İlham Əliyev XRİTDX ilə bağlı FƏRMAN VERDİ

İlham Əliyev XRİTDX ilə bağlı FƏRMAN VERDİAzərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilib.

BİG.AZ President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Yeni fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təsdiq edir. Eyni zamanda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yeni tariflər təsdiq edilənədək onun göstərdiyi xidmətlərin mövcud tarifləri öz hüquqi qüvvəsini saxlayır.

Bundan başqa, "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanının 2.5-ci bəndində "Respublikasının Tarif (qiymət) Şurası" sözləri "Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti" sözləri ilə əvəz edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 465   Tarix: 20 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilər

İndiyə qədər elmi dairələrdə tam izah olunmayan "soyuq ləkə" hadisəsinin qlobal hava temperaturuna ciddi təsir göstərə biləcəyi bildirilir. Mütəxəssislər xüsusilə Avropada "Kanada tipli sərt qış şərtləri"nin müşahidə oluna biləcəyini qeyd edir. Qaynarinfo xəbər verir ki, qlobal iqli

22:15 1
.

Psixoloq: "Bizdə insanlar yuvadan uçmağı öyrənmirlər" - VİDEOMÜSAHİBƏ

Klinik psixoloq Şirin Məmmədli -ın "Həftənin qonağı" layihəsinə müsahibə verib. xəbər verir ki, psixoloq müsahibə zamanı cəmiyyətdə fərdin müstəqilliyi və ailədaxili münasibətlər barədə fikirlərini bölüşüb:. "Burada əsas məsələ odur ki, bizdə insanlar yuvadan uçmağı öyrənmir. Yəni si

17:18 198
.

Kirayə mənzillərin bahalaşmasının əsas səbəbləri

"Son illərdə kirayə mənzil bazarında, xüsusilə keyfiyyətli və tam təmirli mənzillərə tələbat təklifdən daha sürətlə artıb. Nəticədə kirayə qiymətlərində yüksəliş müşahidə olunur". Bunu BİG.Az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, xüsusilə metr

15:17 207
.

Gürcüstanın Aİ-yə üzvlük yolu daha da çətinləşir

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminin davam etdirilməsi Tbilisinin bir sıra tələbləri yerinə yetirməsi ilə əlaqələndirilir. Onun sözlərinə görə, həmin tələblər arasında Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulması da yer alır

22:00 1
.

Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev

16:14 198
.

Almaniya Ukraynaya daha çox pul və avadanlıq ayrılmasını tələb etdi

Almaniya Ukraynaya dəstəyini artırmalı, onun döyüş təcrübəsindən dərs çıxarmalı və Rusiya səbəbindən Bundesverin yenidən silahlanması prosesini sürətləndirməlidir. xəbər verir ki, bu barədə Bundestaqın XDİ üzvü Bastian Ernst bildirib. Onun sözlərinə görə, Rusiya problemdir və bu, hər gün təsdiqlənir

21:15 74
.

Turistlər getdikcə gecə həyatını seçirlər: Səbəb nədir?

Son illərdə müşahidə olunan ekstremal istilər turistlərin istirahət vərdişlərini dəyişməyə başlayıb. Bir qisim səyahətçilər yay mövsümündə səyahətdən imtina edir, digərləri isə daha sərin istiqamətlərə üz tutur. Lakin Aralıq dənizi ölkələrində yay tətilindən vaz keçmək istəməyənlər də var və onlar problem

22:45 1
.

Prezidentdən elektron müraciətlərlə bağlı - Fərman

Elektron müraciətlərə təşkilatlar tərəfindən, müraciət edən şəxsin seçimi əsasında, elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə yazılı cavab verilməklə baxılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığ

20:49 117
.

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

İyunun 10-na keçən gecə Rusiya qoşunları pilotsuz uçuş aparatları (PUA) və idarə olunan aviasiya bombalarından (İAB) istifadə etməklə Zaporojye şəhərinə zərbələr endirib. Ukrayna mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib, bir nəfər - 59 yaşlı qadın xəsarə

20:15 127
.

TOP MP3