İdeya ilə əməlin vəhdətindən doğan şərəfli tarix

İdeya ilə əməlin vəhdətindən doğan şərəfli tarix"Artıq 35 ildir ki, dünya azərbaycanlıları 31 dekabrı Həmrəylik Günü kimi qeyd edir. Ötən müddət ərzində bütün dünyaya sübut etdik ki, bizim həmrəyliyimiz sadəcə şüar deyil, bu, ideya ilə əməlin vəhdətindən doğan reallıqdır. Həm də təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyanın dörd bir tərəfinə səpələnmiş azərbaycanlıların həmrəyliyidir. Həmrəyliyin qarantı isə Azərbaycan dövləti və onun Ali Baş Komandanı İlham Əliyevdir. Dünyanın harasında yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq dövlət olaraq özünü azərbaycanlı sayan hər bir kəsin yanındayıq, onların hüquqlarının müdafiəçisiyik. Çox müsbət haldır ki, soydaşlarımız da Azərbaycanı özünə doğma Vətən hesab edirlər və daim onu müdafiəsinə qalxırlar".

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, bir neçə gün sonra bütün dünyadakı azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edəcək: "31 dekabr dünya azərbaycanlılarını birləşdirən mühüm bir tarixi gündür. Milli həmrəylik və milli özünüdərk ideyalarını əks etdirən simvolik bir gün olan 31 dekabr həm də Azərbaycan xalqının tarixi mübarizəsini və milli dəyərlərini özündə əks etdirir. Türkmənçay sülh müqaviləsindən sonra 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması o taylı – bu taylı azərbaycanlıların qovuşması, bir olması istiqamətində atılmış ən ciddi addım idi. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması tarixin diktəsi, milli ruhun tələbi idi. Naxçıvan Ali Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi. Sovet İttifaqı Kommunist Partiyası, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitəsi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atsalar da, xalqın iradəsini qıra bilmədilər. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Bu fərmanla həm ölkə daxilində, həm də dünyada azərbaycanlıların birliyinin hüquqi bazasını yaratdı. Belə bir qərarın qəbul edilməsi böyük cəsarət tələb edirdi. Bütün dünya azərbaycanlıların milli oyanışını, cəsarətini böyük maraqla, heyranlıqla izləyirdilər. Tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində apardığımız mübarizə sərhədləri dəyişə bilməsə də, milli oyanış yaratdı, özünüdərk hissini gücləndirdi. Bu gün Cənubi Azərbaycanda yaşayan soydaşlarımız Şimali Azərbaycanı özünə vətən sayırlar. Bu gün informasiya qıtlığı, təmasların azlığı səbəbindən soydaşlarımızın milli oyanışının səviyyəsi barədə bizin təsəvvürlərimiz zəifdir. Bakını qibləgah, cənab İlham Əliyevi özlərinə Ali Baş Komandan sayan milyonlarla soydaşımızın ürəyi bizimlə döyünür. 44 günlük Vətən Müharibəsində biz bunun əyani şahidi olduq. Arazın o tayında Azərbaycan Ordusunun şücaətini, irəliləməsini böyüş coşqu ilə izləyən soydaşlarımız bizim qələbəmizi həm də öz qələbələri hesab edirdilər. Onların İrandan Ermənistana silah daşınmasına qarşı dirənişləri, etirazları həmrəyliyimizin bariz nümunəsi idi".

M.Vəliyeva qeyd etdi ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər: "Böyük Zəfərimizdən sonra dünya azərbaycanlıları "Mən azərbaycanlıyam" ifadəsini daha ucadan, gur səslə, fəxrlə deyirlər. Artıq 5-ci ildir ki, dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qalib xalqın nümayəndələri kimi qeyd edirlər. Onlar dünyada özlərini qürurla, alnıaçıq, üzüağ yaşayırlar. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi sağlam təməllər üzərində qurulub. Bu birlik bizi daha güclü edir. İnanıram ki, Azərbaycan 2025-ci ildə daha böyük uğurlara imza atacaq və bu uğurlarımız Həmrəyliyimizi daha da gücləndirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 28 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15.10.2026 241
.

Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM

Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki

15.10.2026 320
.

Mourinyo bu hücumçunu satmadı

"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal

15.10.2026 325
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 370
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15.10.2026 487
.

Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülh

"Azərbaycanın Ermənistanın nəzarətində qalan ərazilərinin taleyi ölkəmizin milli maraqları, dövlət suverenliyi və sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət, ilk növbədə, Naxçıvanın Kərki kəndindən, Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən gedir. Eyn

11:18 0
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burad

15.10.2026 336
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 294
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 149
.