Piton molekulundan piylənməyə qarşı dərman hazırlana bilər

Piton molekulundan piylənməyə qarşı dərman hazırlana bilərAlimlər pitonların metabolizmini araşdıraraq iştahanı azaldan bir molekul aşkar ediblər. Bu maddə laboratoriya şəraitində siçanlar üzərində artıq müsbət nəticə göstərib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar Birma pitonlarının qanında piylənməyə qarşı yeni dərmanların əsasını təşkil edə biləcək bir molekul müəyyən ediblər. Söhbət qidalanmadan sonra səviyyəsi kəskin artan və iştahaya təsir edən metabolitdən gedir.

Pitonlar uzun müddət ac qala bilmə qabiliyyəti ilə tanınır. Onlar öz çəkisinə yaxın ölçüdə olan ovları uda bilir və bundan sonra aylarla, hətta bir ildən çox qidasız qala bilirlər. Qidalandıqdan sonra onların orqanizmində ciddi dəyişikliklər baş verir: ürək böyüyür, metabolizm isə minlərlə dəfə sürətlənir.
Alimlər əvvəlcə bu dəyişiklikləri öyrənərək qidalanmadan sonra hansı metabolitlərin rol oynadığını müəyyən etməyə çalışıblar. Bunun üçün çəkisi 1,5-2,5 kiloqram olan gənc Birma pitonlarının qanı qidalanmadan əvvəl və sonra analiz edilib. Təcrübədən əvvəl ilanlar 28 gün ac saxlanılıb, sonra isə çəkilərinin təxminən dörddə biri qədər qida verilib.

Nəticədə qidalanmadan sonra səviyyəsi artan 200-dən çox molekul aşkar edilib. Xüsusilə bir maddə - pTOS adlı metabolit alimlərin diqqətini çəkib. Onun konsentrasiyası 1000 dəfədən çox artıb. Bu birləşmənin pitonun bağırsaq bakteriyaları tərəfindən yarandığı və az miqdarda insan orqanizmində də mövcud olduğu məlumdur.

Bu molekulun təsirini yoxlamaq üçün onu laboratoriya siçanlarına tətbiq ediblər. Araşdırma göstərib ki, pTOS enerji sərfiyyatına və ya orqan ölçüsünə təsir etmir, lakin qidalanma davranışını dəyişir. Bu maddəni qəbul edən piylənmiş siçanlar daha az qida qəbul edib və 28 gün ərzində bədən çəkilərinin təxminən 9 faizini itiriblər.

Tədqiqatçılar bildirirlər ki, bu nəticələrin praktik tətbiqi üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, bu molekulun insan orqanizmində də mövcud olması onun potensial təhlükəsizliyinə ümid yaradır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 536   Tarix: 20 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 68
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 151
.

NASA-dan BKS-ə yeni missiya: ekipaj Floridadan kosmosa yollandı

NASA rusiyalı kosmonavt Sergey Teteryatnikovu Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparan Crew-13 missiyasını həyata keçirib. xəbər verir ki, Crew Dragon kosmik gəmisini daşıyan Falcon 9 raketi Floridadakı buraxılış məntəqəsindən havaya qalxıb. Sergey Teteryatnikovdan əlavə, Crew Dragon gəmisində ABŞ astronavtlar

11:08 114
.

Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın

11:29 138
.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 122
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 437
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 386
.

"Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ

"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib

13:10 68
.

"Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi

11:56 113
.