Kartdan xəbərsiz pul silinirsə, bank məsuliyyət daşıyır? - VƏKİLDƏN AÇIQLAMA

Kartdan xəbərsiz pul silinirsə, bank məsuliyyət daşıyır? - VƏKİLDƏN AÇIQLAMASon dövrlər bank kartlarından müştərinin xəbəri və razılığı olmadan vəsaitlərin silinməsi ilə bağlı hallar gündəmə gəlir. Kart məlumatlarının ələ keçirilməsi, saxta ödənişlər və digər kiberfırıldaqçılıq üsulları nəticəsində yaranan belə vəziyyətlərdə əsas suallardan biri bankın məsuliyyət daşıyıb-daşımamasıdır. Azərbaycan qanunvericiliyində ödəniş əməliyyatları və ödəniş alətlərinin istifadəsi ilə bağlı bankların və müştərilərin hüquq və öhdəlikləri müəyyən edilib. Bəs vətəndaşın razılığı olmadan kartından pul silinərsə, bank həmin məbləği geri qaytarmalıdırmı?

Bank hansı hallarda məsuliyyət daşıyır, hansı hallarda məsuliyyət müştərinin üzərinə düşür? Bu və digər suallar kart sahiblərini ciddi şəkildə düşündürür.
Kartdan xəbərsiz pul silinirsə, bank məsuliyyət daşıyır? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı vəkil Turan Abdullazadə BiG.AZ-a açıqlamasında bildirdi ki, bəli, bankın məsuliyyəti var, lakin bu hər zaman bankın təqsiri olduğu anlamına gəlmir. Bu sahədə əsas sənəd 2023-cü ildə qəbul edilmiş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanunudur.

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 25.5-ci maddəsinə əsasən, müştəri əməliyyatı təsdiqləmədiyini bildirdikdə, bankın özü əməliyyatın autentifikasiya olunduğunu, düzgün qeydə alındığını və texniki nasazlıq və ya bankın digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını sübuta yetirməlidir. Burada sübutetmə yükü bankın üzərinə düşür.

Üstəlik, sadəcə ödəniş alətinin istifadə edilməsi faktı müştərinin əməliyyatı avtorizə etdiyini və ya kobud ehtiyatsızlığa yol verdiyini sübut etmək üçün kifayət deyil - bank fırıldaqçılığın və ya kobud ehtiyatsızlığın olduğunu təsdiqləyən konkret sübutlar təqdim etməlidir. Yəni müştərinin kobud ehtiyatsızlığından bank məsuliyyət daşımır.

Müştəri yanlış icra olunmuş əməliyyatdan sonra 6 ay ərzində bankı məlumatlandırmalıdır. Bank isə öz səhvi ilə əlaqədar bildirişi aldıqdan sonra 5 iş günü ərzində lazımi sübutları təqdim edə bilməsə, məbləği növbəti iş günündən gec olmayaraq geri ödəməlidir - üstəlik tutulmuş bütün xidmət haqları ilə birlikdə. Müştəri bankı məlumatlandırdıqdan sonra baş verən itkilərə görə heç bir məsuliyyət daşımır.

Bundan başqa bank təhlükəsizlik tələbini pozubsa, yəni, bank 24 saatlıq bildiriş kanalı ilə təmin etməyibsə, yaxud gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməyibsə, ödəyici yaranan itkilərə görə məsuliyyət daşımır

Lakin unutmamaq lazımdır ki, müştəri qanunun 38-ci maddəsi ilə müəyyən edilmiş vəzifələri (kartdan qaydalara uyğun istifadə, təhlükəsizlik məlumatlarının qorunması, itki/oğurluq barədə dərhal bildiriş) qəsdən və ya kobud ehtiyatsızlıqdan pozarsa, itkilərə görə tam məsuliyyət daşıyır

Praktikada sizin qeyd etdiyiniz "aldadılaraq" halları məhz bu nöqtədə düyünlənir. Əgər insan telefonda özünü bank işçisi kimi təqdim edən şəxsə OTP kodunu, CVV-ni və ya internet-bank parolunu özü verirsə, banklar adətən bunu kobud ehtiyatsızlıq kimi qiymətləndirir və vəsaiti qaytarmaqdan imtina edirlər. Burada bankın məsuliyyəti bir çox hallarda istisna olunur.

Bu, sadəcə Azərbaycan problemi deyil - sosial mühəndislik dünyada da ödəniş qanunvericiliyinin ən mübahisəli boşluğudur. Ancaq "kobud ehtiyatsızlıq" avtomatik prezumpsiya deyil; onu bank sübut etməlidir və mübahisə məhkəmədə həll oluna bilər.

Təhlükəsizlik sistemlərinə dair tələblər isə bundan ibarətdir ki, bank ödəniş hesabına məsafədən daxil olduqda, əməliyyat elektron formada aparıldıqda və fırıldaqçılıq riski yarada biləcək istənilən fəaliyyət zamanı gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməlidir. Bu, ən azı iki müstəqil elementə əsaslanan yoxlamadır - biri sındırılsa, digəri sıradan çıxmamalıdır. Onlayn əməliyyatlarda autentifikasiya əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı elementlərdən ibarət olmalıdır. Bank müştərini günün 24 saatı bildiriş vermək imkanı ilə təmin etməli və bildirişdən dərhal sonra kartı bloklaşdırmalıdır.

Yuxarıda qeyd olunan qanuna əsasən, insident müştəri üçün maliyyə itkisi ilə nəticələnə bilərsə, bank onu dərhal məlumatlandırmalıdır, həmçinin insident barədə Mərkəzi Banka hesabat verməlidir. Ayrıca, bank ödəniş alətini məhz fırıldaqçılıq və ya səlahiyyətsiz istifadənin qarşısını almaq məqsədilə bloklaşdırmaq hüququna malikdir- yəni şübhəli əməliyyatı dayandırmaq bankın imkanıdır, bu imkandan istifadə etməməsi onun əleyhinə arqument ola bilər.

Əsassız silinmələr üzrə ayrıca norma da var: bank pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə məsuliyyət daşıyır və məbləği dərhal hesaba bərpa etməlidir üstəlik müştəri gecikdirilmə üçün Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlərin ödənilməsini də tələb edə bilər.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 995   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 167
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 150
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 317
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 123
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 346
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 0
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 1
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.