Putin xəbərdarlıq etdi: Rusiyanı qaz qıtlığı gözləyir, kömürə keçin
Dünyanın ən böyük sübut olunmuş 60 trilyon kubmetrdən çox qaz ehtiyatına sahib olmasına baxmayaraq, Rusiya qaz qıtlığı ilə üzləşə bilər.
Qaynarinfo xəbər verir ki, bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda prezident Vladimir Putin bildirib.
"Bizdə qaz qıtlığı yaranmaq üzrədir", – deyə Putin Uzaq Şərq Federal Dairəsi regionlarının inkişaf nəticələrinin təqdimatında söyləyib. O əlavə edib ki, xüsusi diqqət tələb edən başqa məsələlər də var: "Bizim enerji infrastrukturunun müxtəlif komponentləri arasında birləşmələr yoxdur, şəbəkə təsərrüfatının inkişafına ehtiyac var".
Mümkün qaz qıtlığı ilə bağlı Putin kömürə keçidi təklif edib. Onun sözlərinə görə, kömür ehtiyatları "demək olar ki, min ilə bəs edər". "900 ilə qədər kömür ehtiyatlarımız var, bunlardan, şübhəsiz, daha səmərəli istifadə etmək, daha çox fayda almaq və bütün ekoloji tələblərə riayət etməklə işlətmək mümkündür", – deyə prezidentin sözlərini TASS sitat gətirib.
Putinin sözlərinə görə, qaz qıtlığının əlamətləri artıq indi Uzaq Şərqdə görünür. "Yeni müəssisələrin təminatını bəzən həyata keçirmək çətin olur", – o bildirib və əlavə edib ki, yaxın illərdə Uzaq Şərq Federal Dairəsində qaza tələbatın "dəfələrlə artacağı" proqnozlaşdırılır.
Rusiya Energetika Nazirliyinin məlumatına görə, hazırda ölkə 63,4 trilyon kubmetr qaz ehtiyatına malikdir və bu, hasilatın 100 ilə kifayət etməlidir. Hesablama Palatası isə 2020-ci ildə Rusiyanın ehtiyatlarını dünya üzrə 20% həcmində qiymətləndirmiş, lakin xəbərdarlıq etmişdi ki, bu ehtiyatlar yalnız 50 ilə çatacaq. Bundan başqa, "quru qaz" (yəni demək olar ki, təmiz metan) ehtiyatlarının "ümumi həcmlərdən xeyli az" olduğu bildirilmişdi.
Ukrayna ilə müharibənin başlanmasından sonra Rusiya qaz hasilatını azaltmağa başlayıb, çünki bu müharibə "Qazprom"u əsas Avropa bazarından məhrum edib. Əgər 2021-ci ildə 762,8 milyard kubmetr qaz hasil olunmuşdusa, 2022-ci ildə bu rəqəm 673,8 milyard kubmetrə düşüb. 2023-cü ildə hasilat son 6 ilin ən aşağı göstəricisi – 638 milyard kubmetr olub. Ötən il isə 685 milyard kubmetr təşkil edib, lakin yenə də müharibədən əvvəlki səviyyədən 10% aşağı qalıb.
İxracının yarıdan çoxunu itirən "Qazprom" artıq əlavə qazı Rusiya istehlakçılarına yönəldəcəyini vəd edir. Şirkətin rəhbəri Aleksey Miller iki il əvvəl Putinlə görüşdə ölkənin tam qazlaşdırılmasının 2030-cu ilə qədər başa çatacağını demişdi. O, həmçinin bildirmişdi ki, 2026-cı ilə qədər Rusiyanın 35 regionu tam qazlaşdırılacaq.
2024-cü ilin sonuna olan vəziyyətə görə, Rusiyada qazlaşdırma səviyyəsi 74,7% təşkil edib, Energetika Nazirliyi hesablayıb. Dövlətin energetika inkişaf proqramına görə, bu göstərici 2025-ci ildə 75%, 2026-cı ildə 75,8%, 2027-ci ildə isə 76,7%-ə çatmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 867 Tarix: 04 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını
16:26 212 Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi
Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd
12:20 198 Bakı-Aşqabad dialoqu: Enerji, logistika və regional inteqrasiya
"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı ilə Aşqabad arasında strateji dialoqun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Siyasi-hüquqi baxımdan bu görüş tərəflərin ikitərəfli müqavilə-hüquq bazasını möhkəmləndirmək
12:55 183 İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL
"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür
15:19 152 "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər
11:10 120 Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir
"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej
14:00 169 Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə
11:07 289 Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır
"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind
16:45 122 Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır
Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd
16:53 107