Aİ-dən Ermənistana dəstək: Təşəbbüsün Azərbaycan və Türkiyə ilə əlaqəsi nədir?

Aİ-dən Ermənistana dəstək: Təşəbbüsün Azərbaycan və Türkiyə ilə əlaqəsi nədir?Avropa İttifaqı (Aİ) regional nəqliyyat əlaqələrini inkişaf etdirmək və Ermənistanın etibarlı nəqliyyat-logistika qovşağı kimi rolunu möhkəmləndirmək məqsədilə İrəvana Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər strateji yol marşrutlarının hazırlanmasında kömək edəcək.

Oxu.Az xəbər verir ki, bu məlumatı "İnterfaks" Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin açıqlamasına əsasən yayıb.

Müvafiq anlaşma memorandumu "Qarşılıqlı əlaqə gündəliyi Platforması"nın yüksəksəviyyəli tədbirində Brüsseldə Avropa Komissiyası, Avropa İnvestisiya Bankı (AİB) və Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi tərəfindən imzalanıb.

Memorandum EPIC (Eastern Partnership Investment in Connectivity) təşəbbüsü çərçivəsində məsləhət dəstəyinə rəsmi start verir.

Qeyd olunur ki, təşəbbüs Axurik-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə 212 km) və Marqara-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə 258 km) strateji yol marşrutlarının hazırlanmasına dəstəyi nəzərdə tutur. Bu marşrutlar sərhəd keçid məntəqələrini Ermənistan Respublikasının yol şəbəkəsi ilə birləşdirəcək.

"İlkin mərhələdə Avropa İnvestisiya Bankı müvafiq araşdırmaların miqyasını təyin etmək və qeyd edilən yol infrastrukturunun icrası üçün real həll yollarının tapılmasında məsləhətlər verəcək. Bu təşəbbüslər Ermənistan hökumətinin "Sülh kəsişməsi" konsepsiyasına uyğun olaraq reallaşdırılır. Əsas məqsəd regional logistikanı inkişaf etdirmək, ölkənin nəqliyyat mərkəzi kimi əhəmiyyətini artırmaq və Avropa İttifaqının infrastruktur layihələrini dəstəkləməkdir", - deyə Ermənistanın Ərazi İdarəetmə Nazirliyindən bildiriblər.

Sənəd Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın Brüsselə səfəri çərçivəsində imzalanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 107
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

10:24 127
.

Bu məşhurların narkotik testinin nəticələri açıqlandı

Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda

30.09.2026 326
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 220
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 99
.

Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr

Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist

30.09.2026 241
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını

10:00 118
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30.09.2026 233
.

Müstəqilliyə gedən yol

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl

08:52 151
.