"Ermənistan müdafiə xarakterli silahlar almır, əksinə öldürücü və vurucu silahlarla özünü təmin edir"- Siyasətçidən Açıqlama

"Ermənistan müdafiə xarakterli silahlar almır, əksinə öldürücü və vurucu silahlarla özünü təmin edir"- Siyasətçidən AçıqlamaErmənistan hakimiyyəti, xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə hazırlaşır. Ermənistan bütün hərəkətləri revanşist meyillidir. Onun yürütdüyü siyasətlə tezliklə regionda müharibə başlanacağı gözlənilir. Ermənistan qarşıdurmanın yeni mərhələsinə hazırlanır. Ötən həftə Ermənistan hökuməti tərəfindən keçirilən iclasda ehtiyatda olan hərbçilərin növbəti toplantısının keçirilməsinə qərar verilib. Bu toplantı 1 aprel-13 iyun tarixlərində həyata keçiriləcək. Bu təlim müddətinin vaxtı rekord həddə çatıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Polad Mehdiyev bildirib ki, Ermənistan Azərbaycan münasibətində sülh istəyən tərəf Azərbaycandır. Vətən müharibəsindən sonra Azərbaycan ilk 5 baza prinsipini təklif edib:

"Ermənistan müdafiə xarakterli silahlar almır, əksinə öldürücü və vurucu silahlarla özünü təmin edir"- Siyasətçidən Açıqlama"Ermənistan isə müharibədən sonra real və adekvat addımlar atmır. Əksinə, sülhün imitasiyası ilə məşğul olur. Ermənistan dünyaya Azərbaycanı aqressiya göstərən ölkə kimi tanıdır. Azərbaycan və Ermənistan arasında sülhün bağlanması ilə bağlı ədalətli şərtlər mövcuddur. Həmin ədalətli şərtlər bunlardır: Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini göstərən konstitusiyasını dəyişməsi, ATƏT-in MİSK qrupunun buraxılması, Azərbaycan sərhədində Avropa İttifaqının müşahidə missiyası adı altında kəşfiyyat missiyası kimi fəaliyyət göstərən qurumun aradan qaldırılması və Ermənistanın qanunsuz silahlandırılmasının qarşısının alınması.
Ermənistan müdafiə xarakterli silahlar almır, əksinə öldürücü və vurucu silahlarla özünü təmin edir. Bütün bunlar, Ermənistanın sülh niyyəti olmadığını və müharibəyə başlamaq istədiyini göstərir.
Hazırda Ermənistan və Azərbaycan arasında sərhəd mövcud deyil. O, şərti sərhəddir. Şərti sərhəd olduğu üçün də üstünlüklər Azərbaycan tərəfindədir. Bu da erməniləri ciddi narahat edir. Avropa İttifaqının sərhəddə gəlməsi, binokl vasitəsilə məlumatlar ötürməsi bu məqsədlədir. Baş verəcək hər hansı bir lokal xarakterli hücumla hündürlüklərin azərbaycanlıların əlindən alınmasını planlamaq istəyir. Azərbaycanı hərbi münaqişəyə cəlb etməklə "dəstəkçilərinin" hərbi birləşmələrini Ermənistana gətirmək və maddi dəstəyi təmin etmək məqsədi daşıyır.
Ermənistan müharibəyə hazırlaşaraq, Azərbaycan və Türkiyə münasibətlərinin inkişaf planlarını ləngitmək istəyir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 738   Tarix: 12 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec

13:06 125
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13.10.2026 302
.

"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"

"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql

10:35 196
.

Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və vahid məktəb mühitinin əsas göstəricisidir

"Vahid məktəbli forması ətrafında müzakirələrin mərkəzində ilk növbədə təhsilin keyfiyyəti, şagirdlər arasında bərabərliyin təmin olunması, məktəb intizamının möhkəmləndirilməsi və uşaqların sağlam sosial mühitdə yetişməsi dayanmalıdır. Məktəbli forması sadəcə geyim seçimi deyil, məktəbdə ümum

11:40 156
.

Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib. O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib. Qaynarinfo-nun -a istinadən məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini

10:09 205
.

Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir

"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsin

12:39 133
.

Ankaradan gələn "fərmana" Bakıdan cavab: Kimsə sultan deyil!

"Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Azərbaycanda hicabla bağlı vəziyyətə münasibət bildirərək "hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbulolunmazdır" deyib. Oktay Saral sıradan bir şəxs deyil. Onun Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsində təmsil olunmas

11:27 209
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

12:36 134
.

Məktəbli forması ətrafında kampaniya: Təhsil, milli dəyərlər və Azərbaycanın mövqeyi

"Vahid məktəbli forması ətrafında aparılan müzakirələr artıq təkcə təhsil və geyim məsələsi deyil. Bu mövzu məktəblərdə sosial bərabərlik, milli-mənəvi dəyərlər, dünyəvi təhsil prinsipləri və Azərbaycan cəmiyyətinə təsir göstərmək cəhdləri kontekstində də müzakirə olunur. Yeni Azərbaycan Partiyasını

11:11 161
.