Nikahda cehiz və hədiyyələr: Ər-arvadın mülkiyyət hüquqları necədir?

Nikahda cehiz və hədiyyələr: Ər-arvadın mülkiyyət hüquqları necədir?Zaman-zaman mediada, sosial şəbəkələrdə ailə zorakılığı zəminində gəlinin həyat yoldaşı və ya qayınatası tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılır. Bəzi hallarda problemin kökündə "cehiz davası" dayandığının şahidi oluruq. Maddi vəziyyətinin aşağı olması ucbatından ər evində döyülən, təhqirlərə məruz qalan xanımların da sayı az deyil.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) aiddir:
Nikahda cehiz və hədiyyələr: Ər-arvadın mülkiyyət hüquqları necədir?"Həmçinin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Yuxarıda qeyd edillən əmlaklar ər-arvadın (onlardan birinin) tələbi ilə bölünə bilər.
Ancaq Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək ər və arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmçinin bu normaya əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları isə onların ayrıca əmlakı sayılır. Yəni toy zamanı gəlinə və yaxud bəyə verilən qızıl-zinət əşyaları, həmçinin cehiz də hədiyyə hesab edildiyindən nikah pozularkən həmin əşyalar qadının əmlakı hesab edilir və qarşı tərəf həmin əmlakın bölünməsini tələb edə bilməz.
Qeyd etmək lazımdır ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
Ancaq birgə nikaha daxil olarkən arvada verilmiş cehiz əşyaları, habelə birgə nikaha daxil olanadək və ya nikah dövründə onlardan birinə üçüncü şəxslərin hədiyyə etdiyi əşyalar ər-arvadın ayrıca əmlakı (mülkiyyəti) olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən həmin əşyaların başqasının, o cümlədən ərin (arvadın) qanunsuz sahibliyindən geri tələb olunması barədə iddialara iddia müddəti tətbiq oluna bilməz.
Bu müddəa "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il-cü il qərarında da təsbit edilib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1088   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

16:26 212
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

12:20 198
.

Bakı-Aşqabad dialoqu: Enerji, logistika və regional inteqrasiya

"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı ilə Aşqabad arasında strateji dialoqun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Siyasi-hüquqi baxımdan bu görüş tərəflərin ikitərəfli müqavilə-hüquq bazasını möhkəmləndirmək

12:55 183
.

İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL

"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür

15:19 152
.

"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər

11:10 120
.

Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir

"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej

14:00 169
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 289
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

16:45 122
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

16:53 107
.