Antarktidada dəniz buzunun rekord itkisi: Bunun nəticəsi nə ola bilər?
Antarktidada dəniz buzunun sürətlə əriməsi və fırtınaların artması son dövrün ən diqqətçəkən ekoloji hadisələrindən biridir. Alimlər bunu son əsrdə görünməmiş bir dəyişiklik kimi qiymətləndirirlər. Bu prosesin iqlimə ciddi təsir göstərə biləcəyi vurğulanır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Nature" jurnalında dərc edilmiş Böyük Britaniyanın Milli Okeanoqrafiya Mərkəzinin yeni tədqiqatında məlumat verilib.
2023-cü ilin rekord dərəcədə az buz örtüyü
2023-cü ilin qışında Antarktidada dəniz buzunun səviyyəsi tarixi minimuma çatıb. Xüsusilə, Veddell, Bellinsqauzen və Ross dənizlərində buzun konsentrasiyası adi səviyyədən 80% aşağı olub. Bu dramatik dəyişikliklər Antarktida qitəsinin geniş iqlim sisteminə təsir göstərir.
Qış aylarında dəniz buzları nisbətən isti okean suyunun daha soyuq atmosferə istilik ötürməsini məhdudlaşdıraraq qoruyucu qalxan rolunu oynayır. Lakin buz təbəqəsi azaldıqca istilik sərbəst şəkildə atmosferə yayılır.
Alimlərin müşahidələrinə görə, bəzi bölgələrdə okeandan atmosferə buraxılan istilik miqdarı iki dəfə artıb. Bu istilik artımı isə fırtınaların yaranmasına səbəb olub. 2023-cü ildə itirilən buz örtüyü fırtınaların artmasına şərait yaradıb. Müqayisələr göstərir ki, 1990-2015-ci illərlə müqayisədə bəzi ərazilərdə fırtınaların sayı hər ay yeddi gün artıb.
Son illərin təhlükəli tendensiyaları
Alimlər qeyd edirlər ki, dəniz buzunun azalması fenomeni ötən onilliklərdə fərqli dinamika nümayiş etdirib. 1979-2014-cü illərdə Antarktidada dəniz buzunun miqdarı sabit artım nümayiş etdirib və 2014-cü ildə rekord maksimuma çatıb. Lakin 2016-cı ildən sonra sürətli əriyərək 2023-cü ildə misilsiz səviyyəyə enib və 2024-cü ildə də bu azalma davam edib.
ABŞ-ın Kolorado ştatındakı Milli Atmosfer Araşdırmaları Mərkəzindən Lora L. Landram və Elis K. Dyüvivye bildirirlər ki, bu dəyişikliklər sistemli iqlim dəyişikliyinin göstəricisidir: "Cənub Okeanında rejim dəyişikliyi ilə əlaqəli bu sistematik dəyişikliklərin gələcəkdə daha tez-tez baş verə biləcəyi ehtimal olunur".
Gələcək üçün xəbərdarlıq
Mütəxəssislər bildirirlər ki, bu tip iqlim dəyişiklikləri yaxın gələcəkdə daha ciddi fəsadlara gətirib çıxara bilər. Dəniz buzunun azalması qlobal hava sisteminə, okean dövriyyəsinə və biomüxtəlifliyə təsir göstərə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 714 Tarix: 21 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
13:56 154 "Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY
"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə
14:31 141 Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!
Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd
11:24 172 Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır
"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə
15:09 117 Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?
Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl
13:51 145 AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxal
10:44 192 Türkiyəyə dostluq, Azərbaycana təzyiq: bu aksiyaların əsl hədəfi nədir?
Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki qardaş ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada məktəblərdə geyim qaydaları və hicabla bağlı məsələlər gündəmə gətirilib. Oktyabrı
10:51 164 AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir
Oktyabr ayının 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) ölkəmizin bu təşkilara sədrliyi daha iki il uzadılıb. Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib. "Azərbaycanın AQEM-ə sədrliyini
10:37 190 Məktəbə müdaxilə dövlətin gələcəyinə müdaxilədir!
Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi imkanları və siyasi mövqeyi ilə ölçülmür. Dövlətin həqiqi gücü həm də yetişdirdiyi nəslin biliyində, düşüncəsində, milli məsuliyyətində və hüquqi şüurundadır. Bu keyfiyyətlərin formalaşdığı əsas məkanlardan biri isə məktəbdir. Azərbaycan məktəbi dövlətçili
11:28 174