"DİM-in elektron infrastrukturunun bu cür kütləvi yüklənmələrə tab gətirməməsi qurumun ciddi texniki çatışmazlığıdır" - ŞƏMSİ QOCA

"DİM-in elektron infrastrukturunun bu cür kütləvi yüklənmələrə tab gətirməməsi qurumun ciddi texniki çatışmazlığıdır" - ŞƏMSİ QOCA"Aylarla gecəsini gündüzünə qatıb, uşaqlı ana ola-ola dövlət qulluğu imtahanına hazırlaşan bir vətəndaşın bu vəziyyətdə göstərdiyi reaksiya və irəli sürdüyü şübhələr tamamilə anlaşılandır və əsaslıdır. DİM-in "sistem çökməyib" bəyanatı ilə vətəndaşların "sistem işləmirdi" iddiası əslində eyni texniki problemin fərqli ifadəsidir. İT sahəsində həddindən artıq yüklənmə adlanan bu vəziyyətdə sistem tamamilə sönmür, sadəcə donur və eyni saniyədə müraciət edən minlərlə nəfərdən internet sürəti bəxt mənada daha yüksək olan ilk 200 nəfərin sorğusunu qəbul edir, qalan hamı üçün isə platforma əlçatmaz olur. Şəffaf idarəetmə prinsipləri tam qorunmadıqda və qeydiyyat saniyələr içində qapanıb kimlərin keçdiyi bilinmədikdə, cəmiyyətdə "yerlər bəri başdan kimlərsə üçün ayrılıb" şübhəsinin yaranması qaçılmazdır. Vətəndaş xidmət ala bilmirsə, bu onun nəzərində sistemin çökməsidir və burada o tamamilə haqlıdır". Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O qeyd edib ki, bununla belə, yaşanan kütləvi narazılıq və daxil olan şikayətlər görünür qurumu hərəkətə keçməyə məcbur edib: "DİM rəsmisi texniki nasazlığı açıq etiraf etməsə də, operativ şəkildə iyulun 5-nə və avqustun 2-nə əlavə imtahan tarixləri təyin edildiyini bildirib. Bu o deməkdir ki, Sahilə xanımın və digər namizədlərin ruhdan düşməyinə, sentyabr ayını gözləyib vaxt itirməyinə ehtiyac yoxdur. Hazırda sistemin açıq olması və bəzi yerlərin əlverişsiz görünməsi ehtimalına gəlincə, dövlət qulluğu imtahanları mərkəzləşdirilmiş kompüter bazasında keçirildiyi üçün əsas məsələ imtahanın hansı binada verilməsi yox, sadəcə iştirak edib sertifikatı qazanmaqdır.

Ona görə də müraciət edən vətəndaşlara bildirmək lazımdır ki, DİM-in elektron infrastrukturunun bu cür kütləvi yüklənmələrə tab gətirməməsi qurumun ciddi texniki çatışmazlığıdır və medianın da borcu bu məsələni daim gündəmdə saxlamaqdır. Lakin mövcud şəraitdə namizədlərə ən böyük kömək, onlara təqvimdə yaranan bu yeni fürsətləri xatırlatmaqdır. Ruhdan düşmədən, yer fərqinə baxmayaraq hazırda açıq olan qeydiyyatdan keçsinlər və sentyabrı gözləmədən iyul və ya avqust imtahanlarında öz şanslarını sınasınlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 107
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

10:24 127
.

Bu məşhurların narkotik testinin nəticələri açıqlandı

Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda

30.09.2026 326
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 220
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 99
.

Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr

Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist

30.09.2026 241
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını

10:00 118
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30.09.2026 233
.

Müstəqilliyə gedən yol

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl

08:52 151
.