"Bankomat və POS-Terminal təhlükəsizliyi olaraq, kartı bankomata daxil etməzdən əvvəl onu diqqətlə yoxlayın" - BƏHRUZ ƏLİYEV

"Bankomat və POS-Terminal təhlükəsizliyi olaraq, kartı bankomata daxil etməzdən əvvəl onu diqqətlə yoxlayın" - BƏHRUZ ƏLİYEV"Kartın fiziki təhlükəsizliyi olaraq, PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya digər yerdə yazmayın. Onu yalnız özünüz bilməlisiniz və heç kimə açıqlamaq olmaz! Kartın arxa tərəfindəki CVV kodunu, bitmə tarixini və PİN kodunu heç kimə verməyin. Bu məlumatları yalnız etibarlı və təhlükəsiz mənbələrdə istifadə edin". Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib.

O qeyd edib ki, E-poçt və ya SMS vasitəsilə gələn, bankınızın adından göndərildiyi iddia edilən linklərə klik etməyin: "Bu linklər fişinq (phishing) hücumları ola bilər. Bankınızın mobil tətbiqində və ya onlayn bankçılıq hesabınızda iki faktorlu autentifikasiyanı (2FA) aktiv edin. Bu funksiya kartınızla giriş zamanı sizə SMS və ya mobil tətbiq vasitəsilə doğrulama kodu göndərir, beləliklə, parolunuz oğurlansa belə, hakerlər ikinci doğrulama kodu olmadan hesabınıza daxil ola bilməyəcək.
Onlayn bank xidmətlərindən ictimai Wi-Fi şəbəkələrində istifadə etməyin. Həmişə təhlükəsiz internet bağlantısı seçdiyinizdən əmin olun.

Bankomat və POS-Terminal təhlükəsizliyi olaraq, kartı bankomata daxil etməzdən əvvəl onu diqqətlə yoxlayın. Şübhəli cihazlar və ya əlavə elementlər görsəniz, o bankomatdan istifadə etməyin. PİN kodunuzu daxil edərkən əllərinizlə klaviaturanı örtərək daxil edin ki, kənar şəxslər görməsinlər. POS-terminal vasitəsilə ödəniş etdikdə, çekin surətini ən azı məbləğin kart hesabından düzgün silindiyinə əmin olana qədər özünüzdə saxlayın.

Mobil və elektron bankçılıq təhlükəsizliyi olaraq, mobil tətbiq və SMS bildirişlərindən istifadə edin: Bankın mobil tətbiqini yükləyin və SMS bildiriş xidmətini aktivləşdirin. Bu, hesabınızdakı hər hansı əməliyyat barədə anında məlumat əldə etməyinizə kömək edəcək. Bank kartı üçün onlayn ödəniş limitini təyin edin və həddindən artıq yüksək məbləğlərin çıxarılmasının qarşısını alın.

Kartınız itdikdə və ya oğurlandıqda, mütləq qaydada dərhal banka və ya "24/7 müştəri xidməti"nə zəng edin və kartınızı bloklayın. Özünüzün həyata keçirmədiyiniz, yaxud məlumatınız olmayan hansısa əməliyyat cəhdləri barədə bildirişlər alırsınızsa, mobil tətbiq vasitəsilə dərhal kartı bloklaşdırın və banka bu barədə məlumat verin.

Tövsiyyə olunur ki onlayn ödənişlərdə virtual kartlardan istifadə edəsiniz. Həmin karta online ödəniş edəcəyiniz qədər pul köçürərək, ödənişi həmin virtual kartla həyata keçirmək olar. Belə olan halda riskləriniz minimum olacaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 107
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

10:24 127
.

Bu məşhurların narkotik testinin nəticələri açıqlandı

Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda

30.09.2026 326
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 220
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 99
.

Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr

Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist

30.09.2026 241
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını

10:00 118
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30.09.2026 233
.

Müstəqilliyə gedən yol

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl

08:52 151
.