Təhsil Tələbə Kreditləri kimlərə şamil ediləcək?-EKSPERTDƏN AÇIQLAMA

Təhsil Tələbə Kreditləri kimlərə şamil ediləcək?-EKSPERTDƏN AÇIQLAMAYeni tədris ili ərəfəsində gündəmdə olan əsas məsələlərdən biri də tələbələrin təhsil haqqını ödəmək imkanları və bu istiqamətdə tətbiq olunan Təhsil Tələbə Kreditləridir. Bu mexanizm ilk baxışdan tələbələrin ali təhsilə çıxışını asanlaşdırmaq üçün yaradılmış bir dəstək vasitəsi kimi təqdim olunsa da, onun real tətbiqi, əhatə dairəsi və effektivliyi ilə bağlı ciddi mübahisələr var. Azərbaycan Respublikasının "Təhsil haqqında Qanunu"nun 14-cü maddəsində dövlətin vəzifələrindən biri təhsilalanların sosial müdafiəsini təmin etmək kimi göstərilir, amma mövcud reallıq bu öhdəliyin yalnız qismən yerinə yetirildiyini ortaya qoyur. Statistika göstərir ki, ölkədə hər il 50 mindən çox tələbə ödənişli əsaslarla ali , orta ixtisas və peşə məktəblərinə qəbul olur. Onların hamısı kredit almaq imkanına malik deyil, çünki mexanizmin şərtləri çox dar çərçivədə müəyyənləşdirilib.

Sosial Təhsil Tələbə Kreditləri nəzəri olaraq daha çox həssas qrupları əhatə etməlidir. Buraya ünvanlı sosial yardım alan ailələrin üzvləri, valideynlərini itirmiş və ya əlilliyi olan şəxslər, ailəsində əlillik və ya işsizlik olan tələbələr daxildir. Lakin real rəqəmlər göstərir ki, bu kateqoriyalara aid olan tələbələrin böyük hissəsi kreditdən xəbərsizdir və marifləndirmə işləri zəif aparılır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə geniş maarifləndirici kampaniyalar keçirməli olduğu halda, informasiya çox vaxt yalnız rəsmi saytlarla məhdudlaşır. Bu isə regionlarda yaşayan, sosial imkanları məhdud gənclərin kreditlərdən xəbərsiz qalmasına gətirib çıxarır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Standart Təhsil Tələbə Kreditləri sosial qrupa aid olmayan tələbələr üçündür. Amma burada da məhdudiyyətlər çoxdur. Tələbədən ya ali məktəbə qəbul imtahanında minimum bal, ya da universitetdə yüksək ortalama göstərici tələb olunur. Məsələn, birinci kurs tələbəsi olmaq üçün qəbul balı 250-dən yuxarı olmalıdır, növbəti illərdə isə orta müvəffəqiyyət göstəricisi ən azı 71 bal olmalıdır. Bu şərtlər əslində zəif təhsil alan tələbəni dəstəkləmək məqsədini arxa plana keçirir və daha çox uğurlu tələbələrin maliyyələşməsinə xidmət edir. Halbuki təhsil hüququ yalnız yüksək nəticə göstərənlərin deyil, bütün gənclərin bərabər hüququ olmalıdır:
Təhsil Tələbə Kreditləri kimlərə şamil ediləcək?-EKSPERTDƏN AÇIQLAMA"Mənfi tərəflərdən biri də odur ki, kreditlərin verilməsi yalnız təhsil haqqının müəyyən hissəsini əhatə edir. Bir çox hallarda tələbələrdən illik ödənişin 20 faizini əvvəlcədən ödəmək tələb olunur. Bu isə sosial durumu zəif olan ailələr üçün böyük yükdür. Üstəlik, kreditlər çox vaxt universitetin hesabına köçürülür, tələbənin özünün gündəlik xərcləri, kitab, yataqxana və digər ehtiyacları üçün nəzərdə tutulmur. Nəticədə tələbə yalnız təhsil haqqı ilə bağlı müəyyən dəstək alır, lakin ümumi təhsil xərclərini qarşılamaqda yenə də çətinlik çəkir.

Müsbət tərəf kimi qeyd etmək olar ki, Təhsil Tələbə Kreditləri girov və zamin tələb etmir. Bu, tələbələr üçün ciddi üstünlükdür. Həmçinin kreditlərin geri qaytarılması yalnız təhsil başa çatandan iki il sonra başlanır və 20 ilə qədər müddətə yayılır. Bu, gənclərə müəyyən güzəşt dövrü qazandırır və işə düzəlib maliyyə sabitliyi əldə etdikdən sonra ödəniş etməyə imkan verir. Bu baxımdan mexanizmin sosial yönümlü elementi var, amma hələ də təhsildə real bərabərliyi təmin etmir.

