"Nazir söz verdi ki, problemlər öz həllini tapacaq"

"Nazir söz verdi ki, problemlər öz həllini tapacaq"Aprelin 16-da mədəniyyət naziri Adil Kərimli Akademik Milli Dram Teatrının kollektivi ilə görüşüb. Nazir bildirib ki, Bakıda və bölgələrdə teatrların fəaliyyəti üçün müasir şərait qurulur, maddi-texniki təchizatı möhkəmləndirilir. Teatrlar da yaradılan şəraitdən səmərəli istifadə etməli, daha effektiv fəaliyyət göstərməlidirlər. Xüsusilə də gənc əməkdaşların bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılmalı, bununla bağlı konkret addımlar atılmalıdır.

Axşam.az xəbər verir ki, Xalq artisti Sabir Məmmədov nazirin teatr kollektivi ilə görüşü haqqında açıqlama verib.

Aktyor bildirib ki, mədəniyyət naziri teatrın qarşısında duran bütün problemlərlə yaxından tanışdır:

"Görüş çox maraqlı və faydalı oldu. Nazir yaradıcılıqla, teatr fəaliyyəti ilə bağlı konkret məqamlara toxundu. Xarici qastrolların təşkili, keyfiyyətli tamaşaların hazırlanması, rejissor və aktyor problemi və s. Bizim qarşımızda duran əsas istiqamətlər bunlardır. Dedi ki, teatrın Bədii Şurasının qarşısında çox ciddi məsələlər dayanır. Daha sonra dövlət dəstəyi haqqında danışdı. Dövlətimizin teatra diqqəti və qayğısı həmişə olub, bundan sonra da olacaq. Nurəddin Mehdixanlının çıxışı, təklifləri hər kəsin ürəyincə oldu. Görüş konstruktiv və demokratik keçdi. Hər kəs öz iradını, təklifini, narahatlığını dilə gətirdi. Hər bir suala cənab nazir geniş cavab verdi. Söz verdi ki, kimi hansı problemlər narahat edirsə, onlar gələcəkdə öz həllini tapacaq.

Nazirin çıxışı çox xoşumuza gəldi. Səbirli, intellektual, dünyanın mədəni prosesini bilən, aktyorlara xüsusi diqqət göstərən bir insandır. Adil müəllimin komandası da çox uğurlu komandadır. Çevik, operativ işləyirlər. Güman edirəm, cənab nazirin gəlişi, bizi dinləməsi teatrımızın gələcəyi üçün keyfiyyətli işlərin ortaya çıxmasına səbəb olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 787   Tarix: 18 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən BİG.AZ-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ d

10:27 140
.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12.10.2026 338
.

Ukrayna ordusu Rusiya HHM sistemlərini belə aldadır

Ukrayna ordusu Rusiya hava hücumundan müdafiə sistemlərinin sursatlarını sərf etməsinə səbəb olmaq üçün saxta dronlardan istifadəyə başlayıb. xəbər verir ki, bunu "Zvezda" kanalına açıqlamasında rusiyalı hərbçilərdən biri deyib. "Əvvəlcə boş dronları buraxırlar, daha sonra isə silahlıla

12.10.2026 329
.

Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir

"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində

13:01 89
.

Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto

Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib

12.10.2026 837
.

Boşandıqdan bir həftə sonra eks-xanımının toyuna getdi

Hollivud aktyoru, "Hörümçək-adam" filminin ulduzu Tobi Maquayr keçmiş həyat yoldaşı Cennifer Meyerin toy mərasimini idarə edib. Axşam.az xəbər verir ki, Cennifer milyarder Ceffri Oqunlesi ilə nikah masasına əyləşib. Mərasim Cenniferlə Tobinin rəsmi boşanmalarından cəmi bir həftə sonra olub

12.10.2026 376
.

Azərbaycan-Laos sənədləri mübadilə edildi - Fotolar

Bu gün "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununl

12:44 108
.

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ: Bakı ilə Pnompeni nə birləşdirir?

Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana səfər edib. Prezident İlham Əliyev Kamboca hökumətinin başçısını qarşılayıb, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib. Kamboca Azərbaycan üçün coğrafi baxımdan uzaq ölkə olsa da, iki dövlət arasında diplomatik münasibətlərin 30 ildə

11:02 123
.

Vahid məktəbli forması ətrafında müzakirələr: Təhsildə bərabərlik, milli dəyərlər və xarici təsir təhlükəsi

"Vahid məktəbli formasının tətbiqi Azərbaycanda təhsil mühitinin sağlamlaşdırılması, şagirdlər arasında sosial bərabərliyin gücləndirilməsi və məktəb intizamının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələni yalnız geyim qaydaları çərçivəsində qiymətləndirmək düzgün olmazdı

11:12 147
.