İlahiyyatçıdan Pərvin Abıyevaya DƏSTƏK: "Reklam üçün ibadət etməkdənsə..."

İlahiyyatçıdan Pərvin Abıyevaya DƏSTƏK: "Reklam üçün ibadət etməkdənsə...""Quran oxumağa çəkinirəm. Özümü nəinki ona layiq bilmək, hətta əlimə alıb oxumaq üçün çirkli hesab edirəm. Mənim üçün Quran, din o qədər önəmlidir ki... Bəlkə yanlış düşüncədəyəm, amma bu, belədir".

Publika.az xəbər verir ki, aktrisa Pərvin Abıyevanın sosial şəbəkə hesabında açdığı son canlı yayımlardan birində dinlə bağlı dediyi bu fikirlər müzakirələrə səbəb oldu.

O, Quran və dini qaydalar haqqında çox ehtiyatla danışıb: "Bəzən içki içirəm, axmaq hərəkət edə bilərəm, əlim istər-istəməz kirlənir. Əgər Quran oxuyursansa, namaz da qılmalısan. İçki içməməlisən. Necə, Quranı oxuyum, sonra açıq geyinim, kluba gedim, çimərlik geyimi ilə dənizə yollanım. Düşünürəm ki, Quran oxuyanda başqa olmalısan.

Başımı bağlayım, Quran oxuyum, sonra gedib başqa şey edim... Adam tanıyıram ki, Quran oxuyur, gedib içki də içir, namaz da qılmır. Mən o vaxt oxuyacağam ki, bütün qaydalara əməl edə bilim. Dediklərim, bir az da indiki saxta hacılara aiddir. Həccə gedib, başqası ilə gəzir, arvadı evdə gözünün yaşını tökür. Özü isə restoranda qoluna taxıb müğənniləri... Elə olur ki, iki sevgilisini bir stolda əyləşdirir. Gözümlə şahidi olmuşam. Hacıdır, iki müğənni sevgilisidir". Məsələyə ilahiyyatçı Turan İrfanın fikirlərini öyrəndik.

Milli.Az xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında bildirib ki, Pərvin Abıyeva əslində düz deyir: "Görünür səmimi adamdır. Başqası olsaydı, yalandan deyəcəkdi "gecələr qalxıb namaz qılıram, Məşhədə 5 dəfə getmişəm, 18 adamı da Həccə göndərmişəm və s."

Yəni, adamın bir mövqeyi var.

Haçansa özünü hazır hesab etsə, ola bilsin ibadət də etsin.Yəni dünya malı üçün, yaxud reklam üçün ibadət edib ziyarətə getməkdənsə elə Pərvin xanım kimi etmək yaxşıdır. Çünki din riyakarlığı, göstərişi sevmir. Göstəriş üçün edənlər bir vaxt ifşa olurlar. Peyğəmbər bir hədisində buyurur ki, "bir çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur."

Quran oxuyub ev yıxmaqdansa, oğurluq etməkdənsə, insanlara ziyan vurmaqdansa, oxumayıb düz olmaq, halal yaşamaq daha yaxşıdır. Çünki elə Quranın dediyi və tələb etdiyi də məhz düzlükdür". İlahiyyatçı təəssüflə qeyd edib ki, bəziləri şan-şöhrət üçün, yaxud pulları çox olduğundan gəzmək üçün Həcc ziyarətinə gedib, özlərinə titul taxdılar və sonra da xoşagəlməz işlər görüb o adı ləkələdilər: "Əvvələr "hacı" deyəndə rəhmətlik xeyriyyəçi Hacı Zeynəlabidin Tağıyev yada düşərdi, indi isə "hacı" deyəndə müğənni saxlayan oliqarxlar yada düşür. Onu da demək lazımdır ki, dində "hacı, kərbəlayi, məşədi..." kimi rütbə və ya titullar yoxdur. Bunu həmin ziyarət əsnasında insanlar adlarını bilmədikləri ziyarət yoldaşlarına xitab edəndə deyirlər.

Məsələn, "Hacı, zəhmət olmasa mənə yol verin", "Məşhədi, siz də Bakıdan gəlmisiniz?" Ancaq ziyarətdən döndükdən sonra bu kimi təbirlər dinimizdə yoxdur. Ona qalsa ilk "hacı" Həzrət Peyğəmbərimiz özü olub. Yaxud İmamlar olub. Hardasa eşitmisiniz ki, yazsınlar yaxud desinlər "Hacı Məhəmməd əleyhissəlam?" ya da "Hacı İmam Əli əleyhissəlam?" Bunu görə bilməzsiniz.

Deməli, belə nümunə tarixdə yoxdur.

Həccə gedib gələn adam gərək bütün davranışlarına diqqət etsin. Çünki Həcc kiçik Qiyamət hesab olunur. İnsanların yaradanı ilə sanki görüşməsi timsalındadır. Həccə gedib, hələ o adı da üzərinə götürüb aşkarda günah işləri reklam etmək yalnız dini hörmətdən salmaqdır. Din arvadbazlıq, eşqbazlıq vasitəsi deyil. Din əxlaqdır, mənəviyyatdır.

Adam həm namaz qılıb, Quran oxuyub, həm də pis işlərlə məşğul olursa, günahını reklam edirsə o mömin yox, münafiqdir. Yəni, ikiüzlüdür. Adamın yolu bir olar. Ya o tərəfə keç, ya bu tərəfə. Quranı oxumaqdan çox, əməl etmək lazımdır. Bəlkə adam elə bir xeyirxah iş görür ki, hər gün oturub Quran oxumaqdan daha çox savab qazanır. Yəni din təkcə namaz qılıb, Quran oxumaqdan ibarət deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 13 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.