Bu dövlət işçilərinin geyim formaları bahalaşdı
Azərbaycanda ədliyyə işçilərinin xüsusi geyim formalarına çəkilən xərc artıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məlumat Ədliyyə Nazirliyinin bağladığı müqavilələrdə öz əksini tapıb.
Məlumata əsasən, nazirlik bu günlərdə xüsusi geyim formalarının satın alınması ilə bağlı yeni müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 648 419,76 manat müəyyənləşib. Ötən il isə bu rəqəm 577 527,11 manat olub. Belə ki, nazirliyin son bir ildə ədliyyə işçilərinin xüsusi geyim formalarına çəkdiyi xərc 12,28 % artıb.
Ədliyyə işçilərinin xüsusi geyim formalarının xərcləri ilə bağlı əvvəlki müqavilələrə nəzər yetirdikdə bu istiqamətdə 2023-cü ildə 552 981,04 manat, 2022-ci ildə 547 919,4 manat, 2021-ci ildə 562 451,72 manat, 2020-ci ildə isə 558 612 manat vəsaitin sərf olunduğu öz əksini tapıb.
Beləliklə, nazirliyin qeyd olunan xərclərində 2020-ci illə müqayisədə 2025-ci ildə 16 %-dən çox artım qeydə alınıb.
Məlumatlarda həmçinin qeyd olunur ki, nazirlik bu formaları 2021, 2024 və 2025-ci illərdə "Monitex" şirkətindən, 2022 və 2023-cü illərdə "Evim Tekstil" şirkətindən, 2020-ci ildə isə "Monolit" şirkətindən alıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 772 Tarix: 04 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
Şirvan şəhərində noyabrın 27-də hamamda yıxılan qadın dekabrın 12-də xəstəxanada ölüb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin L.İbrahimov küçəsindəki evdə baş verib. Belə ki, 1958-ci il təvəllüdlü Xuraman Nəsir qızı Səfərova hamam otağında yıxılandan sonra xəstəxanaya yerləşdirils
16:30 109 Gəncədə qadın itkin düşdü
Gəncədə 38 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. S. Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlarda
12:18 192 Ərdoğan Putinlə görüşündən danışdı: "Dedi ki, sözümə əməl edəcəyəm"
"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq". "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumunda
15:06 129 "Time" jurnalı "İlin adamı"nı seçib... Süni intellektin memarları
Süni intellekt 2025-ci ilin ən sürətlə böyüyən və ən çox müzakirə olunan sahəsinə çevrilib. Time jurnalı bu il səkkiz süni intellekt mütəxəssisini "İlin Adamı" seçib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-da həftəlik nəşr olan Time jurnalı bu il tək bir ad seçmək əvəzinə
11:38 148 Aİ Rusiya diplomatları ilə bağlı yeni təlimatlar yayımladı
Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Cenevrədə yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) daimi nümayəndəliklərinə Rusiya diplomatları ilə təmaslarla bağlı xüsusi təlimatlar göndərib. xarici mediaya istinadən xəbər verir ki, tövsiyələr əvvəlcə Cenevrədəki Aİ-nin BMT yanında Daimi Nümayəndəliyin
10:47 151 Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb. Ərdoğan Rusiya Prezident
18:30 0 Binaların getdikcə artan dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
"Bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi. Layihələndirmə normaları" təsdiq olunub. xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qərar imzalayıb. Qərara əsasən, bina və qurğunun hər hansı bir mərtəbəsinin yükdaşıyan konstruksiyaların
18:10 0 Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb
2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə
18:00 0 Sabah Bakıya sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanı
13:40 188