Yanvarda hava necə olacaq?

Yanvarda hava necə olacaq?Yanvar ayına olan hava proqnozu açıqlanıb.

BiG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar ayında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də yanvar ayı nisbətən soyuq keçir. Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, yağıntının miqdarının da iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Yanvar ayının ilk həftəsi hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyi əsəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 6-11 dərəcə şaxta, dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-25 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, dağlarda 14-19 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 15-28 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, dağlarda 3-8 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-30 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 10-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 6-11 dərəcə şaxta, dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, bəzi günlərdə 18-23 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 22-49 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 17-31 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, dağlarda 0-5 dərəcə şaxta, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 44-98 mm).


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1005   Tarix: 29 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15.10.2026 241
.

Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM

Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki

15.10.2026 320
.

Mourinyo bu hücumçunu satmadı

"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal

15.10.2026 325
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 370
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15.10.2026 487
.

Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülh

"Azərbaycanın Ermənistanın nəzarətində qalan ərazilərinin taleyi ölkəmizin milli maraqları, dövlət suverenliyi və sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət, ilk növbədə, Naxçıvanın Kərki kəndindən, Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən gedir. Eyn

11:18 0
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burad

15.10.2026 336
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 294
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 149
.