27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ

27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİLerik rayonunda 1997-ci il təvəllüdlü Elbəy şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Almaza (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Demokrat.az-a istinadən məlumat verir ki, hadisə 25 may 2024-cü ildə Lerik rayonunun kəndində baş verib. Elbəy yaşadıqları evin həyətində həyat yoldaşı Almazla aralarında yaranmış ailədaxili münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı həyat yoldaşı Almazın bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə vurub, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Elbəy barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: "Zərərçəkmiş Almaz həyat yoldaşım, Lətafət isə qaynanamdır. 2019-cu ildə Almazla ailə həyatı qurmuşam, birgə nikahdan 2 azyaşlı övladım var. Əvvəllər Almazla aramızda ailədaxili münasibətlər zəminində mübahisələrimiz olmayıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin aprel ayının ortalarında işləmək üçün Bakı şəhərinə gedib: "Əvvəllər Almazın mobil telefonu məndə olduğundan əsas səhifədə olan "Instagram" tətbiqinə daxil olub mesajlar bölməsinə baxanda Kamal ilə mesajlaşmasını, Almazın 2 ədəd şəkli ona göndərməsini gördüm. Dərhal anası Lətafətə zəng edib telefonu Almaza verməsini və onunla danışmaq istədiyimi dedim. Almazdan Kamal ilə niyə danışmasını soruşdum. Almaz cavabında Kamal ilə sosial şəbəkədə danışmadığını, ümumiyyətlə sosial şəbəkə hesabının olmadığını dedi. Mən telefonu söndürdüm, təkrar "Instagram" sosial şəbəkəsində yazışmaların ekran görüntüsünü alıb ona göndərdim. Almaz yenə də Kamalla danışmadığını dedi. Mən bu barədə daha sonra atam Şəmiyə dedim. O da Almazın atası Şamilə dedi. Mən bir gün sonra Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan qaynatam Şamilin evinə getdim, ailəsinə Almazın etdiyi əməllər barədə məlumat verdim. Şamil də mənə "bu barədə araşdırıb, sənə məlumat verəcəyəm" dedi.

Elbəyin ifadəsinə görə, qayınatası mayın 21-də Lerik rayonuna gedib Almazla birlikdə Bakı şəhərinə gəlib, azyaşlı uşaqları isə evdə valideynləri ilə qalıb: "Mayın 24-də kəndə qayıtdım və ertəsi gün, saat 9 radələrində evdə olarkən həyətdə səs-küy eşitdim. Həyətə düşdükdə Almaz ilə qaynanam Lətafəti gördüm. Almaz məndən uşaqları verməyimi tələb etdi, uşaqlar evdən çölə çıxdı. Anam uşaqları evə apardı. Mən Almaz və qayınanamdan həyətdən çıxmalarını tələb etdim. Bu vaxt anam və nənəm həyətə düşdü. Mən pilləkənin üstündə əyləşdim. Bu zaman anamla Almaz arasında mübahisə yarandı. Mübahisə zamanı onları uzaqlaşdıraraq həyətdən çıxartdım. Həmin an Almaz və Lətafətin anamla nənəm arasında mübahisəsi oldu. Daha sonra polis əməkdaşları hadisə yerinə gəldi. Uşaqlarım Almazgillə getdi. Həmin vaxt mən nə Almaza, nə də ki, qayınanama xəsarət yetirməmişəm".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Almazın sözlərinə görə, əvvəllər əri Elbəylə arasında ailədaxili münasibətlər zəminində bir neçə dəfə mübahisə olub: "Sonuncu dəfə 21 may 2024-cü ildə, səhər saatlarında Elbəylə aramızda telefon danışığı zamanı mübahisələrimiz oldu. Elbəy mənə "kəndə gəlib səni öldürəcəm" dedi. Mənsə cavabımda heç bir fikir bildirmədim. Bu zaman telefonu əlimdən qaynanam aldı. Atama zəng edərək evdə mübahisə olmaması üçün məni aparmasını tələb etdim. Atam həmin gün günortadan sonra kəndə gəlib məni Bakı şəhərinə apardı".

Zərərçəkmiş qeyd edib ki, mayın 25-də, səhər saatlarında anası Lətifə ilə birlikdə həyat yoldaşı Elbəyin yaşadığı evə gedib və 2 azyaşlı uşağının ona verilməsini xahiş edib: "Uşaqlarım məni görüb yanıma gəldilər. Həyat yoldaşım Elbəy bunu görüb uşaqları mənə verməyəcəyini bildirdi, üzərimə hücum çəkərək yumruq və təpiklə mənim alın, əl, bel və boyun nahiyələrimə zərbə vurmaqla mənə xəsarət yetirdi. Daha sonra anası üzərimə hücum edərək yumruq və təpiklə mənə xəsarət yetirdi. Ailə üzvləri Elbəyi bizdən ayırdı. Mən bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Elbəy barəsində tədbir görülməsini xahiş etdim. Mənə Elbəy yumruq və təpiklə xəsarət yetirdi. Elbəy məni döydü".

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elbəy 20 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1064   Tarix: 22 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 411
.

Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır

"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə

15:09 79
.

Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülh

"Azərbaycanın Ermənistanın nəzarətində qalan ərazilərinin taleyi ölkəmizin milli maraqları, dövlət suverenliyi və sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət, ilk növbədə, Naxçıvanın Kərki kəndindən, Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən gedir. Eyn

11:18 179
.

Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?

Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl

13:51 135
.

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar

12:00 185
.

Bakının bu rayonunda 30 bina söküləcək

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". "Qafqazinfo" -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, sökünt

15:46 0
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

15.10.2026 384
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 318
.

Türkiyədə Azərbaycana qarşı çıxanlar kimlərdir? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə əsaslansa da, son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən fikirlər və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar iki ölkə arasındakı münasibətləri

11:00 204
.