"Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir"
Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ötən gün "Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" mövzusunda konfrans keçirilib.
Manset.az xəbər verir ki, konfransda Nizami RİH başçısı Coşqun Cəbrayılov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Baku TV-nin direktoru Ramin Cəfərov və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Qeyd olunub ki, şanlı tariximizin zəfər və qalibiyyət dastanını yazan qalib lider – Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin dünyada nüfuzu və iqtisadi-siyasi gücü durmadan artır.
Azərbaycanın mötəbər beynəxalq tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsi dünyanın ölkəmizə etimadının göstəricisi, beynəlxalq aləmdə qazandığı hörmət və nüfuzunun təsdiqidir.
Lakin müasir və müstəqil Azərbaycanın uğurlarını, tarixi zəfərin reallıqlarını, ölkəmizin dünyada nüfuzunun artmasını, respublikamızın müstəqil siyasət yürütməsini və dünya siyasi arenasının fəal aktoruna çevrilməsini bəzi dövlətlər qəbul etmir, ölkəmizə qarşı qarayaxma, böhtan kampaniyaları aparırlar. Azərbaycana qarşı qərəz nümayiş etdirən həmin dövlətlər son zamanlar ideoloji təxribatların reallaşdırılmasında fəallıqlarını daha da artırıblar.
Vurğulanıb ki, ölkəmizə qarşı ideoloji təxribat kampaniyası aparan qüvvələr birmənalı şəkildə bilməlidirlər ki, cəmiyyətimizin hər bir üzvü, xüsusilə də Azərbaycan gəncləri hər zaman dövlətimiz və dövlətçiliyimiz naminə öz vətənpərvərliyi ilə nümunə olublar, uzunmüddətli davamlı strateji siyasətin nəticəsində yetişən vətənpərvər Azərbaycan gəncləri möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək inamla Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər. Ölkəmizə qarşı aparılan ideoloji təbliğat prosesində iştirak edənlər hər zaman öz layiqli cəzalarını alıblar və bundan sonra da alacaqlar.
Konfrans müzakirələrlə davam edib, həmçinin gənclərin sualları cavablandırılıb.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 499 Tarix: 21 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
13:56 154 "Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY
"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə
14:31 141 Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!
Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd
11:24 172 Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır
"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə
15:09 117 Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?
Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl
13:51 145 AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxal
10:44 192 Türkiyəyə dostluq, Azərbaycana təzyiq: bu aksiyaların əsl hədəfi nədir?
Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki qardaş ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada məktəblərdə geyim qaydaları və hicabla bağlı məsələlər gündəmə gətirilib. Oktyabrı
10:51 164 AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir
Oktyabr ayının 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) ölkəmizin bu təşkilara sədrliyi daha iki il uzadılıb. Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib. "Azərbaycanın AQEM-ə sədrliyini
10:37 190 Məktəbə müdaxilə dövlətin gələcəyinə müdaxilədir!
Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi imkanları və siyasi mövqeyi ilə ölçülmür. Dövlətin həqiqi gücü həm də yetişdirdiyi nəslin biliyində, düşüncəsində, milli məsuliyyətində və hüquqi şüurundadır. Bu keyfiyyətlərin formalaşdığı əsas məkanlardan biri isə məktəbdir. Azərbaycan məktəbi dövlətçili
11:28 174