"Məktəb avtobusları" ödənişli olacaq? - AÇIQLAMA
2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə "məktəb avtobusları"ndan istifadənin təşkili planlaşdırılır.
Bəs sözügedən məktəbli avtobusları ödənişli olacaq?
Bu barədə millət vəkili Ceyhun Məmmədov öz fikirlərini Metbuat.az ilə bölüşüb.
O bildirib ki, Bakıda tıxaca səbəb olan məsələlərdən biri uşaqların danışması ilə bağlıdır:
"Bir çox ailələr uşaqlarını məktəbə ya maşınla gətirirlər, ya da taksilərdən istifadə edirlər. İmkanlı ailələr hətta ayrıca sürücü və ya maşın tuturlar. Bakıda istənilən məktəbin qarşısında izdiham, avtomobil çoxluğunu görmək mümkündür. Bu da qeyd etdiyimiz kimi ümumi prosesə öz mənfi təsirini göstərir. Biz düşünməliyik ki, hansısa formada uşaqların məktəbə avtobusla gediş-gəlişi təmin olunsun. Bir var ki, məktəbdə 500 uşaq təhsil alır və ora 100 şagirdin iki nəfər valideyni öz uşağını daşıyır, görün, bu nə qədər tıxac yaradır. Əlbəttə, biz bütün məktəblərə avtobus ala bilmərik. Bu, böyük vəsait tələb edir. Ancaq nəqliyyat şirkətləri ilə, bu sahədə çalışan qurumlarla müəyyən danışıqlar aparmaq olar".
Millət vəkili qeyd edib ki, valideynlər hər ay sürücü, taksiyə verdikləri ödənişlə müəyyən bir rəmzi məbləğ ödəyərək uşaqların avtobusla məktəblərə getmələrini təmin edə bilərlər:
"Yəni valideyn hər dəfə benzinə nə qədər pul verir, sürücüyə nə qədər pul verirsə, bunu qeyd etdiyimiz formada müəyyən ödənişlər və razılaşdırma əsasında həyata keçirə bilərlər. Hesab edirəm ki, bu effektiv bir məsələ olar. 30-50 maşının bir məktəbin qarşısında dayanmağındansa, daha az vəsait sərf edərək bu məqsədimizə nail ola bilərik və tıxacla bağlı problem də bir qədər azalar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 872 Tarix: 02 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyanın Pavloqrada zərbəsi: Ölən və yaralananlar var
Rusiya qüvvələrinin Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə endirdiyi zərbə insan tələfatına səbəb olub. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın məlumatına görə, hücum qida sənayesi müəssisəsini hədəf alıb
23.07.2026 199 İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər
ABŞ-ın "SpaceX" şirkətinin qurucusu İlon Mask hesab edir ki, yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər. Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib. "İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər"
23.07.2026 187 İsrail Hizbullahın mövqelərinə hava zərbələri endirib
İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus olduğu bildirilən hədəflərə hava zərbələri endirib. İsrail tərəfi bildirib ki, əməliyyat zamanı Hizbullah terror təşkilatının hərbi infrastrukturu və silahlı qrup üzvləri hədəfə alınıb. Zərbələrin qruplaşmanın fəaliyyətinin qarşısın
23.07.2026 206 Müəllimlərin yeni geyim qaydaları nə vəd edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər qüvvəyə minib. Yeniliklərə əsasən, artıq dövlət ümumi təhsil müəssisələrində yalnız şagirdlər deyil, müəllimlər də geyimlə bağlı müəyyən olunacaq tələblərə əməl etməlidirlər. Bununla yanaşı, valideynlərin d
23.07.2026 265 Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətini daha da sərtləşdirmək niyyətindədir. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, üzv ölkələr Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığ
23.07.2026 185 Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Rusiyanın neft emalı zavodlarına (NEZ) Ukraynanın endirdiyi zərbələrdən sonra rəsmi Moskva Hindistanda öz neftindən istehsal olunan benzini idxal etməyə başlayıb. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Financial Times nəşri yayıb. Məlumata görə, Rusiyaya Hindistanın Vadinar neft emalı zavodunda
23.07.2026 169 Fransada meşə yanğını böyüyür: 12 min nəfər təxliyə edildi
Fransanın qərbində yerləşən Jironde departamentində baş verən güclü meşə yanğını sürətlə genişlənərək 2 min hektar ərazini əhatə edib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, təhlükənin artması səbəbindən təxminən 12 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Məlumata görə, yanğın Somaux kommunas
23.07.2026 198 İordaniya ordusu İranın üç raketini vurduğunu bildirib
İordaniya dövlət xəbər agentliyinin verdiyi məlumata görə, İordaniya ordusu son 24 saat ərzində İranın dörd raketi və altı dronunu vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bildirilib ki, bu səhər üç raketi vurub, dördüncüsü isə yaşayış olmayan əraziyə düşüb. Həmçinin əlavə edi
23.07.2026 209 Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Çexiya ordusuna məxsus hərbi helikopter ölkənin şərqində qəzaya uğrayıb. Bu barədə Çexiya Silahlı Qüvvələri "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Namest nad Oslavou şəhərində yerləşən 22-ci Hərbi Hava Qüvvələri Helikopter Bazasında qəzaya uğrayan UH-1Y Venom tipli helikopteri
23.07.2026 173