"ƏMƏK və TƏHSİL müəssisələri birgə çalışmalıdır" Üzeyir Şəfiyev

"ƏMƏK və TƏHSİL müəssisələri birgə çalışmalıdır" Üzeyir ŞəfiyevVaxt vardı, insanlar övladlarını oxutmamaq üzərində yarışırdılar. Çox da uzaq tarix deyil, yüzcə il əvvəl dahi mütəfəkkirimiz Mirzə Ələkbər Sabirin yazdığı "Oxutmuram, əl çəkin!" şeirini xatırlasanız, bəsdir.

İndi isə insanlar övladlarını oxutmaq, ali təhsilli etmək üçün yarışırlar. Məqsədlər fərqli olsa da, əməllər birdir...

Valideynlərin uşaqlarını oxutma istəyi təbiidir, gözəldir. Burada qəribə heç nə yoxdur. Əksinə, təqdirəlayiq addımdır, inkişafın göstəricisidir. Övladına gözəl gələcək vermək üçün valideynin tək qayəsi onu oxutmaqdır. Qəribə olan bəzilərinin məsələni şişirdib, ifrat həddinə çatdırmasıdır. Uşaqlarının sağlamlığını, istəklərini heçə sayacaq qədər həm də. Bu əzm gözlərini o qədər bürüyüb ki, əllərində əlac olsa, uşağı kitabdan 5 dəqiqəlik başını qaldırmağa da imkan verməzlər. Yəni, bəzi valideynlər özlərini bu məqsədə elə həsr ediblər ki, uşaq öz istəyini, bacarığını unudub, valideynin arzuladığı ixtisasa qəbul olmaq üçün dəridən-qabıqdan çıxır. İşin ən pis tərəfi - övlad bu məqsədinə çatsa da bədbəxt olur, çatmasa da. Çünki öz istəyi, bacarığı həmin sahəyə deyil. İnsanın sevmədiyi işi görməsi isə ona sağ ikən cəhənnəm əzabı çəkmək qədər ağrılıdır. Məqsədinə çata bilmədikdə isə valideynin psixi, hətta fiziki zorakılığına məruz qalır. İşin sonu ya psixoloji travma, ya da intiharla nəticələnir. Nadir hallarda isə həmin uşaq hansısa peşəni öyrənir və həyatda özünə yer tapa bilir. Buna görə də cəmiyyətimizdə "diplomlu işsizlərin" sayı çoxalıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, mütəxəsis hazırlığı məsələsi əmək bazarı öyrənilərək həyata keçirilir. Yəni bu gün əmək bazarı nə tələb edir? Yaxın perespektivdə nə tələb edəcək? Bu sualların cavabını bilmək lazımdır:

"ƏMƏK və TƏHSİL müəssisələri birgə çalışmalıdır" Üzeyir Şəfiyev"Əfsuslar olsun ki, bəzən formal olaraq tələb-təklif əsasında guya bazara uyğun müxtəxəssis hazırlığı üçün qəbul planı müəyyənləşir. Lakin əmək bazarının tələbləri müəyyənləşdirilmədən, sadəcə rutin olaraq hansısa sahələr üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Buna görə də ölkəmizdə bəzi sahələr üzrə mütəxəssis bolluğu var. Bəzi sahələr də isə mütəxəssis ümumiyyətlə yoxdur. Hazırda, tələb-təklif əsasında mütəxəssis hazırlığını həyata keçirmək lazımdır. Bundan başqa bu işdə keyfiyyət göstəricilərinə diqqət göstərilməlidir.
Əmək bazarında işçi qüvvələrinin tutumunu təhlil etdiyimiz zaman görürük ki, Azərbaycanda 5 milyondan yuxarı iqtisadi fəal əhali var. Amma onların 16% -i ali təhsilli mütəxəssisdirlər. Belə çıxır ki, ali təhsilli insanlarımızın da sayında azlıq var. Azərbaycanda işləməyən və təhsil almayan gənclərin sayı təqribən 23% təşkil edir. Hansı ki, Azərbaycan 2035-ci ilə qədər işsizlərin sayını 15%-ə endirməyi planlayır.
Kollec və ali təhsil müəssisələrində də keyfiyyət göstəricələrinə diqqət yetirilməlidir. Hazırda bizdə Avropa və digər dövlətlərdə mövcud olan kollec və ali təhsil sistemi ilə müqaisə olunmaz dərəcədə aşağı olan sistem mövcuddur. Buna görə də təhsil sistemində keyfiyyət göstəricilərini mütləq artırmalıyıq.
Mən onu təklif etmək istəyirəm ki, mütəxəssis hazırlığında təhsil və əmək müəssisələri birgə işləsinlər. Burda təcrübələr yüksək səviyyədə təşkil olunmalı, tələbələr iş sisteminin incəliklərini öyrənməlidirlər.
Rabitəli və kordinasiyalı fəaliyyət olduğu zaman əmək bazarında işsizlər özlərinə yer tapa bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1167   Tarix: 26 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın məktəbi dünyəvidir - heç kim uşaqların taleyi ilə oynaya bilməz!

Dünyəvi məktəb müasir dövlətin təməl sütunlarından biridir. O, uşaqlara yalnız oxumağı və yazmağı deyil, həm də düşünməyi, sual verməyi, araşdırmağı və həqiqəti dəlillər əsasında müəyyənləşdirməyi öyrədir. Azərbaycan məktəbinin gücü də məhz bu prinsiplərdə, elmi biliklərə, hüquqa və bərabər imkanlar

11:12 135
.

AQEM-də Azərbaycanın mövqeyi daha da artır

Müasir dövrdə geosiyasi gərginliklərin artması, regional münaqişələrin coğrafiyasının genişlənməsi, təhlükəsizlik risklərinin mürəkkəbləşməsi və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər dövlətlərarası etimadın və çoxtərəfli tərəfdaşlığın bərpasını həyati zərurətə çevirir. Bu baxımdan, Asiyada Qarşılıql

10:52 145
.

Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə

Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli

15.10.2026 398
.

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

900 manat maaş alan vətəndaşa 840 manat aliment kəsilib. xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım olunub. Bildirilib ki, boşanma zamanı 900 manat maaş alan valideynə 840 manat aliment məbləği təyin olunub. Lakin maaşın 93,33 faizinin kəsilməsi narazılığa səbəb olub. Boşanan şəxs maaşından hə

15.10.2026 438
.

Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülh

"Azərbaycanın Ermənistanın nəzarətində qalan ərazilərinin taleyi ölkəmizin milli maraqları, dövlət suverenliyi və sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət, ilk növbədə, Naxçıvanın Kərki kəndindən, Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən gedir. Eyn

11:18 145
.

Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb

Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki

15.10.2026 318
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

15.10.2026 372
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 269
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

12:29 103
.