"Hər iki ölkənin strateji maraqları göstərir ki, Varşava və Kiyev arasında tammiqyaslı qarşıdurma ehtimalı yoxdur" - BƏHRUZ QULİYEV
"Son dövrlərdə Ukrayna ilə Polşa arasında münasibətlərdə müəyyən gərginliyin müşahidə olunması ilk növbədə tarixi yaddaş, kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı, nəqliyyat-logistika məsələləri və bəzi siyasi dairələrin daxili auditoriyaya hesablanmış bəyanatları ilə bağlıdır. Ukraynanın Polşa tərəfindən verilmiş mükafatı geri qaytarması da məhz bu narazılıqların siyasi və simvolik ifadəsi kimi qiymətləndirilə bilər. Bununla belə, hər iki ölkənin strateji maraqları göstərir ki, Varşava və Kiyev arasında tammiqyaslı qarşıdurma ehtimalı yoxdur. Çünki Polşa Ukraynanın Avropaya inteqrasiyası prosesində ən mühüm tərəfdaşlardan biri olaraq qalır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Berlində keçirilən E5 sammiti isə Avropanın təhlükəsizlik arxitekturasının gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa hazırda Avropanın müdafiə potensialını formalaşdıran əsas dövlətlər hesab olunur. Bu ölkələrin əsas məqsədi müdafiə sənayesinin gücləndirilməsi, silah sistemlərinin standartlaşdırılması və təhlükəsizlik sahəsində koordinasiyanın artırılmasıdır.
Təbii ki, Ukrayna məsələsi E5 ölkələrinin gündəliyində əsas mövzulardan biri olacaq. Çünki Avropanın təhlükəsizlik konsepsiyası birbaşa Ukraynadakı vəziyyətlə bağlıdır. Bu baxımdan Polşa-Ukrayna münasibətlərində yaranmış gərginliyin də qapalı müzakirələrdə diqqət mərkəzində olacağı istisna deyil. Xüsusilə Almaniya, Fransa və Böyük Britaniya regionda birlik nümayiş etdirmək və Ukraynaya dəstəyin zəifləməsi ilə bağlı görüntünün yaranmasının qarşısını almaq üçün tərəflər arasında dialoqun təşviq edilməsində maraqlıdırlar.
"Hesab edirəm ki, E5 sammiti çərçivəsində birbaşa vasitəçilik mexanizmi yaradılmasa belə, tərəflərə münasibətlərin normallaşdırılması istiqamətində siyasi mesajlar veriləcək. Çünki Avropa İttifaqı və NATO məkanında Polşa ilə Ukrayna arasında uzunmüddətli gərginlik ən çox Rusiyanın maraqlarına xidmət edə bilər. Avropa liderləri də bunun fərqindədirlər.
Əgər yaxın perspektivdə münasibətlərin yumşaldılması istiqamətində addımlar atılarsa, bu, Ukraynanın Avropa strukturlarına inteqrasiyası prosesini sürətləndirə və Şərqi Avropada təhlükəsizlik əməkdaşlığını daha da gücləndirə bilər. Əks halda, qarşılıqlı etimadın zəifləməsi sərhəd əməkdaşlığına, iqtisadi əlaqələrə və Ukraynanın Avropa gündəliyində bəzi məsələlərin irəliləməsinə mənfi təsir göstərə bilər.
Bu gün Avropanın qarşısında duran əsas vəzifə ayrı-ayrı fikir ayrılıqlarını deyil, ümumi təhlükəsizlik maraqlarını ön plana çıxarmaqdır. Berlində keçirilən E5 sammitinin də əsas mesajı məhz Avropanın müdafiə birliyinin möhkəmləndirilməsi və tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsi olacaq. Polşa ilə Ukrayna arasında mövcud problemlərin həlli üçün də ən real yol qarşılıqlı dialoq və strateji əməkdaşlıq xəttinin qorunub saxlanılmasıdır." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 520 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu
10:40 107 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 127 Bu məşhurların narkotik testinin nəticələri açıqlandı
Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda
30.09.2026 326 Azərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 220 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 99 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist
30.09.2026 241 Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını
10:00 118 İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30.09.2026 233 Müstəqilliyə gedən yol
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl
08:52 151