Oruc tutan zaman susuzluğu necə dəf edək? - TÖVSİYƏLƏR
İnsan orqanizmi üçün su olduqca önəmlidir. Maddələr mübadiləsinin düzgün işləməsi və orqanizmin ümumi fəaliyyəti üçün suyun əhəmiyyəti danılmazdır.
Oxu.Az xatırladır ki, Ramazan ayında oruc tutanlar üçün sudan düzgün istifadə həm sağlamlığı qorumaq, həm də oruc müddətində susuzluğun qarşısını almaq baxımından xüsusilə vacibdir.
Su istehlakı ilə yanaşı, qidaların seçimi də oruc müddətini rahat keçirmək üçün böyük əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq, Ramazan ayı boyunca sağlamlığı qorumaq və orucu rahat keçirmək mümkündür.
Mütəxəssislər bildirirlər ki, oruc tutan zaman orqanizmin suya olan ehtiyacı daha da artır. Bu səbəbdən, iftardan başlayaraq imsak bitənə qədər ən azı 2.5 litr su içmək məsləhət görülür. Bu, oruc tutarkən yaranan susuzluğu azaltmağa və orqanizmi lazımi qədər maye ilə təmin edə bilər.
Mütəxəssislər onu da qeyd edirlər ki, yaşlı insanlar, xüsusən də böyrək, ürək və təzyiq problemləri yaşayanlar üçün maye istehlakı daha vacib olduğu üçün onların suya olan tələbatı həkim nəzarətində hesablanmalı və xüsusi ehtiyaclarına uyğun şəkildə qəbul olunmalıdır.
Hər kəsin bədən quruluşu və sağlamlıq vəziyyəti fərqli olduğu üçün fərdi yanaşma çox önəmlidir.
İsti, soyuq, yoxsa ilıq su?
Oruc açarkən suyun yalnız miqdarı deyil, həm də temperaturu çox önəmlidir. Soyuq su mədədə sıxılmalara və həzm çətinliklərinə səbəb ola bilər. Bu səbəbdən də suyun otaq temperaturunda olması tövsiyə edilir. Bu, həm də mədənin rahatlanmasına və oruc tutarkən hiss olunan narahatlıqların azalmasına kömək edir.
Oruc tutanların iftar və imsakda suya olan ehtiyacını daha da artıran duzlu və ədviyyatlı qidalardan qaçınmaları vacibdir. Bu cür qidalar susuzluğu artırır və oruc tutmaq çətinləşir.
Diyetoloqlar iftar və imsak arasında içəcəyiniz suya təzə limon dilimləri, nanə yarpaqları və ya darçın əlavə etməyi tövsiyə edirlər. Bu əlavələr mədəni rahatlaşdırır, şirniyyat istəyini azaldır və ümumilikdə oruc tutmağı asanlaşdırır.
Oruc tutan zaman susuzluq hissi yaşamamaq üçün su miqdarı yüksək olan tərəvəz və meyvələrdən də faydalanmaq olar. Məsələn, iftar süfrəsində tərəvəz salat və yeməklərinin çox olması bədənin su ehtiyacını qarşılayır və oruc zamanı susuzluğu azaldır.
Oruc tutan zaman çay və qəhvəni iftardan bir-iki saat sonra qəbul etmək tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1048 Tarix: 04 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"
"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql
10:35 213 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti
11:52 317 Laosla Azərbaycan dost ölkələrdir
İkitərəfli əlaqələr dövlətlərarası münasibətlərin mahiyyəti ilə müəyyənləşir. Belə münasi¬bət¬lər siyasi mahiyyət daşısa da konkret sahələri əhatə edən əlaqələrin istiqaməti müxtəlif olur. Əla¬qələr hər dövlətlə ayrı-ayrı istiqamətlərdə aparılır. Azərbaycanla Laos Xalq Demokratik Respubli¬kası arasınd
11:56 176 Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və vahid məktəb mühitinin əsas göstəricisidir
"Vahid məktəbli forması ətrafında müzakirələrin mərkəzində ilk növbədə təhsilin keyfiyyəti, şagirdlər arasında bərabərliyin təmin olunması, məktəb intizamının möhkəmləndirilməsi və uşaqların sağlam sosial mühitdə yetişməsi dayanmalıdır. Məktəbli forması sadəcə geyim seçimi deyil, məktəbdə ümum
11:40 173 Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir
"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsin
12:39 178 Uşaqlığı əlindən alınan qızlar: erkən nikahın pərdəarxası və susdurulan həyat faciələri
"Bir qız uşağının əlindən oyuncaqlarının alınması, məktəb arzularının yarımçıq qoyulması, gələcək peşəsi barədə düşünmək imkanının məhdudlaşdırılması və hələ uşaqlıq dövrünü başa vurmamış ailə məsuliyyətinin altına salınması insan taleyinə vurulan ən ağır zərbələrdən biridir. Dünyanın müxtəlif bölgələrind
14:25 193 Məktəbli forması - bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin göstəricisi
Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət hissi qazandığı və cəmiyyətin bir üzvü kimi yetişdiyi mühüm mühitdir. Bu prosesdə tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, valideynləri
14:04 179 300 il əvvəlki romanda süni intellektin yaranacağı proqnozlaşdırlıb: məşhur yazıçı nəyi təsvir edib?
Conatan Sviftin 300 il əvvəl nəşr olunan "Qulliverin səyahətləri" romanı müasir süni intellekt texnologiyalarını xatırladan bir ixtiranın təsvirinə görə yenidən diqqət mərkəzinə düşüb. xarici mediaya istinadən xəbər verir ki, 1726-cı ildə ilk dəfə nəşr olunan əsərdə təsvir edilən qurğularda
18:45 1 QIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri
Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir
14:12 183