Pişiyi gündə neçə dəfə yemləmək lazımdır?

Pişiyi gündə neçə dəfə yemləmək lazımdır?Pişiyi düzgün qidalandırmaq onun sağlam və uzunömürlü olması üçün əsas şərtlərdən biridir. Heyvanın aktivliyi, tüklərinin vəziyyəti, həzm sistemi və hətta əhvalı belə gündəlik qidalanmadan asılıdır. Baytarların sözlərinə görə, qidalanmadakı səhvlər illərlə hiss olunmasa da, zamanla piylənmə, böyrək problemləri və digər təhlükəli xəstəliklərə səbəb ola bilər. Buna görə sahiblər yalnız pişiyə nə verməyi deyil, onu neçə dəfə yemləməyi də bilməlidirlər.

Lent.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, pişiklər yırtıcı heyvan olduqları üçün onların qida rasionunun əsasını heyvani zülal təşkil etməlidir. Xüsusilə yağsız ət, quş əti və bəzi subməhsullar onların sağlamlığı üçün vacibdir.

Baytarların ən çox tövsiyə etdiyi məhsullar bunlardır:

toyuq əti;
hinduşka əti;
mal əti;
dovşan əti;
az miqdarda ürək və qaraciyər.

Əti qaynatmaq və ya əvvəlcədən yaxşı dondurmaq məsləhət görülür ki, parazit riski azalsın. Balıq isə pişiklərə həftədə 1-2 dəfə verilməlidir. O da mütləq bişirilməli və sümükdən tam təmizlənməlidir.

Niyə təbii qida ilə quru yem qarışdırılmamalıdır?

Baytarlar eyni qabda həm təbii qida, həm də hazır yem verməyi məsləhət görmürlər. Çünki bu qidaların həzmi üçün orqanizm fərqli fermentlər ifraz edir. Daim qarışıq qidalanma həzm sisteminə əlavə yük yarada bilər. Əgər sahib hazır yem seçirsə, istehsalçının göstərdiyi normaya əməl etməli və pişiyin daim təmiz suya çıxışı olmalıdır. Xüsusilə quru yem istifadə ediləndə kifayət qədər su içmək böyrəklərin sağlamlığı üçün çox vacibdir.

Pişiyə süd məhsulları vermək olarmı?

Bir çox yetkin pişik adi südü laktozaya görə yaxşı həzm etmir. Lakin baytarlar bəzi süd məhsullarının az miqdarda verilməsinə icazə verirlər:

kefir;
ryajenqa;
qatıq;
az yağlı kəsmik.

Bu məhsullar həftədə bir neçə dəfə və az porsiyalarla verilməlidir. Həmçinin bişmiş yumurta sarısı da faydalı hesab olunur.

Pişiklər üçün hansı tərəvəzlər faydalıdır?

Pişiklər tərəvəzləri itlər qədər sevməsələr də, az miqdarda bitki qidası həzm sistemi üçün faydalı ola bilər. Rasiona bəzən aşağıdakılar əlavə edilir:

balqabaq;
kök;
gül kələmi;
yaşıl noxud;
bir qədər göyərti.

Tərəvəzlər adətən ət və ya sıyıqla qarışdırılır. Çiy kartof və badımcan isə pişiklərə verilməməlidir.

Pişiyi gündə neçə dəfə yemləmək lazımdır?

Sağlam və yetkin pişiklər adətən gündə iki dəfə səhər və axşam yemlənir. Balaca pişiklər daha tez-tez qidalanmalıdır gündə 4 dəfəyə qədər. Yaşlı və ya artıq çəkili pişiklər üçün isə az porsiyalarla, amma daha tez-tez yem vermək tövsiyə olunur. Sterilizasiya və kastrasiyadan sonra pişiklər tez çəki almağa meylli olduqları üçün onların gündəlik qida miqdarı adətən 15-20 faiz azaldılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 648   Tarix: 20 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 68
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 151
.

NASA-dan BKS-ə yeni missiya: ekipaj Floridadan kosmosa yollandı

NASA rusiyalı kosmonavt Sergey Teteryatnikovu Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparan Crew-13 missiyasını həyata keçirib. xəbər verir ki, Crew Dragon kosmik gəmisini daşıyan Falcon 9 raketi Floridadakı buraxılış məntəqəsindən havaya qalxıb. Sergey Teteryatnikovdan əlavə, Crew Dragon gəmisində ABŞ astronavtlar

11:08 114
.

Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın

11:29 138
.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 122
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 437
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 386
.

"Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ

"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib

13:10 68
.

"Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi

11:56 113
.