"Mövcud dərslikləri təkmilləşdirməklə Qərbi Azərbaycan tarixini dolğun şəkildə çatdırmaq olar" - ŞƏRH

"Mövcud dərslikləri təkmilləşdirməklə Qərbi Azərbaycan tarixini dolğun şəkildə çatdırmaq olar" - ŞƏRHGünümüzdə Qərbi Azərbaycan həqiqətlərini çatdırmaq əsas məqsədlərimizdəndir. Qərbli soydaşlarımızın vətənlərinə qayıtması, müqəddəs yerləri, doğmalarının məzarlarını ziyarət edə bilmək ən əsas insan hüquqlarıdır. Mənsub olduqları torpaqlara qayıtmaq, orada yaşamaq Ermənistan Respublikası hökumətinin dəstəkləməli olduğu təşəbbüsdür. Monetniklikdən qurtulmaq Ermənistana ancaq böyük fayda gətirəcək. Əfsuslar olsun ki bu istiqamətdə Ermənistan tərəfindən humanist addım görə bilmirik. Bununla yanaşı, zaman keçdikcə ermənilər bölgədəki müsəlman-türk memarlıq tikililərini dağıdaraq rayonun Ermənistan ərazisi olduğunu sübut etməyə çalışdılar. Ermənistan bu gün də Azərbaycan türklərinə və Türkiyəyə qarşı təxribat xarakterli iddiaları irəli sürür.

Bu konteksdə Qərbi Azərbaycan həqiqətlərini çatdırmaq və bu istiqamətdə maarifləndirmə tədbirləri baxımından orta məktəblərdə dərs vəsaitləri təşkil edilə bilərmi? Məsələ ilə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov BiG.AZ- açıqlama verib:

"Azərbaycan həqiqətlərini çatdırmaq və yeni nəsli bütövlükdə bu istiqamətdə maarifləndirmək lazımdır. Həm də bu istiqamətdə geniş işlər görülür. Orta məktəblərdə hər hansı əlavə dərsliklərin salınmasına ehtiyac olduğunu düşünmürəm. Lakin hesab edirəm ki, mövcud dərslikləri təkmilləşdirməklə məhz bu istiqamətdə lazimi tədbirlər görmək olar. Şagirdlər, yeni nəslə məlumat vermək, onlara tarixi faktlar barədə, eyni zamanda Qərbi Azərbaycanın tarixini dolğun və düzgün şəkildə çatdırmaq olar. Bu işləri gücləndirmək və bütövlükdə mövcud dərsliklər üzərində bir qədər çalışmaqla həyata keçirmək mümkündür. Bu addım çox düzgündür. Əminəm ki bu istiqamətdə aidiyyəti qurumlar, Elm və Təhsil nazirliyi işləri görür və daha da bu addımlar gücləndirilir".

Xatırladırıq ki, erməni vəhşiliklərini unutmamaq, qondarma "tarix dərsi" vermək istəyənlərə əsl tarixi izah etmək, bu günə qədər çox müzakirə olunmayan məsələlərə diqqət yetirmək lazımdır. Erməni vəhşiliyinin başqa bir üzü olan və çox da vurğulanmayan Azərbaycan türklərinin deportasiyası gündəmə gətirilməli və Azərbaycan türklərinin haqq səsi dünya ictimaiyyətinə çatdırılmalıdır. İllərdir artmaqda olan qondarma erməni təxribatı tarixi faktları gizlətməkdən, aqressiv münasibət sərgiləməkdən başqa bir məqsədə xidmət etmir. Şübhəsiz ki, bu tədqiqatlar sadəcə araşdırma olaraq qalmamalı, daha sistemli araşdırmalara yol açmaq üçün səy göstərilməlidir.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1052   Tarix: 13 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.