Son vaxtlar çörək istehlakından sonra köp problemi niyə artır?
"Çörək qida rasionumuzun tərkib hissəsidir. Hətta bir çoxlarımız yeməyi çörəklə yeməyəndə doymadığımızı deyirik. Amma əksəriyyətimizin süfrəsindən əksik etmədiyi çörəklərin niyə bu qədər keyfiyyətsiz olması, tez ovulması, köp verməsi əksəriyyəti narahat edən məsələdir. Çörəyin strukturunu, onun elastikliyini və ovulmamasını təmin edən əsas amil unun tərkibindəki qlüten və zülal miqdarıdır. Yerli kulinariya vərdişlərimizdə ağ və yumşaq çörəyə tələbat yüksəkdir. Un zavodları buğdanın ən faydalı hissəsi olan rüşeym və kəpək qismini tamamilə ayırır. Belə olduqda unun tərkibindəki təbii zülal kompleksi zəifləyir. Zəif qlüten strukturuna malik unla bişən çörək isə ilkin olaraq şişsə də, cəmi 2-3 saat sonra rütubətini itirir, daxili bağları qırılır və ovulmağa başlayır". Bunu BiG.AZ-a açıqlamasında sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev bildirib.
O qeyd edib ki, klassik çörəkbişirmədə xəmirin uzun müddət mayalanması və fermentasiya mərhələsi mütləqdir. Amma müasir kommersiya məqsədli çörək sexləri vaxta qənaət etmək üçün intensiv xəmir yoğurma metodundan istifadə edirlər. Xəmir kifayət qədər fermentasiya müddəti keçmədikdə, nişasta və karbohidratlar bakteriyalar tərəfindən tam parçalana bilmir. Belə olduqda çörəklər bişdikdən sonra çox tez bayatlayır, elastikliyini itirir:
"Sənayedə unun keyfiyyətini süni şəkildə artırmaq üçün tərkibə fermentlər, qatılaşdırıcılar və oksidləşdiricilər əlavə olunur. Bu maddələr çörəyin içində böyük hava qabarcıqları yaradır. Biz çörəyi kəsəndə onun içi boşluq faza kimi görünür. Hava ilə reaksiyaya girən bu süni struktur 2 saat sonra quruyur, çörək dərhal ovulur və qeyd etdiyiniz kimi yeyilməz hal alır.
Sürətli istehsalatda yüksək dozada sənaye mayaları istifadə edilir. Xəmirin mayalanma müddəti qısa olduğu üçün çörək bişərkən daxili temperatur hər yerdə eyni dərəcədə mayanın tam inaktiv olmasına yetmir.
Tam ölməyən maya hüceyrələri və fermentasiya olunmamış mürəkkəb nişasta zəncirləri mədəyə daxil olduqda, bədən temperaturunun təsiri ilə orada qıcqırma prosesini davam etdirir. Bu qıcqırma nəticəsində kütləvi şəkildə karbon qazı ayrılır ki, bu da bizdə kəskin köp, ağırlıq və həzm problemlərinə səbəb olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 851 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRöya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
12:36 0 "AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
10:19 118 Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı
"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind
10:54 155 Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar
10:23 111 Müstəqilliyə gedən yol
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl
08:52 151 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 99 Ölkənin inkişaf tarixində yeni səhifə
"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara
11:55 121 Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası
12:01 58 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)
Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd
30.09.2026 272