıxacaq fiquru görürəm.

– Qiymət söhbəti edənlər, suvenirləri daha ucuz almaq istəyənlər çoxdur?

– Vallah, bu işi görmək – bədii ağacişləmə ilə məşğul olmaq zülmdür. Bu fiqurların şəklini çəkmək belə asan deyil, nəinki taxtadan suvenirlər, cürbəcür fiqurlar düzəldəsən. Əllərim yaradır. Taxtaları hazırlayandan sonra rəngləmək üçün yanma metodundan istifadə edirəm, Bəzən barmaqlarım da yanır. Boyadan yararlanmıram, lakı isə ancaq lazım olanda vururam.

– Yaxın ərazidə sizdən başqa bədii ağacişləmə ilə məşğul olan varmı?

– Xeyr. Çünki indi sənətkarlığa meyil azalıb. Ona görə də insanlar həyatını bu cür işlərə sərf etmək istəmirlər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1351   Tarix: 09 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.