Dünya təcrübəsi ilə müqayisə apardıqda isə vəziyyət daha aydın görünür. Məsələn, ABŞ-da tələbə kreditləri geniş yayılıb, lakin orada faiz dərəcələrinin yüksəkliyi tələbələrin onilliklərlə borc altında qalmasına səbəb olur. Skandinaviya ölkələrində isə tələbə kreditləri yalnız təhsil haqqını deyil, həm də yaşayış xərclərini əhatə edir və çox aşağı faizlə verilir. Estoniyada tələbələr həm dövlət təqaüdləri, həm də uzunmüddətli faizsiz kreditlərlə dəstəklənir. Azərbaycanda tətbiq edilən model isə hər iki yanaşmadan fərqli olaraq çox məhduddur: bir tərəfdən sosial qruplar tam əhatə olunmur, digər tərəfdən dəstək yalnız təhsil haqqı ilə məhdudlaşır.
Təhsil Tələbə Kreditləri kimlərə şamil ediləcək?-EKSPERTDƏN AÇIQLAMAƏgər bu yanaşma dəyişməsə, yeni tədris ilində minlərlə tələbə ödənişli əsaslarla ali təhsil almaq imkanı qazansa da, maliyyə çətinlikləri səbəbindən təhsilini dayandırmaq məcburiyyətində qala bilər. Bu, "Təhsil haqqında Qanun"da təsbit olunmuş "təhsil bərabərliyi" prinsipinə ziddir. Nə dəyişməlidir sualının cavabı isə aydındır: kredit mexanizmi daha geniş əhatəli olmalı, tələbələrin yalnız uğurlu nəticə göstərənləri deyil, real ehtiyacı olan bütün təbəqələri nəzərə almalıdır. Kreditlərin təkcə təhsil haqqı deyil, yaşayış xərclərini də qarşılamaq imkanı olmalı, müraciət prosesi sadələşdirilməli, regionlarda geniş maarifləndirmə işi aparılmalıdır.

Elm və Təhsil Nazirliyi bu sahədə yetərli iş görmür. Planlı strategiya yoxdur, proqnozlar açıqlanmır, tələbələrin və valideynlərin maarifləndirilməsi üçün geniş informasiya siyasəti aparılmır. Kredit fondu yaradılıb, amma onun fəaliyyəti çox zaman yalnız rəqəmlərlə ifadə olunur, təsir mexanizmi barədə ictimaiyyətə hesabat verilmir. Nazirlik real olaraq təhsil bərabərliyini təmin edəcək geniş sosial paket hazırlamadıqca, Təhsil Tələbə Kreditləri yalnız məhdud bir qrupun imtiyazına çevriləcək, minlərlə tələbə isə maliyyə çətinlikləri ucbatından təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üz-üzə qalacaq. Bu isə ölkənin insan kapitalına vurulan ən böyük zərbədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1226   Tarix: 02 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail Müdafiə Qüvvələri ABŞ ordusu ilə koordinasiya yaradır və ABŞ və İran arasında döyüşlərin şiddətlənməsi ilə əlaqədar mümkün zərbələrə hazırlaşır

Bazar günü yüksək vəzifəli təhlükəsizlik rəsmisi bildirib ki, İsrail Müdafiə Qüvvələri (İMQ) ABŞ və İran arasında gərginlik fonunda bir neçə mümkün ssenari üzrə ABŞ ordusu ilə koordinasiya aparıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bu ssenarilərdən biri ABŞ-ın cavabını gücləndirməs

11:16 183
.

İmtahanda telefon qalmaqalları: Gəncləri bu addıma nə vadar edir?

"İmtahan qaydalarının getdikcə sərtləşdiyi, hər bir iştirakçının ciddi nəzarətdən keçirildiyi bir dövrdə bəzi abituriyentlərin hələ də telefon və ya digər qadağan olunmuş vasitələrlə imtahana daxil olmağa cəhd etməsi ilk baxışdan anlaşılmaz görünür. Axı hər bir iştirakçı bilir ki, üzərində telefo

12:17 191
.

Təhlükəsizlik prioritetdir: TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib

Video yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok üçün Azərbaycandakı istifadəçilər üçün təhlükəsiz və rahat rəqəmsal mühitin formalaşdırılması əsas prioritetlərdən biri olaraq qalır. Məhz buna görə də şirkət istifadəçilərin qorunmasına, kontent yaradıcılarının dəstəklənməsinə yönəlmi

15:47 242
.

Əshabı-Kəhf hadisəsinə fərqli baxış: Möcüzələr gələcəyin texnologiyasıdırmı?

"Əshabı-Kəhf (Mağara yoldaşları) həm islam, həm də xristian mənbələrində yer alan, əsrlər boyu insanların düşüncəsinə təsir göstərən ən məşhur rəvayətlərdən biridir. Bu hadisəni kimisi tarixi fakt, kimisi isə dərin mənəvi məna daşıyan bir rəvayət kimi qəbul edir". Bunu İKT üzrə mütəxəssis Bəhru

15:04 159
.

İran Hörmüz boğazını bağladı

ABŞ və İran qüvvələri ağır raket və pilotsuz təyyarə hücumları mübadiləsi aparıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tehran bazar günü Körfəzin o tayındakı dövlətlərdəki ABŞ obyektlərini hədəfə alıb və həyati əhəmiyyətli Hörmüz boğazını yenidən bağladığını bildirib. Müəllif: İlkin Məmmədkərimo

11:01 201
.

ABŞ-dən UNO-larla bağlı sensasion addım: 40 məxfi fayl yayımlandı

ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlərlə (UNO) bağlı yeni məxfi materialları ictimaiyyətə açıqlayıb. xəbər verir ki, bu barədə CBS News məlumat yayıb. Məlumata görə, yayımlanan materiallara 14 sənəd, 19 video, 4 audio fayl və 3 fotoşəkil daxildir. Bu materiallar Pentaqon, ABŞ Energetika Nazirliyi

10:05 187
.

Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video - Yenilənib

Prezident İlham Əliyevin iştirakı ilə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq. "Qafqazinfo" xəbər verir ki, açılışı Azərbaycan liderinin sosial media hesablarında

10:00 163
.

ABŞ-ın İrana ikinci gecə hücumlarından sonra Körfəz ölkələri yeni hücumlara oyandı

ABŞ bazar günü gecəsi İrana qarşı bir neçə saatlıq hücum dalğasına başlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son hücumlarında onlarla İran hərbi hədəfinə zərbə endirdiyini bildirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) məlumatına görə, Körfəz üzərind

10:20 192
.

Hava ilə bağlı - Xəbərdarlıq

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntıl

17:10 116
.

TOP MP3