"Azərbaycan dövlətinin gücü və qüdrəti bütün məsələlərin həllini təmin edəcək"-DEPUTAT

"Azərbaycan dövlətinin gücü və qüdrəti bütün məsələlərin həllini təmin edəcək"-DEPUTAT"Qəzaya uğrayan Azərbaycan hava gəmisi çox böyük bir faciədir. Sözün əsl mənasında hər birimizi dərin sarsıtdı. Biz orada həlak olan insanlara Allahdan rəhmət diləyir və yaralanmış insanların sağalmasını arzulayırıq. Hələlik, faciə ilə bağlı dövlət komissiyası çalışır. Ölkə başçımız cənab İlham Əliyev faciə başlayan andan bütün məsələni öz nəzarətinə götürüb. Dövlət öz üzərinə götürdüyü bütün işləri görür. Bundan sonra da baş vermə səbəbləri və baş verəcək digər prosedurların hər biri həm istintaq komissiyası, həm də baş nazirin rəhbərlik etdiyi komissiya tərəfindən araşdırılacaq və dolğun məlumatlar veriləcək".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərli bildirb.

O, qeyd edib ki, hazırkı vəziyyətdə araşdırmalar gedir, burada həm Azərbaycan, həm də Qazağıstan nümayəndələri gərgin iş rejimi ilə çalışır. Rusiya istintaq qrupu da bu məsələlər üzərində işləyir. Qardaş Türkiyədən də bu sahə üzrə mütəxəssislər cəlb olunub. Hadisə tam nəzarət altındadır. Düşünürük ki, hadisənin necə baş verməsi və faciəyə yol açması incəliklə araşdırılacaq. Bu faciədə əli olan insanlar mütləq cəzalandırılacaq:

"Azərbaycan dövlətinin gücü və qüdrəti bütün bu məsələlərin həllini təmin edəcək. Hələlik rəsmi məlumat və yekun fikirlər yoxdur. Amma hazırda mətbuatda olan məlumatlara görə təyyarənin Qroznu səmasında Rusiya tərəfindən raketlə vurulması versiyası gündəmdədir. Təyyarədə ola sərnişinlərin və ekipaj üzvlərinin açıqlaması mövcuddur. Həmin açıqlamalarda qeyd olunur ki, təyyarəyə kənar müdaxilə edilib.
Qroznu üzərində olan zaman Ukrayna pualarından müdafiə olunmaq üçün əməliyyatlar keçirilib. Bu da təyyarəyə kənar müdaxilənin olunması faktını gerçəkləşdirir.
Niyə təyyarəyə kənar müdaxilə olunduqdan sonra Qroznu hava məkanı enişə icazə verməyib? Niyə Azərbaycanın mülki təyyarəsinə öncədən xəbər verilməyib? Nə üçün təyyarə yaxın ərazilərdə yerə eniş etmək istədə də buna icazə verilməyib? Nəyə görə məhz təyyarənin Xəzər dənizi üzərindən Aktauya getməsi tövsiyə edilib?
Bu sualların hər birinin cavabı hələ ki, yoxdur. Komissiyanın işi, qara qutunun açılması və oxunması sualların cavabı olacaq.
Mülki təyyarələrin xarici təsirlərlə vurulması, zədələnməsi bir neçə beynəlxal konvensiya ilə də hüquqları qorunmaqdadır.
44 günlük Vətən müharibəsinin sonlarında Rusiya helikopterinin vurulması nəticəsində Azərbyacan rəsmən üzr istəmiş və kompensasiyanın ödənilməsini təmin etmişdir.
Göstərilən faktlar rəsmi təsdiqini tapacaqsa Rusiya tərəfi üzərinə düşən bütün prosedurları yerinə yetirməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 814   Tarix: 28 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib

15.10.2026 317
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15.10.2026 505
.

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində

15.10.2026 327
.

"44" filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video

"44" bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur. "Qafqazinfo" xəbər verir ki, filmin saundtrekinin hazırlanması beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib. Musiqinin ilkin yazısı ABŞ-ın "New York Production Studios" studiyasınd

15.10.2026 297
.

Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb

Bu gün Mətbuat Şurasının IX qurultayı keçirilir. xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqlənib. Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətini

11:30 47
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15.10.2026 243
.

Azərbaycanın məktəbi dünyəvidir - heç kim uşaqların taleyi ilə oynaya bilməz!

Dünyəvi məktəb müasir dövlətin təməl sütunlarından biridir. O, uşaqlara yalnız oxumağı və yazmağı deyil, həm də düşünməyi, sual verməyi, araşdırmağı və həqiqəti dəlillər əsasında müəyyənləşdirməyi öyrədir. Azərbaycan məktəbinin gücü də məhz bu prinsiplərdə, elmi biliklərə, hüquqa və bərabər imkanlar

11:12 80
.

Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!

Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd

11:24 50
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 268
.