Leyla və Arzu Əliyevalar bulvarda - Fotolar

Leyla və Arzu Əliyevalar bulvarda - FotolarDənizkənarı Milli Parkda "Zamanın səsini dinlə" fotosərgisinin açılışı olub.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin məqsədi müdriklik, təcrübə ilə dolu həyat dövrünü nümayiş etdirməkdir.

Burada təqdim olunan fotolarda ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin simaları əks olunub.

Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı keçirilən fotosərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Fotosərgi ilə tanış olan Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb və xatirə şəkilləri çəkdiriblər.

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 78 yaşlı sakini Validə Həsənova saytın müxbiri ilə söhbətində bildirib ki, öz şəklini görəndə çox fərqli hisslər keçirib. "Heydər Əliyev Fondu bizə şərait yaratdı ki, özümüzü kənardan görək. Müəssisənin həyətində milli geyimdə çəkdirdiyim şəkil çox xoşuma gəldi. Bizə diqqət və qayğı göstərdikləri üçün Heydər Əliyev Fonduna minnətdaram. Sağ olsunlar ki, bizi yaddan çıxarmırlar".

Müəssisənin digər sakini - 77 yaşlı Hüseyn Ələkbərov onlara ahıllar evində yaradılan şəraitdən məmnunluğunu ifadə edib. H.Ələkbərov ahılların hər zaman Heydər Əliyev Fondunun qayğısını hiss etdiklərini, fotosərginin də həmin diqqətin başqa bir növü kimi onlarda xoş təəssürat yaratdığını qeyd edib.

"Zamanın səsini dinlə" fotosərgisi şəhər sakinlərinin də marağına səbəb olub.

Kameranın obyektivi bizə yalnız simaları təqdim etmir, həm də gözlərdə, üz cizgilərində və baxışlarda həkk olunmuş hissləri, emosiyaları çatdırır. Hər bir fotoşəkil müasir dünyanın səs-küylü təlaşı arasında itən zamanın sədasını eşitmək imkanı yaradır.

Sərgi mövzu qəhrəmanlarının istiqanlılığından və iradələrinin möhkəmliyindən ilhamlanıb. Bu insanların xatirələri keçmişə aparan bir körpüdür. Çünki onların əksəriyyəti ölkəmizin çətin və keşməkeşli dövrlərində yaşamış, indiki dünyamızı formalaşdıran mühüm hadisələrin şahidləri və iştirakçıları olublar.

"Zamanın səsini dinlə" sərgisi ahıl insanlara hörmətin, diqqətin və qayğının nə qədər vacib olduğunu düşünməyə çağırır. Çünki bu qayğı onların ömrünü uzadır, həyatlarını daha da işıqlı və gözəl edir.

Leyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - FotolarLeyla və Arzu Əliyevalar bulvarda - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1527   Tarix: 28 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15.10.2026 241
.

Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM

Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki

15.10.2026 320
.

Mourinyo bu hücumçunu satmadı

"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal

15.10.2026 325
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 370
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15.10.2026 487
.

Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülh

"Azərbaycanın Ermənistanın nəzarətində qalan ərazilərinin taleyi ölkəmizin milli maraqları, dövlət suverenliyi və sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət, ilk növbədə, Naxçıvanın Kərki kəndindən, Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən gedir. Eyn

11:18 0
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burad

15.10.2026 336
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 294
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 149
.